Dərs vəsaiti baki 2019 azərbaycan respublikasi təHSİl naziRLİYİ


İntellektual vericilərdə siqnalların ilkin emalı



Yüklə 1,34 Mb.
səhifə5/41
tarix24.12.2023
ölçüsü1,34 Mb.
#159744
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41
İntellektual müh ılavə

1.3. İntellektual vericilərdə siqnalların ilkin emalı

İnİÖS-in intellektual vericiləri ölçmə vericilərinin yeni nəsli sayılır və analoq vericilərdən mərkəzi prosessorla (CP) bilavasitə əlaqə və ölçmə nəticələrinin rəqəm şəklində emalı və nəzarət obyekinə idarəedici təsirlərin (İT) edilməsi imkanlarının olması ilə fərqlənir.


Belə vericilərdə siqnalların ilkin emalı əsasən miqyaslama, xəttiləşdirmə, sıfırın sürüşməsinin və ölçmə xətasının digər təşkiledicilərinin korreksiyasından, qeyri-xətti çevirmələrin icra edilməsi və s. əməliyyatlarin yerinə yetirilməsindən ibarətdir. Bunun üçün vericilərin tərkibinə ölçmə gücləndiriciləri, ARÇ, mikroprosessorlar (MP və MK), qida mənbələri və digər funksional bloklar daxil edilir.
İntellektual vericili İnİÖS-in struktur sxemi şək. 1.3-də verilmişdir.

Aşağıda intellektual vericilərdə siqnalların ilkin emalı məqsədi ilə icra edilən bir neçə məsələ araşdırılır.


1. Əgər vericinin (V) həssas elementinin (HE) çevirmə funksiyası xəttidirsə у1 = к1х, miqyaslama məqsədi ilə MK-da müəyyən К əmsalına vurma əməliyyatı yerinə yetirilməlidir.
Şək. 1.3-dəki İnİİS-in struktur sxemində intellektual vericinin tərkibinə daxil olan FB-lərin çevirmə funksiyası aşağıdakı kimi göstərilə bilər:
- siqnal formalaşdıran (SF) FB-nin çevirmə funksiyası:
у2 = к2у1= к2к1х;
- analoq-rəqəm çeviricisinin (ARÇ) çevirmə funksiyası:
N = к3у2 = к3к2к1х
Bu halda MK ARÇ-nin çıxışında alınan rəqəmli nəticə üzərində aşağıdakı hesablama əməliyyatlarını icra edir:
к = ;
z = к N = к3к2к1х = x
Nəticədə, MK-nın (intellektual vericinin) çıxışında alınan ölçmə nəticəsi ilə giriş kəmiyyətı arasındakı funksional asılılığın riyazi ifadəsi z = x olur.
2. Əgər vericivin HE həssas elementinin çevirmə xarakteristikası qeyri-xəttidirsə у1 = F(х), onda vericinin çevirmə funksiyasının xəttiləşdirilməsi üçün MK-da qeyri-xətti çevirmə əməliyyatı yerinə yetirilməlidir.
Bu halda şək. 1.3-dəki İnİİS-in struktur sxemində intellektual vericinin tırkibinə daxil olan FB-lərin çevirmə funksiyası aşağıdakı kimi göstərilə bilər:
- siqnal formalaşdıran (SF) FB-nin çevirmə funksiyası:
у2 = к2у1= к2 F(х);
- analoq-rəqəm çeviricisinin (ARÇ) çevirmə funksiyası:
N = к3у2 = к3к2 F(х)
Vericinin çevirmə funksiyasının xəttiləşdirilməsi məqsədi ilə MK ARÇ-nin çıxışında alınan rəqəmli nəticə üzərində aşağıdakı hesablama əməliyyatlarını icra edir:
z1 = N = К3 К2 F(х) = F(х);
z = F-1 (z1) = F-1(F (х)) = x
Nəticədə, MK-nın (intellektual vericinin) çıxışında alınan ölçmə nəticəsi ilə şək. 1.3-dəki İnİİS-in giriş kəmiyyətı arasındakı funksional asılılığın riyazi ifadəsi z = x olur.
3. Siqnalların xətti çevrilmələri zamanı intellektual vericilərin yerinə yetirdiyi ölçmə diapazonlarının uyğunlaşdırılması məsələsinə baxaq. Vericivin HE həssas elementinin çıxış siqnalının у1 - dən у2 - yə qədər diapazonda dəyişdiyini fərz edirik. İntellektual vericinin ölçmə nəticəsinin isə 0-dan z-ə (z  у2 - у1) qədər diapazonda dəyişməsi tələb olunur (şək. 1.4) [43].


HE həssas elementi ilə intellektual vericinin ölçmə nəticəsinin dəyişmə diapazonlarının uyğunlaşdırılması üçün MK-da aşağıda gösyrilən əməliyyatlar yerinə yetirilməlidir.


1) у1 və у2 –nin rəqəmli ekvivalenti və z- in qiyməti MK-nın yaddaşında saxlanır;
2) vericinin cari çıxış siqnalının у qiymətindən у1-in qiyməti çıxılır ( у = у 1);
3) к = əmsalı hesablanır;
4) у-in qiyməti к əmsalına vurulur.
CP- də bu əməliyyatların yerinə yetirilməsi nətıçəsində:
= у к = 
alınır. Göründüyü kimi, у = у1 qiymətində = 0 olur; у = у2 halında isə = z alınır.
4. Çox zaman vericilərin sistematik xətası sıfırın sürüşməsi səbəbindən yaranır. Obyektin ölçülən parametrinin vericinin girişinə verilmədiyi (həssas elementinə təsir etmədiyi) çox hallarda vericinin çıxış siqnalı sıfıra bərabər olmur (х = 0, у1 0).
Sıfırın sürüşməsini yox etmək məqsədi ilə vericinin həssas elementinin girişi obyektin ölçülən parametrindən ayrılır və vericinin çıxış siqnalının у1 0 qiyməti ölçülür və onun rəqəmli ekvivalenti z0 düzəliş kimi intellektual vericidə MK-nın yaddşında saxlanır. Sonra vericinin həssas elementinin girişi obyektin ölçülən parametrinə qoşulur və onun z ölçmə nəticəsindən yaddşda saxlanılan z0 düzəlişi çıxılır.
Beləliklə, vericinin həssas elementinin girişinə verilən kəmiyyəti ölçərkən sıfırın sürüşməsi səbəbindən yaranan sistematik xətaları aradan qaldırmaq üçün yaddşda saxlanılan z0 düzəlişi avtomatik olaraq ölçmə nəticəsinə daxil edilir və onu təshih edir.
Qeyd etmək lazımdır ki, qeyri-xətti çevirmələrin icra edilməsi məqsədilə aproksimasiya üsulları geniş tətbiq olunur.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə