Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə59/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   55   56   57   58   59   60   61   62   ...   118

1.  Birinci  komponenti  sadə  cümlə,  ikinci  komponenti 
tabesiz  mürəkkəb  cümlədən  ibarət  olan  qarışıq  tipli  tabeli 
mürəkkəb  cümlələr:  Barduk yirdə  edgüg  ol erinç:  kanır) subça 
yügürti,  sü/JüniQ tağça yatdı,  bəglik un  oğlı/J kul boltı,  silik kız 
oğlılj küy boltı (KT ş 24) «Getdiyin yerdə yaxşısı o idi: qanın su 
kimi axdı, sümüyün dağ kimi yatdı, bəylik nəsli davam etdirməli 
oğulların qul oldu, bakirə qızların kəniz oldu».
2.  Birinci  komponenti  tabesiz  mürəkkəb  cümlə,  ikinci
komponenti  sadə  cümlədən 
ibarət olan qarışıq 
tipli  tabeli
mürəkkəb  cümlələr:  Yabız  bat  biz,  azığ  üküsig  körtig  irti, 
sülətim,  -  tir  ermis  (O  7)  «Biz  pis  və  yazığıq,  azı  çox  gördük, 
qoşun  çəkdim,  -  deyirmiş».  Irak ersər,  yablak ağı  birür,  yağuk 
ersər,  edgü ağı birür,  - tip ança başğurur ermiş (КТ c 7) «Uzaq 
olsan,  pis  hədiyyə  verir,  yaxın  olsan,  yaxşı  hədiyyə  verir,  - 
deyib elə öyrədirmiş».
3.  Birinci  komponenti  sadə  cümlə,  ikinci  komponenti
tabeli  mürəkkəb  cümlədən 
ibarət olan qarışıq 
tipli  tabeli
mürəkkəb  cümlələr:  Üzə  türk  tetjrisi,  türk  ıduk yivi,  subı  ança 
timis:  türk bodun yok bolmazun  tiyin,  bodun  bolçun  tiyin  ka/Jım 
İltəris kağanığ,  ögim İlbilgə katunığ teQri töpəsintə tutıpyögorü 
kötürmis  erinç (KT  ş  10-11)  «Üstdə  türk tanrısı,  türk  müqəddəs 
yeri,  suyu  elə  demiş:  türk  xalqı  məhv  olmasın  deyə,  xalq  olsun 
deyə  atam  İltəris  xaqanı,  anam  İlbilgə  xatunu  tanrı  təpəsində 
tutub yuxarı götürmüş».
4.  Birinci  komponenti 
tabeli mürəkkəb  cümlə,  ikinci
komponenti  sadə  cümlədən 
ibarət olan qarışıq 
tipli  tabeli
mürəkkəb  cümlələr:  Ança  ögləşmiş:  öf)rə  türk  kağanğaru 
süləlim,  •  timiş  (T  20)  «Elə  məsləhətləşmiş:  əvvəlcə  türk 
xaqanma  qarşı  qoşun  çəkək,  -  demiş».  Türgis  kağanta  körüg 
kəlti,  sabı  antağ:  ötjdən  kağanğaru  sü yoralım,  -  timis  (T  29) 
«Türgiş  xaqanından kəşfiyyatçı  gəldi,  sözü elə:  şərqdən xaqana 
qarşı qoşun yürüdək, - demiş».
234
VASİTƏSİZ VƏ VASİTƏLİ NİTQ
İstər  şifahi  nitqdə,  istərsə  yazılı  mətndə  özgəsinin 
fikrindən  istifadə  edərkən  ona  iki  cür  yanaşılır:  ya  özgənin 
nitqinin  quruluş  və  məzmununda  heç  bir  dəyişiklik  edilmədən 
olduğu kimi təqdim edilir, ya da özgənin nitqinin əsas məzmunu 
saxlanılmaqla onun quruluşu (forması) dəyişdirilib təqdim edilir. 
Birinci  üsula  vasitəsiz  nitq,  ikinci  üsula  vasitəli  nitq  deyilir. 
Müasir dillərdə,  o  cümlədən türk  dillərində  yazıda vasitəsiz və 
vasitəli nitqi ayırd etmək üçün bir sıra vasitələr -  durğu işarələri 
və bağlayıcılar mövcuddur. Durğu işarələrinin mövcud olmadığı 
və  bağlayıcılarm  zəif  inkişaf  etdiyi  qədim  türk  yazısı 
abidələrinin  mətnlərində  nəinki  vasitəli,  hətta  vasitəsiz  nitqi 
müəyyənləşdirmək  qeyri-mümkündür.  Qədim  türk  yazısı 
abidələrinin mətnlərində vasitəsiz nitqi müəyyənləşdirmək üçün 
əsasən  intuasiyadan  və  qrammatik  vasitə  kimi  nitq  fellərindən 
çıxış  etmək  lazımdır.  Belə  nitq  fellərinə  ay  «demək»,  ti 
«demək»,  boşğur  «öyrətmək»,  salan  «düşünmək»,  ötün 
«müraciət  etmə»,  ötlok  «məsləhət  etmək»,  «nəsihət  vermək», 
«vəsiyyət  etmək»,  Ögləş  «məsləhətləşmək»  sözlərini  nümunə 
göstərmək olar.
Qədim  türk yazısı  abidələrinin  mətnlərində  vasitəsiz nitq 
aşağıda göstərilən qəliblər şəklində təzahür edir:
1. Əvvəlcə vasitəsiz nitq, sonra tip «deyib» feli bağlaması, 
ondan  sonra  müəllifin  sözləri  işlənir;  məsələn:  Eki şad,  ulayu 
iniyigüşim,  oğlanım,  bəglərim,  bodunım  közü,  kişi  yablak 
boltaçı,  -  tip  sakıntım  (KT  şm  11)  «İki  şad,  digər  kiçik 
qohumlarım,  oğlanlarım,  bəylərim,  xalqımın  gözü,  qaşı  pis 
olasıdır,  -  deyib  düşündüm».  Anı  ayıtayın,  -  tip sülədim  (BK  ş 
41) «Onu cəzalandırım, - deyib qoşun çəkdim».
2.  Əvvəlcə müəllifin sözləri, sonra vasitəsiz nitq, sonra tip 
«deyib»  feli  bağlaması,  sonra  yenə  də  müəllifin  sözləri  işlənir; 
məsələn:  ...  türk  bodun,  üləsikig  anta  ayığ  kişi  ança  boşğurur 
ermiş: ırak ersər, yablak ağı birür,yağuk ersər,  edgü ağı birür,  - 
tip ança boşğurur ermiş (KT c 7) «...türk xalqı, bir hissəni orada 
pis adamlar elə öyrədirmiş: uzaq olsan, pis hədiyyə verir, yaxın 
olsan, yaxşı hədiyyə verir, - deyib elə öyrədirmiş».
235


3.  Əvvəlcə  müəllifin  sözləri,  sonra  vasitəsiz  nitq,  daha 
sonra  təsriflənən  ti  «demək»  feli  işlənir;  məsələn:  Türk  kara 
kamuğ  bodurı  arıça  timis:  İllig  bodun  ertim,  ilim  amtı  kanı? 
Kimkə  ilig kazğanur  mən? -   tir  ermiş  (KT  ş  8-9)  «Türk  bütün 
qara  xalqı  elə  demiş:  Elli  xalq  idim,  elim  indi  ham?  Kimə  eli 
qazanıram?  -  deyirmiş».  Ança  ögləşmiş:  Ötjrə  türk  kağanğaru 
süləlim,  -  timis  (T  20)  «Elə  məsləhətləşmiş:  Əvvəlcə  türk 
xaqanma qarşı qoşun çəkək,  - demiş». Ança sakıntım: Süləlim,  - 
tidim (T 23) «Elə düşündüm: Qoşun yürüdək, - dedim».
4.  Əvvəlcə  vasitəsiz  nitq,  sonra  ti  «demək»  felinin 
təsriflənmiş  forması  işlənir:  məsələn:  KöQlünçə  udız,  -  tidi  (T
15)  «Könlünçə  (istədiyin  kimi)  apar,  -  dedi».  Üçəgün  kabısıp 
süləlim,  anı yokkısalım,  -  timis  (T  21)  «Üçümüz  birləşib  qoşun 
çəkək, onü məhv edək, - demiş».  On  ok bodunı kalısız tasıkmıs, 
tir (T 30) «On ox qoşunu qalıqsız sərhədi aşmış, - deyir».
5.  Əvvəlcə  vasitəsiz nitq, sonra müəllifin sözü, sonra yenə 
vasitəsiz  nitq,  nəhayət  sonda  yenə  də  müəllifin  sözü  işlənir; 
məsələn:  В il gə  Tonyukuk,  - ba Qa aydı,  - bu süg elt,  - tidi (T 31- 
32) «Müdrik Tonyukuk,  - mənə dedi, - bu qoşunu apar, - dedi».
6.  Əvvəlcə  müəllifin  sözləri,  sonra  vasitəsiz  nitq,  sonra 
tiyin  «deyə»  feli  bağlaması,  sonda  ti  «demək»  felinin 
təsriflənmiş  şəkilləri  işlənir;  məsələn:  Sabığ yana sab  ...  kəlti: 
olurun,  -  tiyin  timis  (T  33-34)  «Sözü  yenə  söz  ...  gəldi: 
oturun, - deyə demiş».
7.  Əvvəlcə  müəllifin sözü, sonra vasitəsiz nitq, sonra yenə 
müəllifin  sözləri  işlənir;  məsələn:  Anta ötrü  kağanıma ötüntim, 
ança  ötüntim:  Tabğaç,  Oğuz,  Kıtay -  bu  üçəgü  kabısar,  kaltaçı 
biz  öz  için,  tasın  tutmıs  təg  biz.  Yuyka  eriklig  toplağalu  uçuz 
ermis, yinçgə eriklig üzgəli ucuz.  Yuyka kalın bolsar,  toplağaluk 
alp ermis, yinçgə yoğun bolsar,  üzgəlik alp ermis.  ÖQrə Kıtayda. 
bəriyə  Tabğaçda,  kurıya  Kurdanta,  yıraya  Oğuzda  eki-üç  biQ 
sümk,  kəltəçimiz,  bar mu  kə,  - ança ötüntim  (T  12-14)  «Ondan 
ötrü  xaqanıma  müraciət  etdim,  elə  müraciət  etdim:  Tabğaç, 
Oğuz,  Kıtay  -   bu  üçlük  birləşsə,  biz  öz  içini,  bayırını  tutmuş 
kimi qalacağıq.  Nazik ikən toplamaq asan imiş, incə ikən üzmək 
asandır.  Nazik qalın olsa,  toplamaq  igidlikdir,  incə yoğun  olsa.
236
üzmək  igidlikdir.  Şərqdə  Kıtayda,  cənubda  Tabğaçda,  qərbdə 
Kurdanta,  şimalda Oğuzda iki-üç min qoşunuq, gələsiyik,  buna 
sözün varmı, - elə müraciət etdim».
8.  Birinci  müəllifin  sözü  gəlir,  ikinci  vasitəli  nitq  işlənir; 
məsələn:  Ben ança tirmən:  Ben -  Bilgə  Tonyukuk -  Altun yısıq 
aşa  keltimiz,  Ertis  ügüzik  keçə  kəltimiz  (T  37-38)  «Mən  elə 
deyirəm:  mən 
Müdrik  Tonyukuk  -   Altun  meşəli  dağlarını 
aşaraq  gəldik,  İrtış çayını  keçərək gəldik».  Bögü kağan  baQaru 
ança  ayıdmıs:  Apa  tarkanğaru  içrə  sab  ıdmıs.  Bilgə  Tonyukuk 
ajlığ  ol,  öz  ol,  aQlar...  Sü  yor alım,  tisər,  unaman  (T  34-35) 
«Bögü  xaqan  mənə  elə  xəbər  göndərmiş:  Apa  tarkana  gizli 
xəbər göndərmiş.  Müdrik  Tonyukuk ayıqdır, ağıllıdır, anlayar... 
Qoşun göndərək desə, razı olma».
9.  Vasitəsiz  nitq  müəllifin  sözlərini  parçalayıb  onun 
arasına  girir;  məsələn:  O!  üç  kağan  ögləşip:  -  Altun  yış  üzə 
kabısalım,  -  timis  (T  20)  «O  üç  xaqan  məsləhətləşib:  -  Altun 
meşəli  dağlan  üzərinə  yürüş  edək,  -  demiş».  O!  sabığ  esidip 
kağanım:  -  Ben  ebgərii  tüsəyin,  -  tidi  (T  30)  «O  xəbəri  eşidib 
xaqanım:  -  Mən  evə  qayıdım,  -  dedi».  Ol sabığ  esidip  həglər 
корт:  -  Yanalım,  anğ  obutı  yog,  -  tidi  (T  36-37)  «O  xəbəri 
eşidib bəylər hamılıqla: - Qayıdaq, təmiz abır yaxşıdır, - dedi».
10.  Qədim  türk yazısı abidələrinin dilində çox  vaxt silsilə 
tipli  vasitəsiz  nitq işlənməsinə də təsadüf edilir: ardıcıl  şəkildə 
bir  neçə  cümlə  vasitəsiz  nitqlə  başlanır  və  ti  «demək»  felinin 
təsriflənmiş  şəkilləri  ilə  bitir;  məsələn:  Azkıya  türk  bodun 
yorıyur ermis.  Kağanı alp ermis, ayğuçısı bilgə ermis.  Ol iki Idsi 
bar  ersər,  sini 
Tabğaçı  ölürtəçi.  -  tirmən,  örjrə  Kıtayığ 
ölürtəçi.  -  tirmən,  bini  -   Oğuzığ ölürtəçi ök,  -  tirmən.  Tabğaç, 
bəridənyən təg! Kıtay,  öQdənyən təg! Ben yırdantayan  təgəyim. 
Türk  sir  bodun  yirintə  idi yorımazun.  Usar,  idi yokkısalun,  - 
tirmən  (T  9-12)  «Azacıq  türk  xalqı  yürüyür  imiş.  Xaqanı  igid 
imiş,  məsləhətçisi  müdrik  imiş.  O  iki  adam  sağdırsa,  səni  -  
Tabğaçı  öldürəsidir,  -  deyirəm,  şərqdə  Kıtayı  öldürəsidir,  - 
deyirəm,  məni  -   Oğuzu  da  öldürəsidir,  -  deyirəm.  Tabğaç, 
cənubdan  hücum  ct!  Kıtay,  şərqdən  hücum  et!  Mən  şimaldan
237


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə