Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

~ 59 ~ 
destillə su ilə çox qat yaxalanaraq kolbaya əlavə olunur. Kolbanın 
səviyyəsi  nişan  xəttinə  (ölçü  xəttinə)  çatdırılır  və  çalxanır. 
Askorbin turşusunun ekstraksiyası  üçün təqribən 10 dəqiqə tələb 
olunur və bu müddətdə kolba qaranlıq yerdə saxlanır. 
İşi  sürətləndirmək  və  keyfiyyəti  yüksəltmək  üçün  nümunə 
götürüləcək məhsul homogenləşdiricidə (mikser) əzilir. Bu zaman 
nümunə  standart  qalır.  Farfor  kasada  adi  əzilmə  ilə  müqayisədə 
homogenləşdirmənin  tətbiqi  işi  5-6  dəfə  tezləşdirir,  təyin  etmə 
ekspres-metoda yaxın olur. 
Qalan  çöküntüdən  (filtrdən  keçirilməmiş)  10  ml  götürülərək 
konusvari  kolbaya  keçirilir  və  0,001N  2,6-dilxor  fenolindofenol 
məhlulu ilə, 0,5 dəqiqə müddətində itməyən davamlı çəhrayı rəng 
yaranana  qədər  titrlənir.  100  qr  məhsulda  askorbin  turşusunun 
miqdarı (x) milliqramla (mq%) aşağıdakı formulla hesablanır: 
 
X=
               
  

 
Burada: 
  – titrlənməyə sərf olunan reaktivin miqdarı, ml; 
Т – 0,001N rəng məhlulu titrinə düzəliş; 
b – çöküntünün ümumi həcmi, ml; 
n – nümunə, qr; 
e – titrlənmə üçün götürülən çöküntünün həcmi, ml; 
0,088 – askorbin turşusuna çevirmə əmsalı (1 ml  
0,001N reaktiv məhlulu 0,088 mq askorbin turşusunu  
oksidləşdirir). 
İntensiv  rənglənmiş  çöküntü  verən  meyvə,  giləmeyvə  və 
tərəvəzlərdə (albalı, gavalı, qara qarağat, pomidor) C vitamininin 
miqdarının  təyinini  aparmaq  çətindir.  Bu  halda  aşağıdakı  metod 
tətbiq  olunur.  Titrlənmək  üçün  olan  çöküntü  xırda  stəkana 
keçirilir,  onun  üzərinə  askorbin  turşusunu  məhlula  keçirən 
bərabər  həcmdə  xloroform,  dixloretan  yaxud  toluol  tökülür. 
Titrləmə rəngə az dozalarla çalxalanmadan mövcud məhlul əlavə 
edilməklə  yerinə  yetirilir.  Üzvi  həlledici  qatında  çəhrayılaşma 
yaranan  kimi  titrləmə  başa  çatdırılır.  Nəticələrin  hesablanması 
yuxarıdakı formulla aparılır. 


~ 60 ~ 
Reaktivlərin hazırlanması. 2.6-dixlorfenolindofenolun 0,001N 
məhlulu (Tilmans reaktivi)-0,2 qr reaktiv 1 litrlik ölçü kolbasında 
təqribən 600-700 ml suda həll edilir. Bir gecə saxlanır, su ilə ölçü 
xəttinə çatdırılır, filtrdən keçirilir. 
Tilmans  reaktivi  məhlulu  davamsız  olub,  hava  oksigeninin 
təsiri  ilə  asanlıqla  parçalanır  (xüsusilə  də  işıqda).  Ona  görə  də 
titrə  düzəliş  1-2  gündən  sonra  edilir  və  onu  tünd  şüşəli  qabda 
saxlayırlar. 
Tilmans  reaktivi  məhlulu  titrinə  düzəliş  aşağıdakı  ardıcıllıqla 
edilir.  Əvvəlcə  0,01N  KMnO
4
  məhlulu  titrinə  düzəliş  müəyyən 
olunur.  Konusvari  kolbaya  20  ml  0,01N  oksalat  turşusu  tökülür. 
Natrium turş oksalat yaxud ammonium turş oksalat turşusu, hansı 
ki, uyğun olaraq 0,063, 0,067  yaxud 0,062 q kimyəvi təmiz quru 
maddənin  100  ml  destillə  edilmiş  suda  həll  edilməsi  ilə  alınır. 
Üzərinə 2-3 ml qatılaşdırılmış sulfat turşusu əlavə olunaraq 0,01N 
KMnO
4
 məhlulu ilə (1 l suya 0,316 qr olmaqla, məhlul 2-3 həftə 
saxlanır)  demək  olar  ki,  qaynayana  qədər  qızdırmaqla,  zəif 
çəhrayı  rəng  yaranana  qədər  titrləyirlər.  KMnO
4
  məhlulunun 
titrinə düzəliş (T
1
) aşağıdakı formulla hesablanır: 
 
T
1
=
 
 

 
burada:  
  – titrləmə üçün götürülən 0,01N oksalat turşusu  
məhlulunun (natrium, ammonium, turş oksalat)  
miqdarı, ml; 
b – titrə sərf olunan 0,01N KMnO
4
 məhlulunun  
miqdarı, ml. 
Sonra  0,01N  Mor  duzu  məhlulunun  titrinə  düzəliş  edilir. 
Konusvari kolbaya 10 ml Mor duzu məhlulu tökülür, üzərinə 1-2 
ml  qatılaşdırılmış  sulfat  turşusu  əlavə  olunaraq  turşulaşdırılır  və 
əvvəlcədən hazırlanmış 0,01N KMnO
4
  məhlulu  ilə  titrlənir.  Mor 
duzu məhlulunun titrinə düzəliş (T
2
) aşağıdakı formulla müəyyən 
olunur: 
 


~ 61 ~ 
T
2
=
 
 
 
 

 
burada:  b – titrə sərf olunan 0,01N KMnO
4
 məhlulunun  
miqdarı, ml; 
c – titr üçün götürülən Mor duzu məhlulunun miqdarı,  
ml. 
Nəhayət,  bundan  sonra,  2,6-dixlorfenolindofenolun  0,01N 
məhlulunun  titrinə  düzəliş  müəyyən  olunur.  10  ml  reaktiv 
məhlulu  konusvari  kolbaya  keçirilir,  üzərinə  5  ml  doymuş 
natrium oksalat (yaxud ammonium oksalat) əlavə olunur və əvvəl 
hazırlanan dəqiq 0,01N  Mor duzu məhlulu ilə göy rəng itənə və 
kəhraba-sarı  rəng  əmələ  gələnədək  titrlənir.  Reaktiv  məhlulunun 
titrinə düzəliş aşağıdakı formulla təyin olunur: 
 
T
3
=
 
 
   
 

 
burada:  T
2
–0,01N Mor duzu məhlulu titrinə düzəliş; 
c – titrə sərf olunan Mor duzu məhlulunun miqdarı,  
ml; 
e – titr üçün götürülən 2,6-dixlorfenolindofenol  
məhlulunun miqdarı, ml; 
10 – 2,6- dixlorfenolindofenol məhlulunun 0,01N  
çevirmə əmsalı. 
Mor  duzu  məhlulunun  titri  davamlı  olarsa,  onu  3-5  ay 
müddətində  Tilmans  reaktivinin  titrini  müəyyən  etmək  üçün 
istifadə etmək olar. 
 
2.4. Efir 
yağlarının
 
miqdarının
 t
ə
yini 
Meyvə  və  tərəvəzlərin  müxtəlif  emal  məhsullarının  hazırlan-
masında əlavə kimi istifadə olunan ədviyyə bitkilərinin tərkibində 
olan  efir  yağları,  onların  ətri  və  antibiotik  xüsusiyyətlərini  təmin 
edir. 
Efir yağları suda həll olmur, uçucudur və ona görə də su buğ-
ları ilə qovula bilir və sonra sakit qoyulmaqla destilyatdan ayrılır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə