Dərs vəsaiti baki 2019 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,34 Mb.
səhifə6/41
tarix24.12.2023
ölçüsü1,34 Mb.
#159744
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41
İntellektual müh ılavə

1.4. İnformasiya-ölçmə sistemlərinin intellektual funksiyaları
İnformasiya-ölçmə sistemlərində informasiyaların əldə edilməsi məqsədi ilə müxtəlif ölçmə, diaqnostika, tanıma və nəzarət prosesləri yerinə yetirildiyi zaman fərqli intellektual funksiyalar icra edilir [42,44].
İnİÖS-də icra edilən intellektual funksiyaların təhlil edilməsi mühüm əhəmiyyət daşıyır.
Ölçmə prosesində yerinə yetirilən intellektual funksiyalara ölçmə sisteminin işləmə rejiminin, cəldişləməsinin və ölçmə həddinin seçilməsi (eksperimenti planlaşdırma prosessoru EPP), yaxud sapmaların (səhvlərin) aşkara çıxarılması, nəticələrin qoyulmuş tələblərə cavab verməsinin müəyyənləşdirilməsi (MrP-metroloji və ÖDP-ölçmə dövrəsi prosessorları), xətaların korreksiyası (təshih edilməsi) və çevirmə xarakteristikasının xəttiləşdirilməsi və.s aiddir.
Eksperiment zamanı bu funksiyaları icra edən ölçmə prosesinin təşkil edilməsi məqsədi ilə sistemin tərkibində düzgün qərarlarin qəbul edilməsi üçün biliklər bankı nəzərdə tutulmalı və imitasiya modellərindən istifadə edilməlidir.
Bunların sırasına dolayı ölçmələrdən alınmış nəticələrin qiymətləndirilməsi zamanı alqoritmlərin seçilməsi, proseslərdə siqnallar arasında mövcud asılılıqların təyin edilməsi, modelləşdirmə əməliyyatları da daxildir.
Nəzarət prosesində yerinə yetirilən intellektual funksiyalara təhlil və ardıcıl müqayisə alqoritmini, adi və yaxud müsaidəli nəzarət strategiyasının seçilməsini, məntiqi nəticələr çıxarılmasını, nəzarət nəticələrinin doğruluğu və xətalarının qiymətləndirilməsini və.s aid etmək olar.
Diaqnostika prosesində intellektual funksiyalara nasazlığın səbəbini və yerini tapmaq məqsədi ilə diaqnostika testinin (yoxlamaların ən yaxşı ardıcıllığının) seçilməsi və təyin edilməsini, diaqnostika nəticələrinin doğruluğunun qiymətləndirilməsini aid etmək məqsədəuyğundur.
Tanıma prosesində intellektual funksiyalara tanıma meyarlarının düzgün seçilməsi və onların parametrlərinin təyin edilməsi, özünüöyrətmə prosesi və s. aid edilir.
Robotlaşdırılmış diaqnostika və nəzarət sistemlərində obyektlər avtomatik seçilir, təyin edilir, nəzarət mövqeyinə gətirilir və uyğun olan intellektual funksiyaların icra edilməsi lazım gəlir.
Metroloji təminat əsasən İnİÖS-in metroloji attestasiyasından və alınmış nəticələrin metroloji xarakteristikasının qiymətləndirilməsindən ibarətdir. Bu əməliyyatlar intellektual metroloji funksiyalara aid edilir və və çox hallarda insan iştirakı olmadan informasiya-ölçmə sisteminin tərkibindəki ixtisaslaşmış nümunəvi və xüsusi siqnallar generatorlarının, idarəedilən kalibratorların və tətbiqi proqramların vasitəsi ilə yerinə yetirilir.
İnİÖS-də icra edilən intellektual servis funksiyalarına ilk növbədə insanla informasiya-ölçmə sistemi arasında dialoqun təmin edilməsini, sistemin etibarlılığının yüksəldilməsini və özünüdiaqnostikasını aid etmək olar.
İntellektual interfeyslərin vasitəsi ilə ümumi sistem intellektual funksiyaları yerinə yetirilir və sistemin tərkibinə daxil olan proqram bloklarının və funksional blokların birgə işləməsi uyğunlaşdırılır və sistemin digər komplekslərlə qarşılıqlı fəaliyyəti təmin edilir. Bu funksiyalara iş rejiminin dəyişdirilməsi, siqnalların çevrilməsi, FB-lərin aktivləşdirilməsi üçün siqnalların hasil edilməsi, verilməsi və digər əməliyyatlar aid edilir [22,44].
Digər sistemlərlə məsələn, avtomatlaşdırılmış idarəetmə sistemləri ilə İnİÖS-in birgə işləməsinin təşkil edilməsi və üzərinə yeni əməliyyatları icra etməsi tələbləri qoyulduqda qeyd olunan intellektual funksiyalara yeniləri əlavə oluna bilər.
Mürəkkəb qurğuların kompleks sınağı və elmi eksperimentlərin aparılması məqsədi ilə bir neçə altsistemi olan İnİÖS-in ikipilləli strukturundan istifadə edilməsi məqsədəuyğundur. İnİÖS-lərin ikipilləli strukturunda ekspert siteminin (ES) mövcud olması xarakterikdir. Belə İnİÖS-lərdə birinci pillədə sadə funksiyaların yerinə yetirildiyi altsistem, ikinci pillədə isə mürəkkəb intellektual funksiyaların icra edildiyi ekspert altsistemi, böyük imkanlı kompüter və yaddaş qurğuları olur.
Intellektual İnİÖS-in ikipilləli strukturunun sxemi şək. 1.5-də göstərilmişdir [44].
İnİÖS-in birinci pilləsindəki ölçmə kanalları (ÖK) ölçmə çeviricisindən (ÖÇ), mikroprosessordan (MP), ixtisaslaşdırılmış prosessor və kompüterdən (CP) (çox hallarda fərdi kompüterlərdən – FK) və yaddaş qurğusundan (YQ), operatorla dialoq qurğusundan (DQ) və informasiyanı daxiletmə-xaricetmə qurğusundan (DX) ibarətdir.
İnİÖS-də yerinə yetirilən funksiyalar yaddaş qurğusunda qeyd olunmuş proqramlar əsasında icra edilir.
Obyektə və sistemə idarəedici təsirlər edən qurğu (İTQ) və ölçmə kanallarını idarəedən qurğu (İQ) İnİÖS-in birinci pilləsində yerləşir. İdarəetmə qurğusu (İQ) sistemin tərkibinin dəyişdirilməsini, sistemin işləmə rejimini, funksional blokların funksiyalarını və onların qarşılıqlı əlaqələrinı idarə edir.

Təqdim edilən struktur və birinci pillədəki ÖK-nın tərkibi, bütün İnİÖS-lər üçün əsasən tipik sayılır. İnİÖS-in ikinci pilləsinə adətən, onun ölçmə kanallarından alınan sifarişləri icra edən kompüter və sistemlə operator arasında mübadiləni təmin edən qurğu olur. Struktur sxemin ikinci pilləsinə ekspert altsistemi (ES) daxil edilmişdir. ES iş prosesində İnİÖS-in fəaliyyətinin məqsədyönlü şəkildə təşkil edilməsi məqsədi ilə uyğun tövsiyələri almağa imkan verir.


İnİÖS-in tərkibində istifadə edilən, mikroprosessor və mikroelektronika texnikasının yeniliklərinin cəmləşdiyi intellektuallaşdırılmış ölçmə çeviricilərində yerinə yetirilən intellektual funksiyalar sensorların identifikasiyasından, özünüdiaqnostikadan, məntiqi idarəetmə əməliyyatlarından, qərarlar qəbul edilməsindən, ətraf mühitin təsirlərinin azaldılmasından və s. ibarətdir. Belə İnİÖS-lərdə intellektual vericilərin olması intellektual funksiyaların bəzilərinin onların üzərinə qoyulmasına imkan verir. Yaddaş qurğularında qeyd edilmiş proqramlar icra edilməli olan intellektual funksiyaları müəyyən edir.
Beləliklə, İÖS-lərin strukturuna yaddaş qurğularının, hesablama və məntiq vasitələrinin, proqramlaşdırılan çeviricilərin, vericilərin daxil edilməsi onların intellektuallaşdırılmasına imkan yaratmışdır.
Qeyd edilənlərə görə «İntellektual İÖS» termini ümumiləşdirici termin sayıla bilər. Belə ki, intellektuallaşdırılmış İÖS-də tanıma, diaqnostika, nəzarət, ölçmə kimi informasiya prosesləri uyğun intellektual funksiyaları yerinə yetirməklə icra olunur [44].



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə