Dərs vəsaiti baki 2016 azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 4,02 Mb.
səhifə8/24
tarix31.12.2021
ölçüsü4,02 Mb.
#82395
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
Metr.əsasları Fərzanə Nadir

5. ÖLÇMƏ ÜSULLARI



Əvvəlki mövzuda qeyd etdiyimiz kimi ölçmələrdən birbaşa ölçmələr ən sadə və sərbəst ölçmə növü olub, eyni zamanda digər mürəkkəb ölçmələrin də (dolayı, cəm, birgə və s.) əsasını təşkil edir. Ona görə də metrologiyada birbaşa ölçmə üsulları sadəcə ölçmə üsulları adlandırılır. Adətən, iki əsas ölçmə üsullarını bir-birindən fərqləndirirlər:

Bilavasitə qiymətlndirmə üsulu

Ölçü” ilə müqayisə üsulu

Bilavasitə qiymətləndirmə üsulunda ölçülən kəmiyyətin qiyməti birbaşa təsirli cihazın (hərəkət ancaq bir istiqamətdə, girişdən çıxışa doğru olan, heç bir əks əlaqə olmayan) hesablayıcı quruluşundan götürülür (şək.5.1). Bu ölçmə üsulu sadə olmaqla yanaşı həm də müəyyən nöqsanlara malikdir. Bu nöqsanlardan ən başlıcası alınan nəticələrin kifayət qədər xətalı olmasıdır. Xətaların yaranmasına səbəb istifadə olunan ölçmə vasitəsinin qeyri-mükəmməlliyi, ölçməni aparan müşahidəçinin buraxdığı səhvlər, cihazın dərəcələnməsində yol verilən səhvlər ola bilər.

Müqayisə üsulunda ölçülən kəmiyyətin qiyməti “ölçü” ilə yaradılan kəmiyyətlə müqayisəsindən tapılır. Ölçülən kəmiyyətin qiymətinin götürülməsi anında onunla “ölçü” ilə yaradılan kəmiyyət arasında fərqin olub-olmamasından asılı olaraq müqayisə üsulu sıfır və diferensial müqayisə üsullarına bölünür.


Şək.5.1. Bilavasitə qiymətləndirmə üsulu
Sıfır müqayisə üsulunda ölçü cihazına göstərilən təsir (ölçülən kəmiyyətlə “ölçü” ilə yaradılan kəmiyyət arasındakı fərq) sıfra gətirildikdə ölçülən kəmiyyətin qiyməti götürülür (şək.5.2).



Şək.5.2. Sıfır qarşıqoyma üsulu

X R1

X R1 X·R2=R3·R1

X= (R3·R1)/R2









Şək.5.3. Sıfır qarşıqoyma üsulu ilə müqavimətin

körpü vasitəsilə ölçülməsi

Diferensial müqayisə üsulunda ölçü cihazına ölçülən kəmiyyətlə “ölçü” ilə yaradılan kəmiyyətin fərqi təsir edir və bu fərqə görə ölçülən kəmiyyətin qiyməti müəyyən edilir.

Şək.5.4. Diferensial qarşıqoyma üsulu

Həm sıfır, həm də diferensial müqayisə üsulları öz növbəsində qarşıqoyma, əvəzetmə və üst-üstə düşmə üsullarına bölünürlər. Bu üsullar, adətən sıfır qarşıqoyma (tam qarşıqoyma), sıfır əvəzetmə (tam əvəzetmə), sıfır üst-üstə düşmə (tam üst-üstə düşmə) üsulları, diferensial qarşıqoyma (qeyri-tam qarşıqoyma), diferensial əvəzetmə (qeyri-tam əvəzetmə), diferensial üst-üstə düşmə (qeyri-tam üst-üstə düşmə) üsulları adlanır.

Şək. 5.5. Əvəzetmə üsulları

a-sıfır; b-diferensial

Üst-üstə düşmə üsuluna misal harmonik siqnalların ossilloqrafın köməyi ilə amplidunun və tezliyinin ölçülməsi, ştangenalətlərlə xətti ölçülərin ölçülməsi göstərilə bilər. Bu üsullar içərisində sıfır müqayisə üsulu bilavasitə qiymətləndirmə üsulunda baş verən xətalardan təcrid olunmuş üsuldur. Lakin bu üsulun da mənfi cəhəti var ki, o da onun ölçülən kəmiyyətin müxtəlif qiymətlərinin ölçülməsi üçün həddindən çox sayda müxtəlif qradasiyalı “ölçüləri” tələb etməsidir.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə