şəkilçisi zaman və yer anlayışı ifadə edən sözlərə artırıldıqda
uyğun surətdə cümlənin zaman və yer zərflikləri vəzifəsində
işlənən sözlər əmələ gətirir. Bundan başqa, bir sıra hallarda
alət-birgəlik halın şəkilçisi ilə işlənən bəzi sözlər cümlənin
tərzi-hərəkət zərfliyi vəzifəsini yerinə yetirir.
1. Alət-birgəlik halda duran söz zaman zərfliyi olur;
məsələn:
Yalabaçı, edgü sabı, ötüki kəlməz tiyin yayın sülədim
(BK ş 39) «Elçisi, yaxşı sözü, xəbəri gəlməz deyə yayda qoşun
çəkdim».
Otuz artukı səkiz yaşımda kışm kıtay tapa sülədim...
otuz artukı tokuz yaşıma yazın tatabı tapa sülədim (BK c 2)
«Otuz səkkiz yaşımda qışda kıtaylara qarşı qoşun çəkdim ... otuz
doqquz yaşımda yazda tatabılara qarşı qoşun çəkdim».
Ançıp ol
yıl küzün ilgərü yorıdım (MÇ 20) «Ondan sonra həmin ilin
payızında şərqə yürüş etdim».
2. Alət-birgəlik halda duran söz yer zərfliyi olur; məsələn:
Bu yolm yorısar, yaramaçı, -
tidim (T 23) «Bu yolla yürüş etsək,
yaramaz, - dedim».
Anm barmıs (T 24) «Anı çayı ilə getmiş».
3. Alət-birgəlik halda işlənən söz iş və hərəkətin icra
tərzini bildirir və cümlədə tərzi-hərəkət zərfliyi vəzifəsini
yerinə yetirir; məsələn:
Altun yısığ yolsızın asdım, Erlis ügiizig
keçigsizin keçdimiz (T 35) «Altun meşəli dağlarını yolsuz aşdım,
İrtış çayını keçidsiz keçdik».
4. Alət-birgəlik halda duran söz cümlənin səbəb zərfliyi
olur; məsələn: Bəgləri, bodunı tuzsuz üçün, tabğaç təbliğin
kürlig üçün,
armaqçısın üçün, inili-eçili kiQ sürtükin üçün, bəgli-
boduqlığ yoQşurtukın üçün türk bodun illədük ilin ıçğanu ıdmıs
(KT ş 6) «Bəyləri, xalqı düz olmadığı üçün, tabğaç xalqının
təhriki hiyləgər olduğu üçün, cəzbedici olduğu üçün, kiçik
qardaşlarla böyük qardaşları salışdırdığı üçün, bəyləri, xalqı bir-
birinin üstünə qaldırdığı üçün türk xalqı yaratdığı elini
dağıtmış».
Qeyri-predikativ feli birləşmələrdə idarə əlaqəsi. Qey-
ri-predikativ söz birləşmələrində idarə əlaqəsindən danışdıqda
türk dillərində feli sifət, feli bağlama və məsdərin tərkib
daxilində onlardan əvvəl gələn adları idarə etməsi nəzərdə
tutulur. Qədim türk yazısı abidələrinin dilində məsdərin yox
32
dərəcəsində olduğunu nəzərə alsaq, onda abidələrin dilində feli
bağlama və feli sifətin adları idarə etməsindən danışmaq olar.
İstər feli sifət, istərsə feli bağlama fel olduğu və hər ikisi tərkib
(feli sifət və feli bağlama tərkibləri) əmələ gətirdiyi üçün,
habelə onlarm feli tərkibə daxil olan sözləri özünə tabe edib
idarə etdikləri üçün predikativ söz birləşmələri və qeyri-
predikativ söz birləşmələrində feli idarə arasında heç bir fərq
yoxdur. Fərq yalnız birincilərin şəkil, zaman, şəxs və kəmiyyət
şəkilçiləri qəbul edib predikat kimi formalaşmasında, ikincilərin
isə bu kateqoriyaları qəbul etməməsi, felin təsriflənməyən
formasında olmasındadır. Felin təsriflənən formaları kimi,
təsriflənməyən formaları da müstəqim obyekt - vasitəsiz
tamamlıq tələb edib-etməməsinə görə təsirli və təsirsiz
deyə iki
qrupa ayrılır: felin təsirli təsriflənməyən formaları müstəqim
obyekti idarə edir, felin təsirsiz təsriflənməyən formaları qeyri-
müstəqim obyekti idarə edir.
T ə s ir li tə sr iflə n m ə y ə n form alar:
bum körü (КТ c 12) «bunu görərək»
Kem keçə (BK ş 26) «Kem çayını keçərək»
kanğsökipon (B K ş2 7 ) «qan dağıdıb»
keyikyiyü (T 8) «keyik yeyərək»
sabığesidip (T 12) «nitqi eşidib»
ilig tutıp (KT ş 3) «el tutub»
türk atın ıtı (KT ş 7) «türk adını itirərək»
tabğaç atın tutıpan (K T ş 7) «tabğaç adını tutub»
tefjri təg terpi yaratmış (BK ş 1) «tanrı tək tanrı yaratmış» və s.
T ə sir siz tə sr iflə n m ə y ə n form alar:
yağru kontukda (KT c 5) «yaxın yerləşdikdə»
kağamma ötiinip (T 18) «xaqanıma müraciət edib»
anta kalmışı (KT c 9) «orada qalmışı»
kantan kəlip (KT ş 23) «haradan gəlib»
eki şad birlə ölü, yitü (KT ş 27) «iki şadla əldən düşərək»
ka
Qım
kağan uçdukda (KT ş 30) «atam xaqan uçduqda»
anta yana kirip (KT ş 38) «onda yenə girib»
anta ödkə öginip (KT ş 40) «o vaxt təəssüflənib»
33