|
Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprelİbtidai siniflər üzrə məzmun standartlarının
|
səhifə | 5/47 | tarix | 28.05.2022 | ölçüsü | 1,11 Mb. | | #88233 | növü | Dərs |
| Azf-296626 removedİbtidai siniflər üzrə məzmun standartlarının paylanması. Dərslik komplektinin mövzular üzrə strukturunu formalaşdırarkən bütün ibtidai təhsil pilləsi üzrə alt standartlar təhlil edilmiş və tədris prosesində məzmun standartlarının məzmun xətləri üzrə nisbəti müəyyənləşdirilmişdir. 1-4-cü siniflərdə informatika üzrə dörd məzmun xətti müəyyən- ləşdirilmişdir: [2]
Formallaşdirma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma;
Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri;
Cəmiyyətin informasiyalaşdırılması.
Üfüqi inteqrasiya prinsipini nəzərə alsaq, elə mövzular var ki, müxtəlif məzmun xətləri üzrə bir neçə bacarığın reallaşmasına xidmət edir və məzmun xətləri üzrə mövzuların bölünməsi belədir: 1–4-cü
məzmun xətti üzrə 10 mövzu, 2-ci məzmun xətti üzrə
6 mövzu, 3-cü məzmun xətti üzrə isə 12 mövzu müəyyən edilmişdir. Müəllimlər bu bölgü ilə “Fənn üzrə məzmun standartlarının reallaşma cədvəli”ndə ətraflı tanış ola bilərlər. 1-ci sinif şagirdlərində reallaşdırılacaq 34 alt standartın 18-i kompüterdə praktik bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Bu məqsədlə məktəblərin kompüterlərlə təchizatını nəzərə alıb 1-ci siniflər üçün yazılmış əvvəlki dərslikdən fərqli olaraq kompüterdə praktik dərslər üçün 9 saat ayrılması tövsiyə edilir. Lakin müəllim mövzular üzrə bacarıqların reallaşdırılmasına ayrılan saatları yerli şərait və bəzi subyektiv xüsusiyyətlərə görə dəyişə bilər. [1]
nəticələri [24]
İbtidai təhsil səviyyəsi ( I-IV siniflər) üzrə şagird:
•eynicinsli obyektlər qrupunda əşyanı artıq seçir, onları əlamətlərinə görə ayırır və müqayisə edir;
•hərəkətlər ardıcıllığında buraxılmış addımı müəyyən edir;
•qanunauyğunluqları müəyyən edir və onların
əsasında modellər qurur;
•sadə riyazi alqoritmlər və layihələr tərtib edir;
•kompüterdə sadə əməliyyatları icra edir;
•qrafik redaktorda rəsmlər çəkir, onları redaktə edir, rəsmlərə mətn daxil edir, alqoritmlərdən istifadə edərək mozaikalar qurur;
•mətn redaktorunda sadə mətnlər yığır, redaktə edir və onlara rəsmlər daxil edir.
Dostları ilə paylaş: |
|
|