Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel


İnformasiya texnologiyaları məzmun xəttinin



Yüklə 1,11 Mb.
səhifə46/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47
Azf-296626 removed

İnformasiya texnologiyaları məzmun xəttinin öyrədilməsi metodikası. İT məzmun xəttinin hər bir mövzusunun öyrədilməsinə informasiya texnologi- yalarının tətbiq sahələri ilə tanışlıqla başlamaq lazımdır. Məsələn, qrafik redaktorlardan hansı məsələlərin həlli üçün istifadə edilir, onlardan gələcəkdə kimlər istifadə edə bilər və s. şagirdlərə izah edilməlidir.
Məsələn, müəllim şagirdlərə belə bir sualla müraciət edə bilər: ”Siz evdə dərslərinizi harada hazırlayırsınız?
Dərslərinizi hazırlayarkən masanızın üzərinə nə qoyursunuz?” Beləliklə, şagirdlərə kompüterin iş masasının nə olduğunu izah etmək üçün onların cavabları dinlənilir və məlumat
mübadiləsindən sonra belə bir ümumiləşdirmə aparılır: ”Müəssisə və ofislərdə iş masası olur və onun üzərində işçiyə lazım olan əşyalar, sənədlər, qovluqlar yerləşir. İş yerlərində də kompüterdə olduğu kimi iş masası var. Bu masada kompüterdə işləyənə lazım olan obyektlər yerləşdirilir. Bu obyektlər ona lazım olan sənədlər, qovluqlar, müxtəlif proqramlar və s.- dən ibarət ola bilər. İş masasına hər bir obyektin qrafik nişanını – simgəsini yerləşdirirlər.” [8]
Müəllim şagirdlərə aşağıdakı kimi tapşırıq verilə bilər:
Kompüterdə hər addımı yerinə yetir və nəticəni
cədvəlin sağ tərəfinə uyğun sətirdə yaz. [8]



İş masasında Paint proqra- mının simgəsini tap və onu çıqqıldat

Simgənin rəngi dəyişdi

Paint proqramının simgəsi üzərində iki dəfə çıqqıldat

Paint proqramının pəncərəsi açıldı

Proqram pəncərəsinin yuxarı sağ küncündəki (-) düyməsini çıqqıldat

Pəncərə aşağı yığıldı

Tapşırıq zolağında yığılmış proqram pəncərəsinin üstündə siçanla bir dəfə çıqqıldat

Pəncərə bərpa olundu

…….

……..

Beləliklə, müəllim pəncərənin əsas düymələrinin funksiyalarını başa salır. Bu zaman müəllim proyektordan istifadə edə bilər. Daha sonra müəllim START baş menyunun əmrlərini, kompüterin söndürmə rejimlərini və onların fərqlərini öyrədir. 2-ci sinifdə artıq şagirdlər Paint, Word Pad və Calculyator proqramlarında işi öyrənirlər. Onlar mətnin daxil edilməsi, redaktəsi və formatlanması, qrafik təsvir- lərin qurulması, hesablamaların aparılması üçün kom- püterin imkanlarından istifadə etməyi bacarmalıdırlar.
İnformasiya texnologiyalarının tədrisi aşağıdakı sxemlə göstərilə bilər:






İnformasiya texnologiyalarının göstərilən sxem üzrə hər bir tərkib hissəsi ibtidai siniflərdə ayrı- ayrılıqda deyil, kompleks şəkildə, bir-birilə qarşılıqlı əlaqədə nəzərdən keçirilir. Bu, şagirdlərin yaş xüsu- siyyətləri və informatika elmi ilə tanışlıqlarının baş- langıc səviyyədə olmaları ilə bağlıdır. Lakin bu sahə ilə bağlı biliklərin düzgün çatdırılması və mənim- sədilməsi şagirdlərin informasiya texnologiyalarının, kompüterdə iş vərdişlərinin, kompüter proqramları ilə işləməyin səmərəliliyini və müsbət cəhətlərini ön


plana çıxarmağa kömək edir. Bu isə yeni infor- masiyalı cəmiyyətin üzvləri olan şagirdlərin hərtərəfli inkişafı üçün çox vacib şərtdir.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə