Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

 
 
197 
 
daxildir.  Sənayenin  və  kənd  təsərrüfatının  bir  sıra  sahələrində 
bir  adda  məhsul  istehsal  edilir  lakin  maddi  –  faydalılıq 
məzmununa,  nəmliyinə  və  əmək  tutumuna  görə  ayrı-ayrı 
istehsal mərhələlərində həyata keçirilir. 
Bir  qayda  olaraq  belə  məhsuldar  vahid  texnologiya  üzrə 
eyni  avadanlıqda,  xammal  və  materialların  və  digər 
komponentlərin  eyni  reseptinə  riayət  edilməklə  hazırlanırlar. 
Sərf  edilən  məsrəflərin  uçotuna  bu  məhsulun  hər  bir  növü  və 
çeşidi  üzrə  aparmaq  ya  mümkün  olmur,  ya  da  uçot  işlərinin 
dəyərinin  yüksək  olması  üzündən  məqsədəuyğun  hesab 
edilmir. 
Belə  məhsullar  üzrə  ekvivalent  əmsal  kalkulyasiyası 
tərtib edilir, yəni məhsuldan biri vahid kimi qəbul edilir, digər 
isə plan və normativ məsrəflərin nisbətindən, əmək tutumunun 
gösəricilərindən,  istehlak  xarakterindən  və  yaxud  hər 
məmulatın satış qiymətindən çıxış edilərək vahiddən böyük və 
yaxud kiçik olan əmsallar üzrə etalon məhsula çevrilir.  
Məsələ 5.3. Zavod üç növ məhsul buraxır – A, B, C. Plan 
istehsal məsrəflərinin nisbəti 1.2:1.0:0.9-dur. 2 min ton məhsul 
buraxılıb,  cəmi  xərc  3630000  manat  təşkil  edir.  Bu  məhsulu 
vahidə çevirdikdə həcmi 2420 ton olacaqdır.  
1000x1.2+500x1.0+800x0.9 =2420 ton. B məhsulunun 1 
tonuna şərti çəki vahidinin maya dəyəri 1500 manat təşkil edir. 
3630000:2420 =1 ton üçün 1500 manat. 
Digər növ məhsulların 1 tonunun maya dəyəri: 
A markalı məhsul: 1500x1.2 =1800 manat 
C markalı məhsul: 1500x0.9 =1350 manat 
Ekvivalent  kalkulyasiya  -  kalkulyasiyanın  mərhələ 
metodunun  xüsusiləşmiş  bir  növü  hesab  olunur.  Mərhələ 
metodu da bir və yaxud çoxpilləli ola bilər. Bunlar hamısı 1-ci 
istehsal  məhsulunun  növbəti  istehsalda  istehlak  olunub 
olunmamasından asılıdır. 


 
 
198 
 
Eynicinsli  məhsul  istehsalı  üçün  (onun  eyni  çəki  və 
yaxud  ölçüsünə  malik  olduğu  halda)  kompleks  istehsal 
məsrəflərini  dəyər  nisbəti  göstəriciləri  ilə  bölüşdürmək 
mümkündür. 
Bu 
nöqteyi-nəzərdən 
hal-hazırda 
aşağıdakı 
göstəricilərdən istifadə edilir: 
1.  İstehlakçılara  satılan  məhsulun  topdan  və  yaxud 
pərakəndə satış qiyməti; 
2.    Əmtəəlik  məhsulun  satınalınma  qiyməti  və  yaxud 
faktiki istehsal maya dəyəri
3. Əmtəəlik məhsulun plan maya dəyəri
4. Oxşar və yaxud əvəz edə bilən məhsulların qiyməti və 
yaxud istehsal maya dəyəri; 
5.  Hər  bir  məhsul  istehsalına  sərf  edilən  dəyişən 
məsrəflərin səviyyəsi. 
Sadalanan 
göstəricilərin  hər  biri  qiymət 
amilin 
bölüşdürmə  bazası  və  kəmiyyətinə  təsiri  ilə  yaranan  çox  və 
yaxud  az  şərtilik  dərəcəsi  ilə  əmsal  nisbətlərini  hesablamaq 
üçün  əsas  kimi  qəbul  edilə  bilər.  Sair  eyni  şərtlər  şəraitində 
məhsulun  plan  maya  dəyəri  göstəricisinə  üstünlük  verilə  bilər 
ki, bu da qiymətin mütənasib bölüşdürmə  nisbətinə təsir edən 
müxtəlif növ rentabellik səviyyəsinə  malik  olması  ilə  bağlıdır. 
Bundan əlavə qiymətlər arasında nisbətə yalnız məhsulun maya 
dəyəri  təsir  etmir,  bir  sıra  qiymət  əmələ  gətirən  amillər  də 
(məhsulun istehlak xüsusiyyəti, onun sosial qiyməti və s.) təsir 
edir. 
Plan maya dəyəri – 

iqtisadi 
nöqteyi-nəzərdən 
kompleks  istehsal  məsrəflərinin  bölüşdürülmə  əmsalının 
hesablanmasına  imkan  verdiyi  üçün  daha  əsaslandırılmış 
göstərici hesab olunur. 
Ayrı-ayrı    yanaşı  məhsulların  plan  maya  dəyərləri 
arasındakı nisbəti belə birləşdirmənin real nisbətini əks etdirir. 
Ona  görə  də  məhsul  vahidinin  plan  maya  dəyərini 


 
 
199 
 
hesablayarkən  maksimum  hesablama  dəqiqliyinə  nail  olmaq 
lazımdır.  Bu  yalnız  hər  bir  elementin  fərdi  bölüşdürmə 
bazasına  mütənasib  (proporsional)  bölüşdürülməsi  yolu  ilə 
təmin  edilə  bilər.  Bu  hesablamalarda  kompleks  istehsal 
məhsullarının 
maya  dəyərinin  hesablanmasının  xüsusi 
metodundan istifadə etmək olar. 
Məhsul  vahidinin  plan  maya  dəyərinin  hesablanması 
birdəfəlik  olduğu  üçün  uçot  plan  işlərinin  əmək  tutumu  da  o 
dərəcədə  artmır.  Əgər  ilkin  materialın  kompleks  emalı 
prosesində  alınan  məhsul  növləri  ilə  yanaşı,  qeyri-kompleks 
materiallardan eyni məhsul buraxan istehsalat varsa, bu zaman 
bölüşdürmə  əmsalının  hesablanması  da  məqsədəuyğun  hesab 
edilir. 
Məsrəflərin  bölüşdürülmə  əmsalının  eyni  vaxtda  emal 
edilən  hər  bir  növ  məhsulun  çəkisi  və  həcmindən  çıxdaş 
edilərək  hesablanması  eyni  material  tutumlu  istehsalatlarda 
tətbiq edilə bilər. Material məsrəflərinin müxtəlif xüsusi çəkiyə 
malik 
olan 
yanaşı 
məhsulların 
maya 
dəyərinin 
kalkulyasiyasında  buraxılan  məhsulun  çəki  və  həcmi  nisbəti 
əsasında  hesablanan  əmsalların  tətbiqi  ayrı-ayrı  məhsul 
növlərinin maya dəyərinin təhrif edilməsi ilə nəticələnir. 
Məcmu  məsrəflərin  eyni  vaxtda  istehsal  edilmiş 
məhsulların, 
məsrəflərin  istehlak  xüsusiyyətinə  əsasən 
hesablanmış  mütənasiblik  əmsalının  əsasən  bölüşdürülməsi 
yuxarıda  qeyd  edilən  oxşar  motivlərə  gətirib  çıxarır.  Burada 
bölüşdürmə  bazası  ilə  ayrı-ayrı  növ  məhsulların  maya  dəyəri 
arasındakı  mütənasiblik  daha  yüksək  dərəcədə  təsadüfi  ola 
bilər.  Belə  ki,  nə  material  məsrəflərinin  xüsusi  çəkisi,  nə  də 
məhsulun  əmək  tutumu  istehlak  üçün  bilavasitə  onun 
dəyərindən asılı deyil. 
 
14.2. Yanaşı məhsulların kalkulyasiyalaşdırılması  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə