Dərs vəsaiti baki 2019 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Ölçmə sistemləri vericilərini intellektuallaşdırma mərhələləri



Yüklə 1,34 Mb.
səhifə4/41
tarix24.12.2023
ölçüsü1,34 Mb.
#159744
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41
İntellektual müh ılavə

1.2. Ölçmə sistemləri vericilərini intellektuallaşdırma mərhələləri
Vericilərin və ceviricilərin intellektuallaşdılmasının əsas məqsədi ölçmə dəqiqliyinin artırılması və informasiya-ölçmə və idarəetmə sistemlərində hesablama resurslarının səmərəli paylanılması yolu ilə onların funksional imkanlarının artırılması, etibarlılığının və çevikliyinin yüksəlməsindən ibarətdir [36].
Konstruktiv olaraq vericilər əsasən aşağıda göstərilən elementlərdən və sxemlərdən ibarət olur [23]:
1. Həssas elementlərdən (HE)
2. Analoq funksional sxemlərdən (AFS).
AFS-nin tərkinə analoq siqnal formalaşdırıcıları (SFS) və analoq emaletmə sxemləri (AES) daxildir.
Misal olaraq, qeyri-elektrik kəmiyyətləri vericiləri sinfinə aid olan membranlı təzyiq vericisinin struktur sxemi şək. 1.1-də göstərilmişdir.
HE ölçülən kəmiyyəti qəbul edir və onu əvvəlcə mexaniki kəmiyyətə, sonra isə bir qayda olaraq, elektrik kəmiyyətinə çevirir.
Membranlı təzyiq vericisində təzyiqin təsirindən membranın əyilməsi nəticəsində onun mərkəzi yerini dəyişir, yəni ölçülən təzyiq yerdəyişmə parametrinə (mexaniki kəmiyyət) çevrilir. Sonra membranın mərkəzinin yerdəyişməsi onun səthinə tozlandırılmış tenzomüqavimətin müqavimətinin dəyişməsinə (elektrik kəmiyyəti) çevrilir.
AFS-də elektrik kəmiyyəti unifikasiya edilmiş siqnala çevrilir (gücləndirilir və normallaşdırılır).



17


Emal zamanı ölçmə siqnalının orta qiyməti hesablanır, ölçmə xətası korreksiya edilir və digər hesablama əməliyyatları (məs. vericinin çevirmə xarakteristikası xəttiləşdirilir) yerinə yetirilir.


Vercilərin inkişaf etdirilməsinin əsas istiqamətlərindən biri onların proqramlaşdırılan hesablama vasitələri (CP) və yaddaş qurğuları ilə iteqrasiya səviyyəsinin yüksəldilməsidir.
Analoq çıxışlı ən sadə vericilərdə yalnız həssas element HE olur. Daha çox yayıimış mürəkkəb vericilərdə isə, HE-dən əlavə həm də siqnal formlaşdırıcı sxemlər SFS mövcuddur.
Həssas elementin AFS sxemi ilə birgə hazırlanması nəticəsində analoq çıxışlı inteqrallaşdırılmış vericilər yaradılmışdır.
Daxilində ARÇ olan vericilərin çıxışında rəqəm siqnalı alınır.
İneqrallaşdırılmış vericilərin daxilinə ARÇ, mikroprosessor və mikrokontrollerlərin yerləşdirilməsi ilə intellektual vercilərin yaradilmasının əsası qoyulmuşdur. Belə vercilərin çıxış siqnalı əsas kompüterdə (CP) sonrakı emal və icra mexanizmlərinin idarə edilməsi üçün əlverişli olur.
Vercilərin intellektuallaşdırılması elektrik kəmiyyətini həssas elementdən qəbul edən, onu elektrik siqnalına çevirən və sonra rəqəmli emal edən ixtisaslaşdirilmış xüsusi funksional blokların köməyi ilə yerinə yetirilir.
İntellektual vericilər ölçmə vasitələrinin yeni nəsli sayılır və analoq vericilərdən mərkəzi prosessorla СР bilavasitə əlaqə və ölçmə nəticələrinin rəqəm şəklində emal imkanlarının olması ilə fərqlənir.
Beləliklə, intellektual vericilər, ümumi halda, qida mənbəyindən, ölçülən kəmiyyətin ceviriçisindən, siqnalların rəqəm formasında emal edilməsi üçün daxilə yerləşdirilmiş hesablama vasitələrindən, parametrləri identifikasiya sxemindən və sistemin digər funksional bloklar ilə birləşdirilməsi üçün interfeys sxemindən ibarət olan bitmiş ölçmə-hesablama qurğusudur.
Nəhayət, intellektual vericilərin aşağıdakı nəsillərini qeyd etmək olar [33,45]:
1. Ölçülən kəmiyyəti analoq siqnala çevirən və rəqəmli emaletmə sxemi ilə əlqələndirilmiş intellektual vericilər.
2. Daxilində mikrokontroller və mikroprosessor yerləşdirilən intellektual vercilər.
3. Bir kristal üzərində yaradılmış intellektual vericilər.
Obyektə idrəedici təsirlər (İT) edən ölçmə sistemi vericilərinin intellektuallaşdıriması mərhələlərini əks etdirən struktur sxem şək. 1. 2-də göstərilmişdir [25].

Siqnalların rəqəmli emalı sıfırdan yayınmaların kompensasiyası, ölçmə diapazonunun seçilməsi, çevirmə xarakteristikasının xəttiləşdirilməsi, temperatur kompensasiyası və dispersiyanın, riyazi gözləmənin hesablanmasından və s. ibarətdir.


Müasir intellektual vericilər uyğun tətbiqi proqramlarla təmin olunduğu halda kənar təsiredici kəmiyyətləri ölçür, əlavə xətaları və dərəcələmə nəticələrini vericinin çıxış siqnalında nəzərə alır, dolayı ölçmələri yerinə yetirir və s. Belə vericilər kvantlamadan, qeyri-xəttilikdən və hesablamalar zamanı yuvarlaqlaşdırmalardan yaranan xətaları da nəzərə almaq imkanına malik olur.
İntellektual vericilərin ölçmə dəqiqliyinin yüksəldilməsi və maneələrin təsirinin azaldılması məqsədi ilə sınaq yoxlamaları zamanı təshih əmsalları təyin edilir, mikroprosessorun yaddaşına yazılır və ölçmə prosesində istifadə edilir.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə