Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə18/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   47
Azf-296626 removed

Kollektivlə . Kollektivlə iş dərsin əvvəlində və sonunda - motivasiya və nəticələrin çıxarılması mərhələlərində daha çox istifadə olunur. Bu zaman şagirdlərdə kollektiv işə alışmaq, bir-birlərilə ünsiyyət yaratmaq bacarıqları formalaşır və inkişaf edir.
Qruplarla iş. Qruplarla iş dərsin əsasən, tədqiqatın aparılması mərhələsində həyata keçirilir. Şagirdlər 3-6 nəfərdən ibarət qruplarda müəyyən problemin həlli ilə məşğul olurlar. Bu zaman şagirdlərdə diskussiya aparmaq, fikir mübadiləsi et-



mək, bir-birinin fikrini dinləmək, mühakimə yürütmək bacarıqları inkişaf edir.
Cütlərlə . Dərsdə tədqiqatın aparılması mərhələsində cütlərlə iş də tətbiq edilə bilər. Şagirdlər cütlüklərdə işləyən zaman verilən tapşırıqları birgə yerinə yetirirlər. Bu təlim forması şagirdlərdə əməkdaşlıq bacarığını inkişaf etdirir, məsuliyyət hissini formalaşdırır.
Fərdi iş. Bu təlim formasından daha çox şagirdlərin fəaliyyətini izləmək, potensial imkanlarını üzə çıxarmaq və inkişaf etdirmək üçün istifadə edilir. Fərdi iş şagirdlərin sərbəst düşünmək qabiliyyətlərini artırır, onlarda müstəqil olaraq tədqiqat aparmaq bacarıqlarının formalaşdırır.
Nəzərdə tutulan bacarıqların formalaşdırıl- masının ən real yolu təlim prosesinin mahiyyətcə yeni prinsiplər əsasında – fəal təlim üsullarından istifadə etməklə təşkil etməkdir. Fəal təlim şagirdlərin idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur.
Fəal-interaktiv təlim – təlim prosesinin elə təşkili formasıdır ki, burada müəllim bilikləri ötürən rolundan imtina etməklə, yeni bir vəzifəni – bələdçi (fasilitator) vəzifəsini öz üzərinə götürmüş olur. Bu cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə



əvvəlcə problemin qoyulmasına imkan verən motivasiya yaradılır. Nəticədə tədqiqat sualı müəyyənləşdirilir. Həmin tədqiqat sualı problemin həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə şərait yaradır. Sonra problemin araşdırılması üçün şagirdlər irəli sürülmüş fərziyyələrin doğruluğunu yoxlamaq etmək üçün bilik mənbələrindən istifadə etməklə tədqiqat işlərinə cəlb olunur. Alınan nəticələr iş vərəqlərində qeyd edilir. İş vərəqlərində işlər tamamlandıqdan sonra məlumat mübadiləsi aparılır. Hər qrup öz tədqiqatlarının yekunları ilə sinfi tanış edir. Məlumatlar sistemləşdirilərək ümumiləşdirilir. Həmin ümumiləşmələr ilkin fərziyyələrlə müqayisə olunur və nəticələr çıxarılır. Bundan sonra biliyin tətbiqi mərhələsi gəlir. İşin gedişindən aydın olduğu kimi, fəal – interaktiv təlimdə şagirdlərdə məntiqi, tənqidi və yaradıcı təfəkkürünün inkişafı qayğısına qalınır, təlim prosesinə tədqiqat xarakteri verilir. Təlim prosesində işgüzar iş mühiti, əməkdaşlıq şəraiti yaradıldığından şagirdlərin yüksək fəallığı təmin olunur.
Qruplara bölünməni şagirdlər üçün könüllü yerinə yetirərkən onlar öz dost və yoldaşları ilə birgə işləməyə üstünlük verirlər. Şagirdlərdə müxtəlif sosial bacarıqları formalaşdırmaq məqsədilə qruplara
bölünməni fərqli üsullarla aparmaq lazmdır. Məsələn,



  • Rənglərlə. Müəllim 4–5 ədəd (qrupların sayı qədər) müxtəlif rəngdə olan kağızları 4–6 (hər qrupda olacaq uşaqların sayı qədər) yerə bölür. Bütün kağızlar qarışdırılıb bir zərfin içinə qoyulur. Şagirdlər bir-bir rəngli kağız parçalarını götürürlər. Eyni rəngli kağız götürmüş şagirdlər bir qrupa yığılır. Rəmzi olaraq qrupun adını rəngin adı ilə də adlandırmaq olar.

  • Rəqəmlərlə. Bütün şagirdlərə 1-dən 5-ə kimi saymaq tapşırılır. Bütün “1”-lər, “2”-lər və s. bir qrupa yığılır. Bu qrupların adlarını saydıqları ədədlə də adlandırmaq olar.

  • Sinif jurnalı üzrə. Sinif jurnalında ardıcıl və yaxud müəyyən qanunla (hər 5 nəfərdən bir və s.) uşaqlar hər birində 4–6 şagird olmaqla qruplara yığıla bilər.

  • Sosiometrik. Əvvəlcə qrupların sayı qədər uşaq seçilir. Bu uşaqların hər biri öz qrupuna bir uşaq seçir. Hər yeni seçilmiş uşaq öz qrupu üçün də bir uşaq seçir. [5]


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə