Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə29/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   47
Azf-296626 removed

İnformasiyanın saxlanılması aşağıdakı anlayışlarla bağlıdır:
İnformasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanır. İnformasiya daşıyıcısı kimi kağızdan, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompüterlərdə isə maqnit və lazer disklərindən, fleş kartlardan istifadə olunur.
Bəşəriyyətin tarixində informasiya daşıyıcıları olaraq daş, papirus, perqament, kağız və s.–dən istifadə edilmişdi. Əgər yaxın keçmişdə informasi- yanın kağız üzərində saxlanmasından istifadə edilirdisə, hal-hazırda dah çox optik disklərdən, fleş-
kartlardan və digər informasiya daşıyıcılarından istifadəyə üstünlük verilir. Belə ki, adi kağızın ömrü 50 ildən çox deyil, arxiv kağızlarının ömrü isə xüsusi növ materialdan hazırlandıqları üçün daha çox – 150 il olur. [18, s.220]
Informasiya daşıyıcıları (yaddaş), daxili və xarici yaddaş informasiyanın saxlandığı yerdir. Məlumdur ki, insanın beyni onun həm də yaddaşı və ya yaddaş daşıyıcısıdır. Beyin operativ yaddaşdır – çünki o, insan onunla cari anda düşünür və informasiya verə bilir. Bioloji yaddaş – və ya genetik yaddaş daxili yaddaşdır, çünki o, insanın daxilində yerləşir və beyində saxlanılır. Bütün yerdə qalan yaddaşlar xarici yaddaş hesab olunur. Qədim za- manlardan insanlar papirus, daş, ağac və s.–dən yaddaş daşıyıcıları kimi istifadə etmişlər. Kompüterdə saxlanılan informasiya verilən adlanır.
İnformasiyanın axtarışı emalı adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompüter vasitəsilə aparılır. İnformasiyanın emalı başqa sözlə qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəldən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. İnformasiya emalı belə bir sxemlə təsvir oluna bilər:
İlkin informasiya – Emal edilən informasiya– Son informasiya
Emal edilən informasiya müəyyən alqoritmə tabe olur. İnformasiyanın emalının aşağıdakı növləri var:



    • Yeni biliyin və ya informasiyanın alınması məqsədilə emal – məsələn, riyaziyyatdan məsələ həlli, ana dilindən cümlənin sintaksis təhlili və s.

    • İnformasiyanın formasını dəyişdirən emal – məsələn, mətnin bir xarici dildən başqa dilə tərcüməsi. İnformasiyanın strukturlaşdırılması – məsələn,

əlifba sırası ilə siyahıların hazırlanması.
İnformasiya axtarışı – məsələn, mətndə hər hansı sözün axtarışı, bəstəkarın musiqisinin, rəssamın əsərini axtarışı.
İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada istifadəçilərə çatdırılır. Avtomatlaş- dırılmış üsulla (kompüterlə) emal olunan informasiya istifadəçilərə adətən kompüterin xaricetmə qurğuları ilə (monitor, printer, plotter və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.
İnformasiya proseslərinin öyrədilməsi nəticə- sində şagirdlər əsasən aşağıdakıları bilməlidirlər:
Informasiyanın məzmun və kibernetik
yanaşmada izahını;
Informasiya prosesləri hansılardır; Informasiya daşıyıcıları nədir;
Informasiyanın ölçü vahidi olan bit nəyi bildirir;
Bayt, kilobayt, meqabayt, qiqabayt nədir; Informasiyanın ötürülmə sürəti necə ölçülür;
Hər hansı hadisə haqqında verilən məlumatdakı informasiyanın miqdarı ilə həmin hadisənin baş verməsi arasındakı əlaqə nədir;
K.Şennon tərəfindən texniki əlaqə kanalları vasitəsilə informasiyanın ötürülməsi prosesi necə izah edilir.
İnformasiya proseslərinə görə insanın fəaliyyəti ilə kompüterin fəaliyyəti arasında həm oxşar, həm də fərqli cəhətlər var. Həm insan, həm də kompüter informasiya ilə işləyir, onu qəbul edir, saxlayır, emal edir və ötürür. Bu, oxşar cəhətlərdir. Fərqli cəhət odur ki, insan canlıdır və onun duyğu üzvləri var. Bu üzvlər vasitəsilə o, obyektlərin dadını, qoxusunu, onların hamar və ya kələ-kötür, yumşaq və ya sərt, küt və ya iti olmasını da öyrənə bilir. Kompüter süni obyektdir, onun duyğu üzvləri yoxdur, onu insan yaradıb və o, insan tərəfindən idarə olunur. Kompüter insanların yaratdıqları proqramlar əsasında işləyir.

  1. Yüklə 1,11 Mb.

    Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə