~ 57 ~
Şəkil 2.1.
Penetrometrin sxemi
1-ox ştampla; 2-yay; 3-silindr; 4-göstərici; 5-şkala
Meyvə və tərəvəzlərin mexaniki möhkəmliyini qiymətləndir-
mək üçün xüsusi cihaz - penetrometr və laboratoriya qurğuşunun
köməyilə bir sıra göstəricilər təyin olunur. Sonuncu qurğu ilə
meyvə və tərəvəzlərin düşmə, zərbə, təzyiqə müqaviməti təyin
edilir. Quruluşuna görə sadə əl penetrometri geniş yayılmaqla,
dinamometr yayı prinsipi üzrə qurulmuşdur. Şəkildə həmin
cihazın sxemi verilir. Ştampla qurtaran 1-3 mm diametrli ox
tədqiq olunan obyektə təzyiq edir. Toxumaların müqaviməti oxun
ştamp olan başının əks tərəfindəki başda yerləşən yayı sıxılmağa
məcbur edir. Bu zaman toxumaların müqaviməti nə qədər böyük
olarsa, yay bir o qədər güclü sıxılacaqdır. Onun sıxılma dərə-
cəsinin göstəricisi qeydə alınır. Penetrometrlə meyvə-tərəvəzlərin
örtücü toxumlarının davamlığı və parenxim toxumalarının sıxlığı
təyin edilir. Birinci halda basılma örtücü toxumaların parçalanma-
sına qədər aparılır. İkinci halda örtücü toxumalar ülgüclə kəsilir
və ştamp lətin parenxim toxumasina təzyiq edir. Meyvə və
tərəvəzlərin örtücü və parenxim toxumalarının möhkəmliyi
parenxim dərəcəsindən, yetişdirildiyi şəraitdən asılıdır. Lakin bu
göstəricilər yalnız o vaxt dəqiq ola bilər ki, onlar bir neçə təkrarda
təhlil olunsun. Hər bir təyin etməyə azı 30 nüsxə götürülməli və
bu zaman nümunədə obyektin bütün rəngarəngliyi əks olunma-
lıdır. Örtücü toxumaların möhkəmliyi və parenxim toxumalarının
sıxlığı perpendikulyar ox üzrə dörd tərəfdən mərkəzi təbəqəyə
təzyiq etməklə təyin olunur. Ağırlıq kəskin şəkildə deyil, tədricən
təzyiqi artırmaqla həyata keçirilir. Təyin etmənin nəticələrinin
nisbi vahidlərlə ifadə olunması tövsiyə edilir.