Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə45/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47
Azf-296626 removed

Tədrisdə informasiya texnologiyalarından istifadənin texnoloji və nəzəri aspektləri. İT xəttinin hər bir mövzusunun öyrədilməsi həmin texnolo- giyaların tətbiq sahələri ilə tanışlıqla başlamalıdır. Məsələn, qrafik redaktorlardan hansı məsələlərin həlli üçün istifadə edilir, onlardan gələcəkdə kimlər istifadə edə bilər və s. kimi məsələlər şagirdlərə izah
edilməlidir.

İkinci sinifdə İT məzmun xətinin tədrisi kompüter və onunla tanışlıq mövzusu ilə başlayır. Göstərilir ki, kompüter insan əməyini yüngülləş- dirmək üçün istifadə olunan bir maşındır. Kompü- terlərdən məktəblərdə, xəstəxanalarda, banklarda, aeroportlarda, mağazalarda və s. yerlərdə istifadə olunur. Bu izahatdan sonra şagirdlərə müvafiq suallar verilərək onların kompüterin konkret olaraq nə cür tətbiq edilməsi haqqında fikirləri dinlənilməli və yalnız bundan sonra kompüterin texniki vasitələri ilə tanışlığa başlanılmalıdır. Həmin qurğuların öyrədilməsi də bu sxem üzrə yerinə yetirilməlidir. Əvvəlcə həmin qurğuların nə işə yaradıqları, sonra isə texniki xarakteristikaları sadalanır. Məsələn, şagirdlər əvvəlcə əsas (təməl) qurğularla belə tanış edilirlər. [8]





  • Monitor kompüterdə görülən işlərin nəticələrini ekranda göstərir.

  • Sistem blokda informasiyanın işlənməsi və saxlanması baş verir.

  • Klaviaturanın köməyilə kompüterə mətn informasiyası və komandalar daxil edilir və s.

Sonrakı dərslərdə isə texniki xarakteristikalar –


məsələn, klaviaturanın düymələri, onların hər birinin adı və istifadəsi, sican qurğusunun sag və sol düymə- lərinin funksiyaları, yaddaş qurğuları, kompüterin iş masası, printer və s. haqqında məlumatlar verilir. Daha sonra isə mətn redaktorunda mətnlərin yığılması, formatlaşdırma və redaktə əməliyyyatları, qrafik redaktorun alətləri və bu alətlərin köməyilə şəkillərin çəkilməsi, kalkulyator proqramında hesablamaların aparılması öyrədilir.

Bu günə qədər məktəb informatika kursunun inkişafında nəzərə çarpan ən vacib məqamlardan biri onun məzmununda İT–nın həcminin artmasıdır. İlk informatika dərsliklərində informasiya texnologi- yalarına bir o qədər də yer verilmirdi. Bu onunla bağlı idi ki, o zamanlar məktəblərin kompüter texnikası ilə təminatı çox zəif idi. Lakin yeni nəsil kompüter texnologiyalarının tətbiqi məktəb informatika kursunda İT mövzusuna daha çox yer verilməsinə səbəb oldu.


Məktəb informatikasında İKT–nin tətbiqi proqram mühitini mətn və qrafik redaktorlar, veri- lənlər bazası, multimedia proqramları təşkil edir. Bu proqramlar ümumi təyinatlı proqramlar olub, praktikada geniş istifadə olunur.


İnformasiya texnologiyaları məzmun xəttinə aid olan mövzuların tədrisi zamanı müəllim tərəfindən nəzəri və texnoloji məzmun ayrı-ayrılıqda izah edilməli və aydınlaşdırılmalıdır. Nəzəri məzmuna müxtəlif növ informasiyanın kompüterin yaddaşında təsviri, verilənlərin strukturlaşdırılması və ya cədvəl şəklində göstərilməsi, məsələlərin texnoloji üsullarla həlli metodları və s. daxildir. Texnoloji məzmuna aşağıdakılar daxildir:



  • kompüterin arxitekturası, ayrı-ayrı qurğuları və onların iş prinsipləri ilə tanışlıq;

  • tətbiqi proqram təminatının – mətn və qrafik redaktorlarda işin öyrədilməsi və s.




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə