Dərs vəsaiti baki 2019 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,34 Mb.
səhifə3/41
tarix24.12.2023
ölçüsü1,34 Mb.
#159744
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41
İntellektual müh ılavə

1. İNFORMASİYA-ÖLÇMƏ SİSTEMLƏRİNIN İNTELLEKTUALLAŞDIRILMASI
1.1. İnformasiya-ölçmə sistemlərinin intellektuallaşdırılmasında mikroprosessorların və mikrokontrollerlərin rolu
Ölçmə sistemlərində mikroprosessorların (MP) və mikrokontrollerlərin (MK) tətbiq edilməsi ölçmə informasiyasının yığılması, çevrilməsi, ötürülməsi, yadda saxlanılması və təqdim edilməsi, verilənlərin emalı və sıxılması, eləcə də mürəkkəb alqoritmlər üzrə dolayı ölçmə üsullarının praktiki realizasiyası nöqteyi-nəzərindən onların imkanlarını genişləndirmişdir. Bu imkanların sırasına aşağıdakı funksiyaları da daxil etmək olar [44]:
- ölçmə nəticələrinin riyazi emalı – buraya dinamik parametrlərin hesablanması, maksimum və minimum qiymətlərin tapılması, təhrif olunmuş nəticələrin (sapmaların) ayrılması, nəticələrin rəqəm şəklində yadda saxlanılması, xəttiləşdirmə, miqyaslama, funksional çevirmələr və s. aiddir;
- ölçmə prosesinin idarə edilməsi – buraya ölçmə vasitəsinin avtomatik dərəcələnməsi, ölçmə həddinin avtomatik seçilməsi, ölçmə proqramıının icrasına nəzarət edilməsi, sıfırın bərpa edilməsi və s. daxildir;
- mexaniki və əl ilə icra olunan əməliyyatların elektronika ilə əvəz olunması – buraya ölçmə həddinin dəyişdirilməsi, informasiya massivlərinin və operator üçün təlimatların təqdim edilməsi məqsədilə displeylərdən istifadə olunması və s. aid edilə bilər;
- ölçmə siqnallarının strukturunun riyazi (proqram) təhlilinə əsaslanan ölçmə üsullarının icra edilməsi.
İÖS-lərin inkşafı yalnız sərt proqram üzrə fəaliyyət göstərməsi istiqaməti üzrə aparılmır, həm də «əqli» imkanların hesabına icra ediən məsələlərin, məsələn, məntiq, qərar qəbuletmə kimi intellektual funksiyaların yerinə yetirməsi istiqamətinə yönəldilmişdir.
Odur ki, müasir İÖS-lərin fərqləndirici xüsusiyyəti onların intellektuallaşdırımasından, yəni insana xas olan yeni imkanlarının yaradılmasından ibarətdir.
İÖS-lərin intellektuallaşdırılması mikroprosessorların və mikrokontrollerlərin meydana çıxması ilə daha çox inkişaf etmişdir.
İntellektuallaşdırılmış informasiya-ölçmə sistemlərində (İnİÖS) aşağıdakı metroloji məsələlər həll edilir [44]:
1. Ölçmə vasitəsinin özünüyoxlaması (özünükalibrləməsi).
2. Ölçmə prosesində verilənlərin emalına sərf olunan müddət ərzində yaranan xətaların qiymətləndirilməsi.
3. Ölçmə siqnalının analoq-rəqəm çevirmələri nəticəsində yaranan xətaların təyin edilməsi və nəzərə alınması.
4. Ölçmə xətalarını nəzərə almaqla ölçülən kəmiyyəti bərpa etmə xətasının hesablanması.
5. Ölçmə dəqiqliyinin artırılması məqsədi ilə obyekt haqqında yığılmış aprior informasiyadan istifadə edilməsi.
Beləliklə, İnİÖS-ləri xarakterizə edən əsas xüsusiyyətlər və imkanlar aşağıda qeyd edilmişdir [36]:
1. Ölçmə obyekti, prosesi və ya kəmiyyəti haqqında əldə olan aprior informasiyanı nəzərə alması və ondan istifadə etməsi;
2. Təqdim edilən obyekti, prosesi və ya fiziki kəmiyyəti
öncədən təsnifatlandırması (modelini dəqiqləşdirməsi) və adekvat olçmə alqoritmi və ona uyğun ölçmə vasitələrini seçməsi;
3. İdentifikasiya olunmuş modellər sinfi əsasında obyektin
və ya prosesin ölçmə nəticələrinin verilmiş keyfiyyət göstəricilərinin optimallaşdırılması yolu ilə ölçmə ekspermentini öncədən avtomatik planlaşdırması;
4. Seçilmiş ölçmə kanalının (ÖK) avtomatik olaraq özünüyoxlaması və özünükalibirləməsi;
5. Eksperment şəraitinin və girişə olan təsirlərin mümkün dəyişmələrinə seçilmiş ölçmə alqoritminin parametrik adaptasiyası;
6. Özünüöyrətmə qabiliyyəti, yəni yeni biliklər əldə edərək, onlarla məxsusi biliklər bazasını (BB) zənginləşdirməsi və özünün işləmə alqoritmini təyin edərkən onlardan aktiv istifadə etməsi;
7. Ölçmə eksperimentinin gedişinə nəzarət etməyə və lazım gəldikdə ona müdaxilə etməyə, alınmış nəticələri xaric etməyə imkan verən «İnÖS-insan» intellektual dialoq interfeysinin mövcud olması;
8. Ölçmə nəticələrinin xətalarının və doğruluğunun qiymətləndirilməsi və bəzi hallarda ölçmə nəticələrini onların əsasında qəbul edilməsi lazım gələn qərarlarla (ölçmə nəticələrinin korreksiyası, xəttiləşdirmə və s.) birlikdə yığcam və operatorun asan qəbul edə bildiyi şəkildə təqdim olunması.
Nəticə olaraq, müasir dövrdə İnİÖS tərkibində intellektual kompüter olan və aprior və cari informasiyanı qəbul edərək, istifadə edə bilən kifayət qədər inkişaf etmiş cihaz periferiyası olan (bb. 1; 2; 5); öz fəaliyyətini planlaşdıran qərarlar qəbul edən (bb. 2; 3; 5; 8); özünün iş qabiliyyətinə nəzarət edən (b. 4); özünüöyrədən (b. 6); insan-operatorla dialoq yaradan (bb.7, 8) ölçmə vasitəsi kimi xarakterizə edilir.
Beləliklə, ölçmə sistemlərində MP və MK-ların tətbiq olunması onların dəqiqliyinin və cəldişləməsinin artırılmasına, funksional imkanlarının genişləndirilməsinə, etibarlılığının, yüksəldilməsinə, əvvəllər həlli mümkün olmayan məsələlərin həll olunmasına imkan yaratmışdır.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə