Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   66

~ 56 ~ 
200-ə qədər (200 daxildir) 

200-500 

500-1000 

1000-5000 
12 
5000-dən çox 
Hər dolu və yarımçıq 2000 kq-dan 12 
və 1 əlavə nümunə hissəciyi 
 
Hər  nümunə  hissəciyinin  kütləsi  10  kq-dan  az  olmamalıdır. 
Bostan  bitkiləri  partiyasından  (qarpız,  yemiş)  açıq  şəkildə 
daşınarkən boşalma prosesində müxtəlif yer və qatlardan (yuxarı, 
orta,  aşağı)  meyvələr  götürülür  (xəstə  və  zədələnmişlər  istisna 
olunmaqla);  5  tona  qədər  (5  daxildir)  partiyadan  –  azı  3%,  5 
tondan çox - hər bir sondakı tondan azı 10 kq, seçimə düşən bütün 
meyvələr yoxlanılmalıdır. 
 
2.2. Meyv
ə
 v
ə
 t
ə
r
ə
v
ə
zl
ə
rin mexaniki 
möhkə
mliyinin t
ə
yini 
Mexaniki  möhkəmlik  sortun  əsas  göstəricilərindəndir.  Bəzi 
sortlar toxumasının möhkəmliyi və mexaniki təsirlərə davamlılığı 
ilə,  digərləri  isə  az  davamlı  və  yük  altında  asan  zədələnməsi  ilə 
fərqlənir.  Möhkəmliyin  xarakterizəsi  yetişkənlik  dərəcəsindən 
asılı  olub,  yetişənlərlə  müqayisədə  yetişməmiş  məhsullar  daha 
davamlı  olur.  Mexaniki  davamlıq  göstəricisinə  görə  optimum 
yığım müddəti və məhsulun saxlanması, onun nəqliyyata davam-
lığı, qabın tipi, saxlayıcıda yerləşdirilən tərəcələrin ölçüləri müəy-
yən olunur. Meyvə və tərəvəzlərin mexaniki davamlığı toxumanın 
anatomik quruluşu (hüceyrənin iriliyi, hüceyrə qılafının qalınlığı) 
və  kimyəvi  tərkibi  (maddələrin  polimerləşmə  dərəcəsi)  ilə 
əlaqəlidir. 
Tapşırıq.  Meyvə  və  tərəvəzlərdə  penetrometrin  köməyilə 
örtücü  toxumaların  möhkəmliyinin  və  parenxim  toxumalarının 
sıxlığının müəyyən olunması (şəkil 2.1). 
 


~ 57 ~ 
 
Şəkil 2.1. Penetrometrin sxemi 
1-ox ştampla; 2-yay; 3-silindr; 4-göstərici; 5-şkala 
 
Meyvə  və  tərəvəzlərin  mexaniki  möhkəmliyini  qiymətləndir-
mək üçün xüsusi cihaz - penetrometr və laboratoriya qurğuşunun 
köməyilə  bir  sıra  göstəricilər  təyin  olunur.  Sonuncu  qurğu  ilə 
meyvə  və  tərəvəzlərin  düşmə,  zərbə,  təzyiqə  müqaviməti  təyin 
edilir.  Quruluşuna  görə  sadə  əl  penetrometri  geniş  yayılmaqla, 
dinamometr  yayı  prinsipi  üzrə  qurulmuşdur.  Şəkildə  həmin 
cihazın  sxemi  verilir.  Ştampla  qurtaran  1-3  mm  diametrli  ox 
tədqiq olunan obyektə təzyiq edir. Toxumaların müqaviməti oxun 
ştamp olan başının əks tərəfindəki başda yerləşən yayı sıxılmağa 
məcbur edir. Bu zaman toxumaların müqaviməti nə qədər böyük 
olarsa,  yay  bir  o  qədər  güclü  sıxılacaqdır.  Onun  sıxılma  dərə-
cəsinin göstəricisi qeydə alınır. Penetrometrlə meyvə-tərəvəzlərin 
örtücü toxumlarının davamlığı və parenxim toxumalarının sıxlığı 
təyin edilir. Birinci halda basılma örtücü toxumaların parçalanma-
sına  qədər  aparılır.  İkinci  halda  örtücü  toxumalar  ülgüclə  kəsilir 
və  ştamp  lətin  parenxim  toxumasina  təzyiq  edir.  Meyvə  və 
tərəvəzlərin  örtücü  və  parenxim  toxumalarının  möhkəmliyi 
parenxim  dərəcəsindən,  yetişdirildiyi  şəraitdən  asılıdır.  Lakin  bu 
göstəricilər yalnız o vaxt dəqiq ola bilər ki, onlar bir neçə təkrarda 
təhlil olunsun. Hər bir təyin etməyə azı 30 nüsxə götürülməli və 
bu  zaman  nümunədə  obyektin  bütün  rəngarəngliyi  əks  olunma-
lıdır. Örtücü toxumaların möhkəmliyi və parenxim toxumalarının 
sıxlığı  perpendikulyar  ox  üzrə  dörd  tərəfdən  mərkəzi  təbəqəyə 
təzyiq etməklə təyin olunur. Ağırlıq kəskin şəkildə deyil, tədricən 
təzyiqi  artırmaqla  həyata  keçirilir.  Təyin  etmənin  nəticələrinin 
nisbi vahidlərlə ifadə olunması tövsiyə edilir.     


~ 58 ~ 
 
2.3. Meyv
ə
-t
ə
r
ə
v
ə
zl
ə
rd
ə
 
C vitaminin miqdarının 
t
ə
yini 
Meyvə  və  tərəvəzlər  vitaminlərin,  xüsusilə  də  C  vitamininin 
(askorbin  turşusu)  miqdarına  görə  dəyərlidir.  İnsanın  C 
vitamininə olan sutkalıq tələbatı 50-100 mq təşkil edir.  
C vitamini şəkərlərin törəməsi olub, oksidləşmə prosesində o, 
dehidro  formasına  çevrilir.  Bu  reaksiya  dönər  olsa  da,  C 
vitamininin  parçalanmasına  səbəb  olur  ki,  onun  reduksiya 
olunmuş forması istiyə davamlı,  oksidləşmiş dehidro forması isə 
qaynadıldıqda çox tez dağılandır. 
C vitamini insan orqanizmində toplana bilmədiyindən gündəlik 
qida  rasionunda  yer  almalıdır.  Odur  ki,  əhalinin  ilboyu  qeyd 
olunan vitaminlə zəngin olan təzə meyvə və tərəvəzlər və onların 
emal  məhsulları  ilə  təchiz  olunması  olduqca  vacibdir.  C  vita-
mininin  miqdarının  təyini  onun  reduksiya  edicilik  xüsusiyyətinə 
əsaslanır. Xüsusi reaktiv kimi 2,6-dixlorfenolindofenol reaktivin-
dən  (Tilmans  reaktivindən)  istifadə  olunur.  Onun  sulu  məhlulu 
göy rəngli olub, askorbin turşusu ilə reaksiyada rəngsizləşir. Titr-
ləşməyə sərf olunan reaktivin miqdarına görə C vitaminin miqdarı 
hesablanır.  Rənglə  askorbin  turşusundan  başqa  digər  birləşmələr 
də (məsələn, reduktonlar, sisteinlər) reaksiyaya girdiyindən bəzən 
yüksək nəticələr alınır. 
İşin gedişi. Xırdalanmış və qarışdırılmış orta nümunədən 0,01 
qr  dəqiqliklə  10  qr  çəkilir.  Askorbin  turşusu  hava  oksigeni  ilə, 
xüsusilə də az miqdarda ionlar qarışığının (dəmir, mis) iştirakı ilə 
çox  asanlıqla  oksidləşdiyindən  orta  nümunənin  təşkili  zamanı 
meyvə  və  giləmeyvələri  paslanmayan  poladdan  hazırlanmış 
bıçaqla,  lakin  çox  güclü  olmadan  doğramaq  lazımdır.  Nümunə 
mümkün  qədər  tez  hazırlanmalıdır.  Nümunə  stəkanı  20-30  ml 
2,5%-li  xlorid  turşusu  məhlulu  ilə  yaxalamaqla  (fermentləri 
inaktivasiya  etmək  üçün)  farfor  kasaya  keçirilir.  Kasada  olan 
nümunə hissəcikləri turşu məhlulu ilə tam örtülməlidir. Nümunə 
həvəngdəstə ilə əzilir və 100 ml-lik ölçü kolbasına keçirilir. Kasa 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə