~ 5 ~
GİRİŞ
Statistik məlumatlara görə respublikamızda ildə adambaşına 71
kq meyvə və tərəvəz istehlak edilir. Dünyanın əksər inkişaf etmiş
ölkələrində bu göstərici 190 kq-a çatır. Ekspertlər bunu həmin öl-
kələrdə kifayət qədər saxlayıcıların olması və əhalinin ilboyu bə-
rabər səviyyədə təmin edilə bilməsi ilə izah edirlər.
Bitkiçilik məhsullarının bir çoxunun yetişmə mövsümü eyni
vaxta təsadüf etdiyindən bazarlarda həmin məhsullar üzrə bolluq
yaranır. İstehsalçılar məhsulu ya dəyər-dəyməzinə satır, ya da zay
edərək atmaq məcburiyyətində qalırlar. Bu gün tərəvəz, meyvə və
kartofun səmərəli saxlanması əhalinin həmin məhsullarla təmina-
tının yaxşılaşdırılmasında vacib mənbəə olub, bu yolla 15-20%
əlavə məhsul əldə etmək olar. Odur ki, tarixən məhsulların sax-
lanmasının düzgün təşkili üçün əmək sərf edilmiş və müəyyən nə-
ticələr əldə olunmuşdur.
Hazırda bitkiçilik məhsullarının saxlanması üçün ənənəvi
(klassik) və müasir üsullardan istifadə olunmaqdadır. Ənənəvi
üsullardan quyuda, xəndəkdə, kəpəkdə, qarda, buzda, bandaqda
saxlanmanı və s. göstərmək olar. Eyni zamanda anbarlarda və
xüsusi təchiz olunmuş soyuducu anbar kompleksləri olan stasio-
nar saxlayıcılarda da məhsul saxlanır.
Bölgələrdə mövcud olan müasir dən saxlayan və emal edən
müəssisələr - elevatorlar çox böyük məhsuldarlığa (25-40 min ton
və daha çox) malik olub, yalnız iri təsərrüfatların istifadə etməsi
üçün əlverişli ola bilər. Bu baxımdan kooperasiya haqqında qanu-
nun qəbul edilməsi müsbət hal kimi dəyərləndirilə bilər.
Ənənəvi üsullarla saxlanma zamanı rejimi tənzimləmək olmur,
xəstəlik və zərərvericilərlə yoluxma ehtimalı və son nəticədə itki-
lər çox olur.
Müasir saxlanma üsullarında ilk növbədə saxlanma rejiminin
tənzimlənməsinə və saxlayıcılar daxilində hermetikliyə nail olun-
malıdır (yəni, hava daxil olması və çıxmasını istisna edən şəraitə).
Saxlayıcılar
daxilində temperatur, nisbi rütubət
və havalanma baş-