Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

 
 
194 
 
13.5. Məsrəflərin uçotunun və məhsulun maya dəyəri 
kalkulyasiyasının ümumi sxeması 
 
Məsrəflər  müəyyən  əlamətlərlə  bağlı  olaraq  iqtisadi 
elementlər,  kalkulyasiya  maddələri,  xərclərin  baş  vermə 
(sərfiyyat)  yerləri  və  istehsal  edilən  məhsul  növləri  üzrə 
qruplaşdırılır.  İstehsal  müəssisələrində  yuxarıda  sadalanan 
əlamətlər  üzrə  qruplaşdırılan  məsrəflər  202  N-li  “İstehsalat 
məsrəfləri”,  711  N-li  “Kommersiya  xərcləri”,  721  N-li 
“İnzibati xərclər” və 731 N-li “Sair əməliyyat xərcləri”, 741 N-
li  “Fəaliyyətin  dayandırılmasından  zərərlər”,  751  N-li 
“Maliyyə xərcləri”, 761 N-li “Fövqəladə xərclər”  hesablarında 
uçota alınır.  
Buraxılan  məhsul  növləri  üzrə,  onların  daxilində 
kalkulyasiya  maddələri  üzrə  faktiki  maya  dəyərləri  202  N-li 
istehsalat  məsrəfləri  hesabında  əks  etdirilir.  Ay  ərzində  bu 
hesabın  debetində  məmulatın  hazırlanmasının  texnoloji 
prosesləri  ilə  bağlı  olan  müstəqim  xərclər  toplanır:  məhsulun 
əsasını  təşkil  edən  materialın  dəyəri,  istehsalat  fəhlələrinin 
əmək  haqqı,  onların  sosial  təminatlarına  ayırmalar,  texnoloji 
məqsədlər  üçün  istifadə  edilən  yanacaq  və  enerji  dəyəri.  İlk 
sənədlərdə  (limit-yığma  kartları,  naryadlar,  raportlar  və  b.) 
məsrəflərin başvermə (sərfiyyat) yerləri, buraxılan məhsulların 
adı və müvafiq məsrəf maddələri göstərilir. 
İstehsalatın  idarə  olunması  və  xidməti  ilə  bağlı  olan 
xərcləri  qeyri-müstəqim  xərclər  adlanır  və  onları  birbaşa 
konkret  növ  məhsulun  maya  dəyərinə  daxil  etmək  mümkün 
olmur. Ona görə də həmin xərclər ay ərzində 721 N-li “İnzibati 
xərclər”  sintetik  hesabında  uçota  alınır  və  ayın  axırında 
müxtəlif  növ  məhsullar,  sexlər,  bütövlükdə  müəssisə  məsrəf 
maddələri  üzrə  arasında  bölüşdürülür.  Məsrəflərin  uçotunun 
məhdudlaşdırılmış  maya  dəyəri  ilə  uçota  alınan  müəssisələrdə 


 
 
195 
 
721  N-li  hesab  birbaşa  801  N-li  “Ümumi  mənfəət  (zərər)” 
hesabı ilə bağlanır. 
Analitik uçotda idarəetmə və xidmət xərcləri müəssisənin 
struktur  bölmələri  arasında  hazır  məhsul  ilə  bitməmiş  istehsal 
arasında,  ayrı-ayrı  məhsul  növləri  üzrə  bölüşdürülür.  İstehsal 
məsrəflərini 
uçota 
alan 
hesablar 
həmçinin 
fəhlələrin 
məzuniyyət  ödənişlərini,  qarşıdakı  xərc  ehtiyatları,  gələcək 
dövr  xərclərinin  müvafiq  məbləğləri,  çıxdaşdan  itkiləri  də 
uçota alır. Deməli hesabat dövrünün sonunda məhsul buraxılışı 
üzrə  bütün  məsrəflər:  müstəqim  xərclər  məsrəf  elementləri, 
qeyri-müstəqim  xərclər  isə  kompleks  maddələri  üzrə  202  N-li 
“İstehsalat məsrəfləri” hesabının debetində cəmlənir. 
Hesabat  dövrünün  sonunda  bitməmiş  istehsalın  ayın 
axırına  olan  qalıq  dəyəri  qiymətləndirilir  və  xərclər  hazır 
məhsulun  maya  dəyəri  ilə  bitməmiş  istehsalın  maya  dəyərləri 
arasında  bölüşdürülür.  Məhsulun  istehsal  maya  dəyərini  təyin 
etmək  üçün  bitməmiş  istehsalın  ayın  əvvəlinə  olan  qalığının 
üzərinə  ay  ərzində  sərf  edilmiş  və  202  N-li  hesabın  debetində 
əks  etdirilmiş  xərcləri  gəlmək  və  qaytarılmış  tullantıların, 
çıxdaşdan itkilərin və ayın axırına bitməmiş istehsalın dəyərini 
çıxmaq  lazımdır.  Ay  ərzində  sexlərdən  (əsas  istehsalatdan) 
anbara  təhvil  verilən  hazır  məhsul  plan  maya  dəyəri  ilə 
qiymətləndirilir və ayın axırında plan maya dəyəri faktiki maya 
dəyərinə çatdırılır. 
Köməkçi  istehsalın  iş  və  xidmətlərin  maya  dəyərini 
müəyyən  etmək  üçün  202  N-li  “İstehsal  məsrəfləri”  sintetik 
hesabının  202/2  N-li  “Köməkçi  istehsal”  məsrəfləri  sub 
hesabından  istifadə  edilir.  Köməkçi  istehsal  sahələrin 
xidmətindən  əsasən  əsas  istehsalat  istifadə  edir.  Köməkçi 
istehsalat  əsas  istehsalatın  normal  fəaliyyət  göstərməsi  üçün 
şərait  yaradır  və  onları  buxarla  təmin  edir  ki,  bu  da  sex  və 
inzibati  binanın  işlədilməsində  istifadə  olunur.  Əsas  istehsalat 
avadanlıqlarını  lazımi  işçi  səviyyəsində  saxlamaq  üçün  təmir-


 
 
196 
 
mexaniki  sexin  xidmətində  istifadə  edilir.  Ona  görə  də  ayın 
sonunda 202/2 N-li hesabın debetində cəmlənən xərclər birbaşa 
və yaxud paylayıcı-bölüşdürücü hesablar vasitəsi ilə 202/1 N-li 
hesaba silinir. 
Məsrəflərin uçotu prosesinin həlledici mərhələsi ayrı-ayrı 
məhsul  növlərinin  maya  dəyərinin  kalkulyasiyasının  tərtibi 
hesab  olunur.  Ayrı-ayrı  məhsul  növlərinin  maya  dəyərinin 
kalkulyasiyası    202  N-li  “İstehsal  məsrəfləri”  sintetik  hesabın 
daxilində  kalkulyasiya  obyektləri  üzrə  xərclərin  analitik 
qruplaşdırılmasına əsasən həyata keçirilir. 
Beynəlxalq 
Mühasibat 
uçotu 
standartlarına 
uyğunlaşdırılmış  və  Azərbaycan  Respublikası  Maliyyə 
Nazirliyinin 18 aprel 2006-cı il tarixli, 38 N-li əmri ilə (1 N-li 
standart)  Kommersiya  təşkilatları  üçün  təsdiq  edilmiş  Milli 
Mühasibat  uçotunun  hesablar  planı  müəssisələrə  məsrəflərin 
uçotunun  beynəlxalq  praktikada  istifadə  edilmə  metodunun 
tətbiqinə  imkan  verir.  Bu  metodun  mahiyyəti  ondan  ibarətdir 
ki,    məsrəflər  dəyişən  (istehsalat  xərcləri)  və  sabit  xərclərə 
ayrılır  və  qismən  (məhdudlaşdırılmış)  maya  dəyəri  aşkara 
çıxarılır.  
 
MÖVZU 14. MƏHSULUN (İŞ VƏ XİDMƏTLƏRİN ) 
MAYA DƏYƏRİ KALKULYASİYASININ DİGƏR 
PARAMETRLƏRİ VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ 
 
14.1. Kalkulyasiyanın xüsusi növləri 
 
Kalkulyasiyanın 
xüsusi 
növlərinə 

ekvivalent 
kalkulyasiya,  o  cümlədən  yanaşı  məhsulların  maya  dəyərini 
hesablamaq üçün istifadə edilən avadanlığın işinin maşın-saatın 
dəyəri  əsasında  aparılan  kalkulyasiya,  tədbirlərin  dəyərinin 
kalkulyasiyası  və  qiymətqoyma  və  qiymət  siyasətində 
qərarların  qəbul  edilməsi  üçün  kalkulyasiya  hesablamaları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə