Dərs vəsaiti baki 2019 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Ölçmə sistemlərinin çevirmə xarateristikasını additiv xəttiləşdirmə üsulu



Yüklə 1,34 Mb.
səhifə19/41
tarix24.12.2023
ölçüsü1,34 Mb.
#159744
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   41
İntellektual müh ılavə

3.3. Ölçmə sistemlərinin çevirmə xarateristikasını additiv xəttiləşdirmə üsulu
Ölçmə sistemlərinin qeyri-xətti çevirmə xarakteristikasının additiv üsulla parçalarla xəttiləşdirilməsi zamanı qeyri-xətti xarakteristikasının z – ordinat oxu üzrə bölünmüş parçaları özünə paralel olaraq xətti xarakteristikasına yaxınlaşdırılır. Bu parçaların yerdəyişmələrinin qiyməti analitik üsulla o şərtlə hesablanır ki, bölmə parçalarının sərhədlərində onların xətti xarakteristikadan maksimal yayınmaları işarəcə əks, qiymətcə bərabər olsun.
Şək. 3.6-da qeyri-xətti xarakteristikasının additiv üsulla xəttləşdirilmiş parçası göstərilmişdir.









qeyri-xətti xarakteristikasının additiv üsulla xətləşdirilmiş parçası xi-1-lə xi arasında yerləşir.
Burada Ai – qeyri-xətti çevirmə xarakteristikalarının
i-ci parçasının yerdəyişməsinin (additiv düzəlişin) ədədi qiymətidir.

Qeyri-xətti xarakteristikanın yerdəyismə istiqaməti onunla xətti xarakteristikanın bir-birinə nəzərən yerləşmələrindən asılıdır. Əgər qeyri-xətti xarakteristika xətti xarakteristikadan yuxarıda yerləşirsə, əməliyyat «minus» işarəsi ilə (yerdəyismə istiqaməti aşağıya), aşağıda yerləşirsə, əməliyyat «plyus» işarəsi ilə (yerdəyismə istiqaməti yuxarıya) yerinə yetirilir.
ÖS-in qeyri-xətti çevirmə xarakteristikasının qalan parçaları da analoji qayda ilə xəttiləşdirilir.
Additiv xəttiləşdirmə üsulunun metodik xətası bölmə parçalarının uzunluğundan və bu parçalarda ÖS-in xarakteristikasının yerdəyişməsinin qiymətindən asılıdır.
qeyri-xətti xarakteristikasının şək. 3.6-da göstərilən şərtini ödəyən hissəsində (qeyri-xətti xarakteristikanın artımı xətti xarakteristikanın artımından böyükdür) additiv üsulla xəttləşdirilmiş [xi-1, xi] parçası üçün xətti xarakteristikadan müsbət və mənfi yayınmalarının maksimal qiymətlərinin bərabər alınması şərti belədir:
xi-1 – [f(xi-1) – Ai] = [f(xi) – Ai] – xi = mi (3.5)
Burada:
xi-1 və xi - qeyri-xətti xarakteristikanın - ci bölmə parçasının uyğun olaraq aşağı və yuxarı sərhəd qiymətləri;
- qeyri-xətti xarakteristikanın korreksiya olunmuş - ci bölmə parçasının xətti xarakteristikadan mütləq yayınmasının maksimal qiymətidir.
Qeyri-xətti xarakteristikanın artımının xətti xarakteristikanın artımından kiçik olan hissələr üçün (3.5) şərti aşağıdakı kimi olur:
f(xi-1) – Ai] – xi-1 = xi – [f(xi) – Ai] = mi (3.6)
Qeyri-xətti xarakteristikanın korreksiya olunmuş parçasının xətti xarakteristikadan müsbət və mənfi yayınmalarının maksimal qiymətlərinin bərabər alınmasının ümumiləşdirilmiş şərti aşağıdakı kimi olur: 3.7)
(3.7) şərtindən bölmə parçalarına uyğun additiv düzəlişin hesablanması üçün aşağıdakı ifadə alınır:
(3.8)
(3.8) ifadəsindəki işarə qeyri-xətti və xətti xarakteristikaların qarşılıqlı yerləşmələrinə əsasən təyin edilir. Əgər qeyri-xətti xarakteristika xətti xarakteristikadan yuxarıda yerləşirsə onda, «plyus», əks halda isə «minus» işarəsi qəbul edilir.
(3.8) ifadəsini (3.7)-də nəzərə aldıqda mi hesablanması üçün aşağıdakı ifadə alınır:
(3.9)

(3.10)
(3.9)-dan qeyri-xətti xarakteristikanın bölmə parçalarının yuxarı sərhəd qiymətləri üçün aşağıdakı ifadə alınır:
+ 2 (3.11)

(3.9) və (3.11) ifadələrində yuxarıdakı işarələr bölmə parçalarında qeyri-xətti xarakteristikanın artımının xətti xarakteristikanın artımından çox olduğu hala uyğundur. Əks halda aşağıdakı işarələr istifadə edilir.
Bölmə addımının qiyməti (3.9) ifadəsindən təyin edilir. Məlumdur ki, bəzi ÖS-in giriş kəmiyyətinin sıfır qiymətinə çıxış siqnalının sıfırdan fərqli qiyməti ( , ), digərlərində isə, çıxış siqnalının sıfır qiyməti ( , ) uyğun gəlir.
ÖS-in çıxış kəmiyyətinin başlanğıc qiyməti sıfırdan fərqli olduqda, birinci parçanın hesablanma parametirləri aşağıdakı kimi təyin edilir:
;

ÖS-in çıxış kəmiyyətinin başlanğıc qiymətin olmadığı halda xarakteristikanın başlanğıc hissə korreksiya olunmur. Bu hissənin uzunluğu mi xətasını aşmamaq şərti ilə) aşağıdakı ifadədən təyin edilir:
f(хb) – хb = м, buradan: хb = f(хb) – м.
Additiv xətdiləşdirmə prosesinin riyazi modeli bu şəkildə olur:
Zk = )
Burada:
– ÖV-nin çıxış kəmiyyəti;
– məntiqi funksiyadır;
olduqda, = 1, əks halda = 0;
Аi – qeyri-xətti xarakteristikanın i-ci bölmə parçasında ÖV-nin çıxış kəmiyyətinə daxil edilən additiv düzəlişdir.
Additiv xətdiləşdirmə üsulunun funksional-struktur modeli şək. 3.7-də göstərilmişdir.
Şək. 3.7-də istifadə edilən funksional operatorların məzmunu aşağıdakı kimi izah edilir.
– ölçmə nəticəsinin mikroprosessora və müqaisə qurğusuna ötürülməsi;
İ1(S:Zi); i = 1, s – qeyri-xətti xarakteristikanın bölmə parçaların sərhəd qiymətlərinin yaddaşda saxlanması;




İ2 (Zi), İ5i), İ7(Zк) – bölmə parçalarının sərhəd qiymətlərinin ÖV-nin çıxış kəmiyyəti ilə müqaisə edilməsi üçün ötürülməsi; additiv düzəlişlərin ədədi qiymətlərinin və mikroprosessorda təshih edilmiş ölçmə nəticəsinin uyğun modullara ötürülməsi;
İ3(CR: Z, Zi) – ÖS-in çıxış kəmiyyətinin bölmə parçalarının Zi sərhəd qiymətləri ilə müqaisə edilməsi;
İ4 (S: Аi); i = 1, s – qeyri-xətti xarakteristikanın bölmə parçaları üçün additiv düzəlişlərin ədədi qiymətlərinin yaddaşda saxlanması;
I6(Σ: Ai; z) – additiv Аi düzəlişi ilə ölçmə nəticəsi arasında toplama əməliyyatının yerinə yetirilməsi;
Zk – ÖS-in ölçmə nəticəsinin korreksiya olunmuş qiyməti;
I8 (R:Zk) – ÖS-in ölçmə nəticəsinin korreksiya olunmuş qiymətinin rəqəmli indikasiyası.
Qeyd etmık lazımdır ki, additiv xəttiləşdirmə üsulunu tətbiq edərkən əvvəlcədən araşdırma aparılaraq aşağıdakılar müəyyən edilməlidir:
1. ÖS-in qeyri-xətti çevirmə xarakteristikasının xətti xarakteristikaya nəzərən yuxarıda və yaxud aşağıda yerləşməsi;
2. ÖS-in qeyri-xətti çevirmə xarakteristikasının qabarıq və ya çökük olması;
3. Bölmə parçası intervalında qeyri-xətti xarakteristikanın artımının xətti xarakteristikanın artımından böyük və ya kiçik olması.
Bu məsələlərin həllindən sonra bölmə parçasının
sərhədlərində qeyri-xətti xarakteristikanın xətti xarakteristikadan müsbət və mənfi yayınmalarının maksimal qiymətlərinin bərabər alınması şərtini təmin edən tənlik tərtib edilməlidir. Həmin tənliyə əsaslanaraq qeyri-xətti çevirmə xarakteristikasının i-ci parçasının yerdəyişməsinin (additiv düzəlişin) ədədi qiyməti Ai, qeyri-xətti xarakteristikanın korreksiya olunmuş - ci bölmə parçasının xətti xarakteristikadan mütləq yayınmasının maksimal qiyməti , qeyri-xətti xarakteristikanın bölmə parçalarının yuxarı sərhəd qiymətləri – xi və Zi təyin edilməlidir.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə