Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   66

~ 49 ~ 
Çörəyin həcmi çıxımının müəyyən olunması. Həcmi çıxım 100 
q  una  görə  hesablanmış,  14-15%  nəmlikdə  çörəyin  həcmidir. 
Həcmi çıxımı təyin etmək üçün xüsusi cihazdan istifadə olunur. 
Çörəyin  orqanoleptik  qiymətləndirilməsi.  Bir  neçə  ağ  çörək 
batonu  götürülür.  Baton  nümunələrinin  balla  qiymətləndirilməsi 
cədvəldə  qeyd  edilən  ballardan  istifadə  edilməklə  aparılır.  Sonra 
dequstatorların  verdiyi  balların  orta  arifmetrik  qiyməti  müəyyən 
edilir  və  standartdan  kənarlaşmanın  böyüklüyü  hesablanır. 
Batonların keyfiyyəti haqqında nəticəyə gəlinir (cədvəl 1.8).  
 
 


~ 50 ~ 
Cədvəl 1.8 
Əla və birinci növ buğda unundan hazırlanmış batonun  
keyfiyyət göstəriciləri 
№ 
Keyfiyyət 
göstəriciləri 
Keyfiyyət 
göstəricilə-
rinin əhə-
miyyəti, bal 
Keyfiyyət dərəcəsinin xarakteristikası 




1. 
Xarici 
görünüş 
(forması, 
səthinin 
vəziyyəti) 

Forması düzgün (əzilməmiş, yan çıxıntılarsız), 
göstərilən növə uyğundur. Sadə tələbə, yeməkxana, 
südlü, kişmişli batonlar uzunsov, iti və küt 
qurtaracaqlı olur. Paytaxt batonları uzunsov küt oval 
qurtaracaqlı olur. Xüsusi batonlar isə iti oval 
qurtaracaqlı olur. Səthi hamar, parıltı və aydın 
görünən kəsiklərə malik olur.  

Forması düzgün, məhsulun növünə uyğundur. Səthi 
hamar, parıltı və aydın görünən kəsiklərə malik olur. 

Forması azca yayılmış, sıxılmış vəziyyətdədir. Üstü 
hamar, böyük olmayan çatlarla, kəsiklər aydın 
görünmür, parıltısız və bir az unludur. 

Forması düzgün deyil, yayılmış və ya sıxılmış, 
kəsiklər aydın görünmür, parıltısı yoxdur.  

Forma düzgün deyil, yayılmışı və ya sıxılmış, 
səthində çoxlu çatlar var, kəsiklər aydın görünmür, 
parıltı yoxdur. 
2. 
Üst qabığın 
rəngi 

Hamar, açıq sarıdan, açıq qəhvəyiyə qədər.  

Lazımınca hamar, açıq sarıdan açıq qəhvəyiyə qədər. 

Lazımınca hamar deyil, sarı və ya qəhvəyi rəngdə. 

Qeyri hamar, avazımış, tünd qəhvəyi çirkli. 

Yarımyanmış, həddindən artıq solğun, çirkli. 
3. 
Məsaməliyin 
xarakteri 

Hamar, yaxşı inkişaf etmiş, nazik divarlı. Xüsusi, 
paytaxt, şəhər növlü batonlar üçün qeyri hamar 
olmalı. 

Lazımınca hamar məsaməli. 

Lazımınca hamar deyil, məsamələr müxtəlif 
ölçüdədir. 

Çox xırda bə ya iri, pis inkişaflı, qalın qabıqlı, 
boşluqlara malik. 
 
 


~ 51 ~ 




4. 
Çörək içinin 
fiziki 
mexaniki 
xüsusiy-
yətləri 






Çoxlu bərkimiş sahələr, boşluqlar, yaxşı yoğrulmamış 
Çox yaxşı. Zərif, çox elastik. 
Yumşaq, elastik. 
Lazımınca yumşaq, lazımınca elastik. 
Sıxılmış, az elastiki. 
Bərk, qeyri-elastik. 
5. 
Çörəyin 
içinin rəngi 

Açıq, ağ və ya ağ kreme çalan, bərabər rəngli. 

Açıq, ağ və ya ağ kreme çalan, bərabər rəngli. 

Lazımınca boz, boza çalan və ya sarıya çalan rəngli, 
qeyri bərabər rəngli. 

 
Lazımı qədər olmayan, bozumtul, sarımtıl olub, qeyri 
bərabər rənglidir.  

Tünd, boz və ya sarı, hamar olmayan “xallı”. 
6. 
İyi 





Xoşa gələn, növə uyğun, aydın, hiss olunan.  
Xoşa gələn, növə uyğun, aydın, hiss olunan. 
Zəif turşu iyinə malik, zəif hiss olunan. 
Turş, maya ətirli, boş, hiss olunmayan. 
Iylənmiş, kənar iyli 
7. 
Dad  





Xoşagələn, növün özünə xas olan, aydın hiss olunan. 
Xoşagələn, növə xas olan, aydın hiss olunan 
Turşmazə, duzlu, şirin. 
Turşumuş, duzlu, maya iyli, şirin. 
Kənar dadlı, həmən növə xas olmayan. 
8. 
Çeynəmə 





Yaxşı çeynəlinilir, çox zərif hisslə. 
Yaxşı çeynənilir, ağızda yumrulanmır. 
Azacıq yumrulanır, az kobud, xırdalanır. 
Hiss olunan dərəcədə yumrulanır, kobud. 
Bərk yurrulanır, çətin ovulur. 
 
 
 
 


~ 52 ~ 
İKİNCİ FƏSİL
 
T
ə
z
ə
 v
ə
 
emal olunmuş bitkiçilik
 m
əhsullarının
 
keyfiyy
ə
tinin t
ə
hlili 
2.1. Meyv
ə
-t
ə
r
ə
v
ə
z v
ə
 kartofdan orta 
nümunənin götürülmə
si 
İşin  məqsədi:  məhsulun  qəbulu,  orta  nümunənin  götürülməsi 
və  meyvə  -tərəvəz  və  kartofun  keyfiyyət  göstəriciləri  ilə  tanış-
lıqdır. 
1.  Təzə  meyvə  -  tərəvəz  və  kartofun  qəbulu  mövcud  olan 
standartlar və texniki şərtlərə uyğun həyata keçirilir. 
Nəzarət  aparılana  qədər  alıcı  yükün  qala  bilmə  xüusisyyətini 
yoxlamalı (nəqliyyat vasitələrinin vəziyyəti, göndərənin sulğuc və 
möhürünün olmasını, qabların sazlığını), daşınma qaydalarına və 
yükün  çatdırılma  müddətinə  əməl  olunması,  həmçinin  yükün 
adının  həmin  markalanmaya  və  müşayət  edən  sənədləşməyə 
uyğun olması müəyyən edilməlidir. 
Yükün zədələnməsi  aşkar olunduqda akt tərtib  olunur. Həmin 
sənəd  göndəriciyə  və  nəqliyyat  təşkilatlarına  etiraz  və  iş 
qaldırılması üçün əsas olur. 
Məhsulun  qəbulunda  onun  eyni  cinsli  olmasını,  qablama  və 
markalanmasının  düzgünlüyünü  müəyyən  etmək  üçün  bütün 
partiyaya  baxış  keçirilir.  Partiya  boşaldıldıqdan  sonra  təsərrüfat-
botaniki,  pomoloji  yaxud  ampeloqrafik  və  əmtəəlik  sortlara, 
qabların növünə görə yerləşdirilir və akt tərtib olunur. 
Qırılmış  yaxud  deformasiyaya  uğramış  və  içərisində  xarab 
olmuş  məhsullar  aşkar  edilən  belə  qutular  qrup  şəkində  ayrılır. 
Qutulardan  düşmüş  meyvə  və  tərəvəzlər  çəkilir.  Qırılmış, 
deformasiya  olunmuş  qutular,  həmçinin  qablardan  tökülmüş 
məhsulların  keyfiyyətinə  nəzarət  ayrıca  aparılır.  Qeyd  olunan 
çatışmazlıqlar  kommersiya  aktında  yaxud  qəbul  aktında  (forma 
№40)  maraqlı  olmayan  tərəflərin  iştirakı  ilə  əks  olunur.  Maraqlı 
olmayan  tərəflər  kimi  sanitar  epidomoloji  nəzarət,  Dövlət 
Standart Komitəsinin əməkdaşları və başqaları iştirak edə bilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə