Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami


run, Ön Asiya ölkələri üzərinə müntəzəm hərbi yürüşləri nəticəsində idarə  etdiyi dövlət imperatorluğa çevrildi. 1395-ci



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə21/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

79
run, Ön Asiya ölkələri üzərinə müntəzəm hərbi yürüşləri nəticəsində idarə 
etdiyi dövlət imperatorluğa çevrildi. 1395-ci ildə isə Terek çayı sahilindəki 
döyüşdə  Qızıl  Ordu  xanı  Toxtamışı  məğlub  etdi.  Bu  qələbənin  türk-
müsəlman dünyası üçün acı nəticələri oldu. Qızıl Ordudan vassal asılılığında 
olan  rus  torpaqlarının  Moskva  knyazlığı  ətrafında  birləşməsi  sürətləndi. 
1398-ci ildə Teymurun qoşunu 
Hindistana hücum edib Dehli-
ni tutdu. Hindistan səfərindən 
qayıdan  Əmir  Teymur  əsas 
rəqibi Osmanlı sultanı İldırım 
Bəyazid  üzərinə  yürüşə  çıxdı. 
Ankara döyüşündə Hindistan-
dan gətirdiyi döyüş fillərindən 
istifadə edərək Osmanlı ordu-
sunu məğlub etdi.
Çinə böyük yürüşə ha zır la-
şan  Əmir  Teymur  1405-ci  il-
də vəfat etdi. O, Səmərqənddə 
dəfn edildi.
• Aşağıdakı xəritədən istifadə etməklə Teymuri dövlətinin ərazilərinə daxil 
olan torpaqları müəyyən edin.
• Əmir Teymurun işğalçı yürüşlərinin xronoloji cədvəlini hazırlayın.
• Terek çayı sahilindəki döyüşlə Ankara döyüşünün oxşar nəticəsi nədir?
Cavablandırın__Teymurun_Hindistana_yürüşü__Türk_dünyası__80'>Cavablandırın
Teymurun Hindistana yürüşü
Türk dünyası


80
Klassik orta əsrlər
Əmir  Teymurun  ölümündən  sonra  onun  im-
peratorluğunda  hakimiyyət  mübarizəsi  başladı. 
Mərkəzi  hakimiyyətə  tabe  olmaq  istəməyən  Tey-
muri şahzadələrinin müstəqillik meyilləri və əsarət 
altına alınan xalqların azadlıq mübarizəsi dövlətin 
dağılmasında əsas rol oynadı.
Hakimiyyət  mübarizəsinə  Teymurun  oğlu  Şah-
rux  (1405-1447)  son  qoya  bildi.  Onun  dövründə 
paytaxt  Herata  köçürüldü.  Şahrux  Azərbaycanda 
Qara  Yusifin  yaratdığı  Qaraqoyunlu  dövləti  ilə 
uzun  müddət  mübarizə  aparmış  və  bu  dövlətin 
yüksəlişinin qarşısını almışdır. Onun ölümündən sonra taxt-tac mübarizəsi 
yenidən  gücləndi.  Hakimiyyətə  oğlu  Uluqbəy  gəldi.  Belə  daxili  çəkişmə-
lərdən Mərkəzi Asiyada yaranmış Şeybanilər dövləti istifadə etdi. Şeyba-
nilər 1507-ci ildə Teymuri imperatorluğuna son qoydu.
“Teymurun yaxınları artıq onun yatağı önündə yığışmışdılar. Güclə danışaraq 
yalnız bir neçə söz deyə bildi: ”Məni Seyid Bərkənin (müəllimi) ayağı altında 
basdırın... Bir də ki... Nə olursa-olsun, qılıncı əlinizdə möhkəm tutun...Zəifliyi 
qəlbinizə  yaxın  buraxmayın.  Zəiflik  ağlınızı  çaşdırar,  ruhunuzu  məhv  edər, 
qoymaz məqsədinizə çatasınız. Eşidirsiniz? Zəif olan məqsədinə çatmaz...”
www.kayzen.az”
Müzakirə edin 
Əmir Teymurun son sözlərinin müsbət və mənfi cəhətlərini söyləyin.
İmperatorluğun zəifləməsi və dağılması
Daxili siyasət və mədəniyyətin inkişafı
Səlcuq  və  Teymuri  imperatorluqlarının  süqut  etməsinin  oxşar  və  fərqli 
cəhətlərini müəyyən edin.
Cavablandırın
Əmir Teymur
Əmir  Teymur  hələ  sağlığında  imperatorluğu  öz  oğulları  və  nəvələri 
arasında bölüşdürdü. Hakim sülalə üzvləri mirzə ləqəbi daşıyırdılar. Döv-
lət uluslara və tümənlərə bölünmüşdü.
Teymuri  imperatorluğunun  paytaxtı  Səmərqənd  mühüm  sənətkarlıq  və 
ticarət mərkəzinə çevrildi. Əmir Teymur digər ölkələrdən ələ keçirdiyi qəni-


81
• Teymuri dövlətinin idarəetmə aparatını sxem əsasında tərtib edin.
• Nə üçün Teymuri dövlətində sənətkarlıq yüksək səviyyədə inkişaf etmişdir?
• “XIV-XV əsrlərdə Mərkəzi Asiyada elm və mədəniyyətin inkişafı” mövzu-
sunda referat hazırlayın.
Cavablandırın
• Teymur Allaha dərindən inanır, daim yanında Quran gəzdirir və mütaliə 
edirdi. Böyük fateh öz məktublarını «Mən – Tanrının qulu Teymur...» sözləri 
ilə başlayırdı.
• Xalq arasında belə bir inam vardı ki, böyük sərkərdənin qəbrini açanda 
yenə də müharibə ola bilər. Təsadüfən 1941-ci iyunun 21-dən 22-nə keçən 
gecə alimlər Əmir Teymurun qəbrini açmağa başladılar. Qəbir daşını 
yerindən tərpədəndə ətrafa boğucu qoxu yayıldı. Bundan bir saat keçmiş 
Almaniya SSRİ-yə hücum etdi. Böyük Vətən Müharibəsi başladı.
Öyrənin
Axtarın
Əmir Teymur, Gur Əmir mavzoleyi, Ankara döyüşü
mətləri, əsir tutduğu sənətkarları, rəssamları, alimləri bu şəhərə göndərirdi. 
Əmir Teymur İslam dininin möhkəmləndirilməsinə böyük diqqət yetirirdi.
XIV-XV  əsrlərdə  Mərkəzi Asiyada  Teymur  imperatorluğunun  mövcud 
olması monqol istilalarından sonra bu bölgədə əhalinin türkləşməsində və 
İslamın  inkişafında  böyük  rol  oynadı.  Teymur  imperatorluğu  zamanında 
Mərkəzi Asiya elm, mədəniyyət, sənətkarlıq və ticarətin inkişafı baxımın-
dan ən parlaq dövrlərindən birini yaşadı.
Astronomiyanın  inkişafında  böyük  türk  astronomu  hökmdar  Uluqbə-
yin xidmətləri oldu. Elmə, maarifə böyük dəyər verən Uluqbəyin dövründə 
Səmərqənddə mədrəsə və rəsədxana inşa edildi.
Teymuri hökmdarı Hüseyn Bayqaranın vəziri olan böyük türk şairi Əli-
şir Nəvai türkdilli ədəbiyyatın inkişafında böyük rol oynamışdır.
Teymuri dövründəki türk memarlığı öz möhtəşəmliyi və zənginliyi ilə 
seçilirdi. Bu memarlığa aid olan abidələr Göy saray, Gur Əmir mavzoleyi 
və Bibixanım məscididir.
Türk dünyası


82
Klassik orta əsrlər
XI  əsrin  ortalarına  qədər  xristian  kilsəsi  vahid  kilsə  hesab  olunur  və 
Roma  Papası  tərəfindən  idarə  edilirdi  Kilsə  təkcə  inanc  yeri  olduğuna 
görə deyil, həm də çoxlu gəlirlər əldə etdiyinə görə güclü idi. Bu gəlirlərin 
bölüşdürülməsi üstündə Roma Papası ilə Bizans Patriarxı arasında müna-
qişə  yarandı  və  1054-cü  ildə  vahid  kilsə  parçalandı.  Qərb  kilsəsi  katolik 
(ümumdünya) kilsəsi, Şərq kilsəsi isə pravoslav (yəni həqiqi, düzgün) kilsəsi 
adlandırıldı.  Feodal  dağınıqlığı  dövründə  katolik  kilsəsi  Qərbi Avropada 
yeganə mütəşəkkil qüvvə idi. Katolik kilsəsinin İtaliyada Papa vilayəti ad-
lanan ayrıca bir dövləti də var idi.
 Papaların hakimiyyəti III İnnokentinin (1198-1216) zamanında ən qüd-
rətli dövrünə çatdı. Kilsə onda bir kilsə vergisindən, kəbindən, xaç suyuna 
salmaqdan, indulgensiya
 (cənnət qəbzləri) 
satmaqdan böyük gəlir götürürdü. 
Kilsə təliminə qarşı çıxanları 
bidətçi 
adlandırırdılar. Papa bidətçilərə qarşı 
mübarizə aparmaq üçün xüsusi dini məhkəmə – inkvizisiya yaratdı.
Səlib yürüşləri
1. Yuxarıdakı şəkildə gördüyünüz əsgəri şərh edin.
2. İnternet saytında verilmiş bu məlumat haqqında 
nə söyləyə bilərsiniz?
3. Yuxarıdakı açar sözlər sizlərdə hansı fikri yaratdı?
Düşünün
Xaç
Katolik
Pravoslav
Yerusəlim
Cəngavər
Açar sözlər
16
Kilsənin qüdrətinin artması
“Qüds və yaxud 
Yerusəlim həm 
müsəlmanlar, həm 
xaçpərəstlər, həm 
yəhudilər üçün 
müqəddəs şəhərdir.”
www.wikipedia.org
1. Xristian dini nə zaman və harada meydana gəlmişdir?
2. Erkən orta əsrlərdə Qərbi Avropada hansı dövlətlər yaranmışdır?
Yada salın


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə