Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə26/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   47
Azf-296626 removed

qoxu

taktil

Kitabdakı
yazı

Suyun
şırıltısı

Şirin -
acı

Çiçəyin
ətri

hamar

Televiziya verilişi
……

Telefon
zəngi
…….

Isti- soyuq
…….

Xörəyin qoxusu
………

Kələ- kötür
……..

İ.Q.Semakin informasiya anlayışının öyrədilməsi üçün iki cür yanaşma təklif etmişdir:


subyektiv və kibernetik. Metodik ədəbiyyatlarda informasiya və onun ölçülməsinə aşağıdakı yanaşmalar da mövcuddur: [18, s.203-210]

    1. semantik (məzmun); 2) kompüter; 3) kibernetik.

İbtidai siniflərdə informasiya anlayışının aşağıdakı şəkildə, subyektiv formada öyrədilməsi məqsədəuyğundur:
Subyektiv yanaşma. İnformasiyanın öyrənilməsi üçün müəllim aşağıdakı suallardan istifadə edə bilər:

  • Siz informasiyanı haradan alırsınız?

Şagirdlərin cavabları təxminən belə olacaq:

  • Kitablardan, radio və televiziyadan. Daha sonra müəllim bu gün şagirdlərin aldığı informasiya ilə maraqlanır:

  • Bu gün hansı informasiyanı almısıniz?

Şagird:

  • Hava haqqında məlumat. Müəllim:

  • Deməli, siz bu məlumatı alana qədər havanın necə olacağını bilmirdiniz. İnformasiyanı alandan sonra bunu öyrəndiniz. Beləliklə, müəllim şagirdlərlə birgə informasiyanın nə demək olduğunu müəyyən edir:

İnformasiya bizim müxtəlif mənbələrdən aldığımız biliklərdir. Bu tərifdən sonra informasiyanın
insanın yaddaşı olduğu nəticəsinə gəlmək olar. Lakin insan bütün informasiyaları öz yaddaşında saxlamır, o, həmçinin dəftər, kompakt-disk və s.-dən də istifadə edir. Bu cür yaddaş xarici yaddaş adlandırılır. İnsan bu yaddaşdan istifadə etmək üçün əvvəlcə onu oxumalıdır. Yəni daxili yaddaşdan istifadə etməlidir. Müəllim bu məsələləri aydınlaşdırarkən şagirdlərin kompüterin iş prinsipi və yaddaşı ilə tanışlıqları üçün zəmin yaratmalıdır. Bu analogiya sayəsində gələcəkdə şagirdlər kompüterin yaddaş qurğusunun iş prinsipini daha yaxşı başa düşə bilərlər. Daha sonra müəllim şagirdlərə səs, qoxu, dad, vizual və taktil informasiya vasitəsilə insanın bilik əldə edə bilməsini izah etməlidir.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə