sözləri idarə edə bilmədiyi kimi fellər də ismin yiyəlik halında
işlənən sözləri idarə edə bilmir. Bu, hamı tərəfindən qəbul
edilən həqiqətdir. Lakin bəzi tədqiqatçılar adlıq halda işlənən
sözün də idarə edilməsindən danışırlar. Məlumdur ki, müasir
türk dillərində ismin adlıq halında işlənən söz cümlənin
mübtədası olur. O da məlumdur ki, cümlənin mübtədası heç bir
cümlə üzvünə tabe olmur; hətta cümlənin xəbəri mübtədaya
tabe olub onunla uzlaşır, mübtədamn təyini ona tabe olub
mübtədaya yanaşır. Türk dillərinin bu qanunu qədim türk yazısı
abidələrinin dili üçün də məqbuldur. Bir halda ki, cümlənin
mübtədası - adlıq halda işlənən söz cümlədə heç bir üzvə (sözə)
tabe olmur, onda onun başqa söz tərəfindən idarə edilməsi
haqqmda söhbət belə gedə bilməz.
Türkoloji ədəbiyyatda bəzən feli və ismi idarədən əlavə
qoşma idarəsindən də danışılır. Məsələn, A.N.Kononov qədim
türk yazısı abidələrinin dilində idarə əlaqəsindən danışarkən
onun iki tipini göstərir: 1) halla idarə - bu idarə yalnız hal
şəkilçiləri vasitəsilə heyata keçirilir və 2) qoşma ilə idarə - bu
idarə hal şəkilçisi üçtə gəl qoşma vasitəsilə həyata keçirilir. Bu
xüsusiyyətə biz təkcə qədim türk yazısı abidələrinin dilində
yox, müasir türk dillərində də rast gəlirik: idarə əlaqəsində bir
sıra hallarda tabe sözlə tabeedici söz arasına qoşma daxil ola
bilir. Əslində qoşma köməkçi nitq hissəsi olduğu üçün
idarəetmə qabiliyyətinə malik deyildir. İdarə əlaqəsinə girən ad
və felin arasına hansı qoşmanın daxil ola bilməsi ilk növbədə
həmin ad və felin semantik mənasından, sonra isə qrammatik
mənadan asılıdır. Məsələn,
Soğdak tapa sülədimiz (KT ş 31)
«Soğdaya qarşı qoşun çəkdik» söz birləşməsində hər iki
komponentin semantikası müasir Azərbaycan dilində «tərəf»,
«sarı», «qarşı» mənasını verən «tapa» qoşmasının işlənməsini
tələb edir; burada başqa qoşma işlətmək mümkün deyildir.
Yaxud
birlə «ilə» qoşması idarə əlaqəsinə girən ad və felin
semantik (və qrammatik) mənası birgəlik və ya alət məzmunu
tələb etdikdə onların arasına daxil ola bilər. Bir sözlə, qoşma
müstəqil surətdə adlan idarəetmə qabiliyyətinə malik deyildir,
o, yalnız idarə əlaqəsinə girən ad və felin ünvanlı tələbi ilə
onların arasma daxil ola bilər. Lakin bütün bunlara baxmayaraq,
16
dilçilik ədəbiyyatında qoşmanın adlan idarəetmə qabiliyyətinə
malik olduğundan da danışılır. Nəhayət, onu da qeyd etmək
lazımdır ki, türkoloji ədəbiyyatda adın adla idarə edilməsini
inkar edən fikirlərə də rast gəlmək olur. Yeri gəlmişkən,
göstərmək lazımdır ki, məşhur türkoloq A.N. Kononov qədim
türk yazısı abidələri dilinin qrammatikasına aid yazdığı
əsərində
tabğaç süsi (T 30) «tabğaç qoşunu» tipli ikinci növ izafət
birləşməlrində (termin A.N.Kononovdur) idarə əlaqəsinin
mövcud olduğunu qəbul edir.
Türk dillərində idarəetmə bacanğı ən çox fellərə xasdır,
lakin adlar da idarəetmə bacanğmdan məhrum deyildir. Eyni
xüsusiyyəti qədim türk yazısı abidələrinin dilində də görmək
olar. Buna gönə də qədim türk yazısı abidələrinin dilində idarə
əlaqəsinin iki tipi vardır: a) qeyri-predikativ feli söz
birləşmələrində idarə əlaqəsi; b) predikatik söz birləşmələrində
idarə əlaqəsi. Eyni şəkildə adlarla idarə əlaqəsinin də iki tipini
göstərmək olar: a) qeyri-predikativ ismi söz birləşmələrində
idarə əlaqəsi; b) predikativ söz birləşmələrində idarə əlaqəsi.
FELLƏRLƏ İDARƏ ƏLAQƏSİ
Qədim türk yazısı abidələrinin dilində fellərlə idarə
əlaqəsi cümlədə feli xəbərlə (təsriflənən fellə) cümlənin ta-
mamlığı, qismən də adlarla ifadə edilən zərfiiyi və feli söz bir
ləşmələrində - feli sifət və feli bağlama tərkiblərində özünü
göstərir. Aydındır ki, təsriflənən fellə (feli xəbərlə) felin təsrif-
lənməyən formalarının (feli bağlama və feli sifət) idarəsində
müəyyən fərqlər vardır. Məhz buna görə də felin bu iki
kateqoriyasının idarəsini ayrı-ayrılıqda nəzərdən keçirmək
lazımdır.
Predikativ feli birləşmələrdə idarə əlaqəsi. Təsriflənən
fellər idarə etdikləri sözlərlə birlikdə predikativ söz birləşməsi,
başqa sözlə desək, cümlə əmələ gətirir. Qeyd etmək lazımdır ki,
təsriflənən fellərin özündən əvvəl işlənən sözü idarə etməsi
felin şəkil, zaman, şəxs və kəmiyyət kateqoriyalarından asılı
deyildir; felin şəkil, zaman, şəxs və kəmiyyət kateqoriyaları
üzrə formalaşması yalnız qrammatik bitkinlik, predikativlik üçün
17