az ərin irtörü (K T ş 40) «az döyüşçü ilə ayırıb»
bödkə özim olunp (BK ş 2) «taxta özüm oturub»
Müasir türk dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də təsirli təsriflənməyən fellər qeyri-
müstəqim obyekti də idarə edir:
bödkə körigmə (K Tc 11) «taxta baxan»
atjar körü (K T c 11) «ona baxaraq»
ağısı Qa arturıp (КТ c 6) «hədiyyəsinə aldanıb»
at üzə bintürə (T 25) «atlara mindirərək»
Müasir türk dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də təsriflənməyən təsirli fellər müstəqim
obyekti idarə etdikdən sonra qeyri-müstəqim obyekti də idarə
edir; bu zaman müstəqim obyekt bilavasitə felin yanında durur,
qeyri-müstəqim obyekti bildirən söz isə bir qədər aralı yerləşir;
məsələn: 01 yılka türgis tapa Altun yışığ aşa (BK ş 27) «həmin
ili türkişlərə qarşı Altun meşəli dağlarını aşaraq», Önük yoğaru
süyorıp (BK eş) «Önük yuxarı qoşun yürüdüb».
ADLARLA İDARƏ ƏLAQƏSİ
Adlarla idarə dedikdə fel olmayan bütün nitq hissələri ilə
idarə nəzərdə tutulur. Müasir türk dillərində isim, sifət, say,
əvəzlik, qismən də zərf idarə əlaqəsində tabccdici üzv kimi
çıxış edir. Müasir türk dillərində, fellərlə idarə əlaqəsində
olduğu kimi, 1) predikativ söz birləşmələrində, 2) qeyri-
predikativ söz birləşmələrində adlarla idarə əlaqəsindən
danışılır, lakin göstərilir ki, türk dillərində predikativ söz
birləşmələrində adlarla idarə çox zəif inkişaf etmişdir.
Qədim türk yazısı abidələrinin dilində predikativ söz
birləşmələrində adlarla idarə əlaqəsinə, demək olar ki, təsadüf
edilmir.
Qeyri-predikativ söz birləşmələrində idarə əlaqəsindən
bəhs edən tədqiqatçılar göstərirlər ki, türk dillərində adlar və
qismən, zərflər ismin yiyəlik, yönlük, yerlik və çıxışlıq hallarını
idarə edir; yiyəlik halı idarə etməkdə bu nitq hissələri daha
fəaldır.
34
Qədim türk yazısı abidələrinin dilində də oxşar mənzə
rəyə rast gəlinir. İsmi söz birləşmələrində, xüsusən ikinci və
üçüncü növ təyini söz birləşmələrində ikinci komponent
müəyyən və qeyri-müəyyən yiyəlik halda işlənən ismi idarə
edir: tabğaç bodun sabı (КТ c 5) «tabğaç xalqının sözü», türk
töriisü (KT ş 13) «türk qanunu», kisi oğlı (KT ş 1) «insan oğlu»,
kağan kutı (BK ş 35) «xaqan bəxti», Kögmən yolı (T 23)
«Kögmən yolu», el ebi (MÇ 34) «el evi», adığıQ kamı (IB 10)
«ayının qamı», çorıQ oğlı (KÇ 26) «çorun oğlu», toQuzun azığı
(Ш 10) «donuzun köpək dişi», bilgə kağanıQ bodunı (O 11)
«müdrik xaqanın xalqı», Kül tiginiQaltum (KT cq) «Kül tiginin
qızılı» və s.
Qədim türk yazısı abidələrinin dilində bəzən idarə edilən
yiyəlik hal -ıQ, -iQ şəkilçisi ilə deyil, -ığ. -ig şəkilçisi ilə düzəlir;
məsələn: bodunığ atı (KT ş 35) «xalqın adı», karlukığ tabarı
(MÇ 29) «karlukun malı», karluhğ ebi (MÇ 29) «karhıkun evi»,
adğırığ udlıkı (KT ş 36) «ayğınn budu».
Qədim türk yazısı abidələrinin dilində adların yönlük,
istiqamət və yerlik-çıxışlıq hallarda duran sözləri idarə etməsi
hallarına da təsadüf edilir. Düzdür, müasir türk dillərində olduğu
kimi, qədim türk yazısı abidələrinin dilində də bu hallarda duran
sözlərin adlarla idarəsi zəif inkişaf etmişdir.
Yönlük hal: Üzə teQri кап lui yılka yetinç ay küçlik alp
kanağımda adıralu bardıQız (0 12) «Üstdə tanrı xan əjdaha ili
yeddinci ayda güclü alp xaqanımdan ayrılaraq getdiniz». Üzə
kök teQri, asra yağız yir kılıntukda ekin ara kisi oğlı kılınmıs
(KT ş 1) «Üstdə mavi göy, altda qonur yer yarandıqda ikisinin
arasında insan oğlu yaranmış». ... yabız yablak bodunka üzə
olurtım (KT ş 26) «...qorxaq və zavallı xalqın üzərində
oturdum».
İstiqamət halı: İçrə aşsız, taşri tonsız, yabız, yablak
bodunka üzə olurtım (KT ş 26) «Qamı ac, üstü donuz, qorxaq və
zavallı xalqın üzərində oturdum». ... asra yağız yir kılıntukda
...(KT ş 1) «... aşağıda qonur yer yarandıqda...» Üzə teQri asra
yir yarlıkadukm üçün ... (BK şm 10) «Üstdə tanrı, aşağıda yer
buyurduğu üçün...».
35
Yerlik-çıxışlıq hal: Bu tabğaçda yıraya bəg oğuz ara yiti
ərən yağı bolmıs (O 5) «Bu tabğaçdan şimala bəy oğuzlar
arasında yeddi ərən yağı olmuş».
UZLAŞMA ƏLAQƏSİ
Tabe tərəf tabe edən tərəfin qrammatik əlamətlərini qəbul
edərsə, bu, uzlaşma əlaqəsi adlanır. Uzlaşma əlaqəsi türk
dillərində şəxsə və kəmiyyətə görə olur: tabe edən tərəf hansı
şəxs və kəmiyyətdirsə, tabe tərəf də həmin şəxs və kəmiyyətin
qrammatik əlamətlərini (şəkilçilərini) qəbul edir. Turk
dillərində, o cümlədən qədim türk qəbilələrinin dilləmdə
uzlaşma əlaqəsi həm predikativ əlaqəli birləşmələrin, həm də
atributiv əlaqəli birləşmələrin komponentləri arasında olur.
Predikativ əlaqəli birləşmələrdə uzlaşma əlaqəsi özünü
mübtəda ilə xəbər arasında göstərir və feli xəbərlərdə şəxs
şəkilçiləri (sonluqları), ismi xəbərlərdə isə xəbərlik şəkilçiləri
ilə təzahür edir.
Qədim türk yazısı abidələrinin dilində mübtəda ilə
xəbərin şəxsə və kəmiyyətə görə uzlaşması müasir türk dil
lərində (məsələn, Azərbaycan dilində) olduğundan fərqlənmir.
1.
Cümlənin mübtədası birinci şəxs əvəzliyinin təkində
işləndikdə xəbər də birinci şəxsin təkində olur. Qədim türk
yazısı abidələrinin mətnlərinin əksəriyyəti birinci şəxsin
dilindən yazıldığı üçün birinci şəxsin təkində mübtəda və
xəbərin uzlaşmasına kifayət qədər nümunə göstərmək olar;
məsələn: Mən ... tabğaç kağanta bədizçi kəlürtim (КТ c 11)
«Mən ... tabğaç xaqanından naxışçı gətirdim». Mən tokuz
yigirmi yıl şad olurtım (BK c 9) «Mən on doqquz il şad otur
dum». Mən ər ərdəmin üçün yokladım (Y 32) «Mən igid
cəsurluğum üçün həlak oldum». Esin mən Altun kaparka kirtim
(Y 29) «Mən - Esin Altun Kapara girdim». Mən oğlıma, ...
bodunımka hökmədim (Y 29) «Mən oğlumdan, .. xalqımdan
doymadım». İlimdə ərdəm üçün mən yerlədim (Y 28) «İgid
olduğum üçün mən elimdə yerləşdim». Ben öltüm (Y 37) «Mən
öldüm». Ben ança tirmən (T 37) «Mən belə deyirəm». Ben
yıradantayan t&gəyin (T 11) «Mən şimaldan hücum edim». Ben
36
Sələ Qə keçə udı yorıdım (MÇ 16) «Mən Sələnəni keçərək
arxalannda yürüdüm». İçrə ben bulğayın (MÇ 28) «Daxildə mən
iğtişaş qaldırım» və s.
2. Qədim türk yazısı abidələrinin dilində ikinci şəxs
əvəzliyinin (sən şəklində) ismin adhq halında işləndiyinə
təsadüf edilmir. Təbii ki, ikinci şəxsin təkində abidələrin dilində
mübtəda ilə xəbərin uzlaşmasından danışmaq olmaz. Lakin qeyd
etmək lazımdır ki, qədim türk yazısı abidələrinin dilində feli
xəbərin ikinci şəxsin təkində işlənməsinə sıx-sıx təsadüf edilir.
3. Mübtəda üçüncü şəxsin təki şəxs əvəzliyi, işarə
əvəzliyi (ol «o», bu «bu»), sual əvəzlikləri, isim, söz
birləşmələri ilə ifadə edildikdə xəbər üçüncü şəxsin təkində
işlənir; məsələn: Türk bodun, iliQin, törüQün kim artatı udaçı
erti? (KT ş 22) «Türk xalqı, (sənin) elini, qanununu kim dağıda
bilərdi?». Öd teQıi yasar (KT şm 10) «Taleyi tanrı yazar». Kül
tigin yadağın oplayu təgdi (KT ş 32) «Kül tigin piyada hücum
etdi». Türk bodun atı, küsi yok bolmazun tiyin özümin ol teQri
kağan olum (KT ş 25-26) «Türk xalqının adı, şöhrəti yox
olmasın deyə, özümü o tanrı xaqan oturdu». Türgis kağan süsi
Bolçuda otça, borça kəlti (KT ş 37) «Türgiş xaqanmın qoşunu
Bolçuda od kimi, şərab kimi gəldi». Kara türgiş bodun кор
içikdi (KT ş 38) «Qara türgiş xalqı tamamilə tabe oldu». KaQım
kağan uçdukda inim Kül tigin yiti yaşda kaltı (KT ş 30) «Atam
xaqan vəfat etdikdə kiçik qardaşım Kül tigin yeddi yaşında
qaldı» və s.
4. Cümlənin mübtədası şəxs əvəzliyinin birinci şəxs
cəmində olduqda xəbər də birinci şəxsin cəmində olur;
məsələn: Kağan at bunta biz birtimiz (KT ş 20) «Xaqan adım bu
vaxt biz verdik». Biz yəmə sülədimiz (T 44) «Biz yenə qoşun
çəkdik». ...bu üçəgü kabısar, koltaçı biz öz için, tasın tütmıs təg
biz (T 12-13) «... bu üçlük birləşsə, biz öz içini, bayırını tutmuş
təki qalasıyıq».
5. Cümlənin mübtədası şəxs əvəzliyinin ikinci şəxsinin
cəmində olduqda xəbər də ikinci şəxsin cəmində olur; məsələn:
Siz taşıkın, çikig taşığırın (MÇ 22) «Siz qiyam qaldırın, çikləri
37
Dostları ilə paylaş: |