Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


Son faydahlıq nəzəriyyəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə111/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   233
Bazar 1

Son faydahlıq nəzəriyyəsi 
Qeyd  etməliyik  ki,  istehlakçı  davranışı  nəzəriyyəsi,  is- 
tehlak,  rifah  halı,  faydalılıq,  gəlir,  tələb  nəzəriyyələri  əsasında 
formalaşmışdır.  Lakin  insanların  əmtəə  və  xidmətlərin 
ödənilməsində  daha  çox  onlardan  maksimum  faydalanmağa 
üstünlük verdiyindən istehlakçı davranışında faydalılıq nəzəriyyəsi 
xüsusi əhəmiyyət daşıyır. Çünki məhsulların yaxşılığı və ya pisliyi, 
faydalılığı  yalnız  istehlakçının  onları  qiymətləndirdiyi  şəraitdə 
mümkün olur. Ona görə də faydalılıq istehlakçı sistemində əsas rol 
oynayır.  Faydalılıq  fərdi  xarakter  daşıdığından,  o,  müxtəlif 
istehlakçılar  üçün  mövcud  qiymət  və  gəlir  məhdudiyyətləri 
baxımından fərqli xarakter daşıyır. Bu da faydalanmada son hədd, 
əvəz  olunma,  istehlak  artıqlığı,  büdcə  xətti,  fərqsizlik  kimi 
anlayışların meydana gəlməsinə səbəb olur. 
Faydalılıq  nəzəriyyəsi  XIX  əsrin  ortalarından  başlayaraq 
formalaşmağa 
başlamışdır. 
Bu 
istiqamətdə 
H.Hosenin, 
Y.Cevonsun, 
K.Mengerin, 
O.Bem-Baverkin, 
F.Vizerin, 
A.Marşallın,  C.Klarkın,  V.Paretonun  və C.Xiksin adlarını xüsusi 
qeyd etmək lazımdır. Müasir faydalılıq nəzəriyyəsinin 
209 


yaradıcıları olan V.Paretonu və C.Xiksi istisna etməklə, yuxarıda 
adları qeyd olunan iqtisadçılar demək olar ki, iqtisadi nəzəriyyədə 
elmi istiqamətin əsasını qoymuşdur. Bunun əsasında da müxtəlif 
elmi  cərəyanların  yaranması  zərurəti  meydana  gəlmişdir. 
Faydalılıq  nəzəriyyəsi  özünü  «marjinalizm»  adı  ilə,  «son  hədd» 
ifadəsi  ilə  elmi  istiqamət  kimi  təsdiqləmişdir.  Marjinalizmin 
mahiyyətində .əsas o götürülür ki, hər hansı məhsulun qiymətliliyi, 
ona sərf olunan əməklə deyil, istehlakçıya səmərəli fayda gətirmək 
qabiliyyəti  ön  mövqeyə  çəkilir.  Halbuki  klassik  iqtisadi  elmi 
sistemdə A.Smit, D.Rikardo, C.Mili, K.Marks hesab edirdilər ki, 
əmtəənin dəyəri onun istehsalına sərf olunan ictimai zəruri əməklə 
müəyyən olunur. Hətta K.Marks əmtəənin dəyərinin ikili xassəsi 
vasitəsi  ilə  istismarçı  sinif  və  izafi  dəyər  anlayışlarım  elmi 
diskussiyaya  gətirib  çıxarmışdır.  Bu  baxımdan  marjinalizmin 
baniləri  iqtisad  elmində  həqiqətən  inqilabi  dəyişikliklər  etdilər. 
İqtisadi  münasibətləri  və  onun  bağlı  fəaliyyət  mexi-  nizmini 
istehsal  sferasından  istehlakçının  davrandığı  sferaya,  bölgü, 
mübadilə, istehlak sferasına gəlirdilər. Burada tələb, təklif, qiymət 
elementləri ilə bağlı istehlakçıların davranışm-  dakı  dəyişikliklər 
sırf  subyektiv-psixoloji  amillərin  təsiri  altında  formalaşır.  Ona 
görə  də  son  hədd  nəzəriyyəsinin  baniləri  elə  hesab  edirdilər  ki, 
iqtisad elminin bütün kateqoriyaları, iqtisadi subyektlərin şeylərə 
olan münasibətindən, üstünlük verilməsindən, gözləməsindən dərk 
etməsindən,  faydalana  bilməsindən  asılı  olaraq  müəyyən 
edilməlidir. 
Marjinalizmə  görə  hər  bir  nemət  istehlakçı  üçün  artım 
xarakteri daşıyır. O, istehlakçının tələbatını ödəyənə qədər istehlak 
vahidi  kimi  mövcud  olur.  Tutaq  ki,  adam  susayanda  onun  üçün 
birinci  stəkan  suyun  əhəmiyyəti  susuzluğu  yatana  qədər,  ikinci, 
üçüncü  stəkan  içilən  suya  qədər  əhəmiyyətlidir.  Lakin  sonrakı 
stəkan sular onun üçün əhəmiyyət daşımır. Ona görə də hər birinci 
stəkanın  suyu  sonrakı  içiləcək  sulardan  daha  əhəmiyyətli  və 
faydalıdır. Buradan da belə nəticəyə gəlmək olar ki, hər bir əlavə 
əmtəə vahidi, istehlakçı üçün 
210 


əlavə  faydalılıq  gətirir.  Ona  görə  də  belə  nemətlər  «son  fay- 
dalılığa» malik olan nemətlər kimi qiymətləndirilir. Son faydalılıq, 
bir  neçə  nemət  vahidinə  bərabər  olan  hər  istehlak  vahidinin 
artımına  bərabər  əlavə  faydalanma  kəmiyyətinə  deyilir.  İstehlak 
olunan nemətlərin kəmiyyətlərinin artımı, onun son faydalılığı ilə 
tərs  mütənasiblik  daşıyır.  Başqa  sözlə,  son  faydalılıq  azalma 
xarakteri daşıyır. Deməli, o məhsullar ki, tələbatı az ödəyir, onlar 
daha az son faydalılığa malikdirlər. Buradan da belə qənaətə gəlinir 
ki,  nemətin  qiymətliliyi  ilə  son  faydalılığı  arasında  tərs 
mütənasiblik var. Bu da o deməkdir ki, istehlakçı nə qədər mövcud 
nemət  vahidindən  az  kəmiyyətdə  əldə  etsə,  nemət  bir  o  qədər 
qiymətlidir  və  əksinə.  Burada  faydalılıqla  son  faydalılığı 
fərqləndirmək  lazımdır.  Su  olmayan  isti  düzən  yerdə  bir  stəkan 
suyun  qiyməti  və  ya  son  faydalılığı  çay  qırağındakı  bir  stəkan 
suyun qiymətliliyindən daha  yüksəkdir. Halbuki bu stəkan suyun 
da  faydası  vardır.  Buradan  da  belə  nəticəyə  gəlmək  olur  ki, 
qiymətlilik  faydalı-  lığın  tərkibindən  ayrılmaqla  istehlakçının 
istədiyi  və  ya  təkid  etdiyi  tələbatım  daha  az  kəmiyyətli  nemətin 
ödədiyi  sonuncu  vahidinin  faydalılığı  ilə  müəyyən  edilir.  Burada 
qiymətlilik  həm  subyektiv  xarakter  daşıyır,  həm  də  nemətin 
nadirliyi  və  ya  məhdudluğu  ilə  əlaqədardır.  Qiymətlilik  nemətin 
ehtiyat  kəmiyəti  ilə  əlaqədardır.  Qiymətliliyin  mövcud  olması 
şeylərin və  ya nemətlərin məhdud kəmiyyətilə,  qiymətliliyin  yox 
olması  nemətlərin  artıqlığı  ilə  əlaqədardır.  Lakin  qiymətliliyin 
yoxluğu  heç  də  nemətlərin  faydalılığını  deyil,  onun  son 
faydalılığmı  əhəmiyyətsiz  edir.  Məhz  bununla  əlaqədar  olaraq 
faydalılıq  nəzəriyyəsinin  baniləri  qiymətliliyi  faydalı-  lığın 
tərkibindən  ayırmaqla  onun  iki  cəhətini  fərqləndirmişlər.  Birinci 
şəraitdə insanın bu və ya digər tələbatını ödəyən sıravi nemətlərin 
faydalılığı,  ikinci,  mövcud  nemətin-  nümunəsinin  konkret 
faydalılığını əks etdirən subyektiv qiymətləndirilən faydalılıq. 
Faydalıhğm son həddinin müəyyən olunmasında onun subyektiv 
qiymətləndirilməsi əsas götürüldüyündən, o, əsasən 
211 


mövcud  nemətin  olan  ehtiyatından  və  onun  tələbatının  ödə- 
nilməsindəki intensivlik səviyyəsindən asılıdır. 
Son  faydalılıq  nəzəriyyəsinin  tərəfdarları  subyektiv 
faydalılığın  kəmiyyətini  müəyyən  etmək  üçün  alman  iqtisadçısı 
H.Hossenin  0810-1858)  qanunlarından  istifadə  etmişlər.  Bu 
qanunlara  görə  tələbatın  ödənilməsi  ilə  «tutum  səviyyəsi»  artır, 
lakin  konkret  faydalılığın  kəmiyyəti  azalır.  Bu  o  deməkdir  ki, 
mövcud tələbatı ödəyən hər sonrakı nemət, əvvəlkinə nisbətən az 
faydalılığa  malik  olur.  Nemətlərin  məhdud  ehtiyatı  zamanı  isə 
istənilən  və  ya  təkid  olunan  tələbatın  ödənilməsində  sonuncu 
nümunə  kimi  çıxış  edir.  Buradan  da  belə  nəticəyə  gəlinir  ki, 
mövcud  nemət  nümunəsinin  faydalılığının  qiymətliliyi  istənilən 
və  ya  təkid  olunan  tələbatın  ödənilməsinin  sonuncu  nüsxəsi  ilə 
müəyyən edilir. 
Marjinalist 
məktəbinin 
nümayəndələri, 
xüsusən 
E.Bem-Baverk,  K.Mengerin  məşhur  5  kisə  buğda  misalından 
məharətlə istifadə edərək son faydalılıq problemini çox asanlıqla 
izah etmişdir. 
Meşədə  yaşayan  qoca  sərgərdan  kişi  sərəncamında  olan 
beş kisə buğdanın faydalılığından azalan istiqamətdə istifadə edir: 
birinci  kisə  ən  zəruri  ərzaq  tələbatının  ödənilməsi  üçün  istifadə 
edilir, ikincisini ərzağın yaxşılaşdırılmasına yönəldir, üçüncüsünü 
ev  quşlarının  yemlənməsinə  sərf  edir,  dördüncüsünü  pivə 
hazırlanmasına sərf edir, beşincisini isə əylənməyə, tutuquşuların 
yemlənməsinə  yönəldir.  Hər  hansı  bir  kisədən  məhrum  olan 
sərgərdan  qoca,  faktiki  olaraq  daha  az  təşkil  olunan  tələbatı 
ödəyən  faydadan,  yəni  tutuquşuların  yemləməsi  üçün  nəzərdə 
tutulan kisədən imtina edərdi. Məhz bununla beş kisə buğdanın hər 
birinin qiymətliliyini müəyyən etmək olar. Beləliklə də, şeyin və 
ya  nemətin  qiymətliliyini  onun  kəmiyyətinin  son  faydalılığı  ilə 
ölçmək olar. Deməli, hər vahid sonuncu nemətin faydalılığı, başqa 
sözlə, istənilən və ya təkid olunan tələbatı daha az ödəyən nemət 
son faydalılıq kimi təzahür olunur. İnsanın hər nemətin subyektiv 
qiymətləndirilməsi, bilavasitə bu nemətin son faydalılığını 
212 


müəyyən 
edir. 
Bülün 
nemət 
ehtiyatlarını 
subyektiv 
qiymətləndirməklə ümumi və son faydalılığı müəyyən edilir. Məhz 
bununla da «Smitin paradoksu»nun mahiyyəti izah olunmuşdur. Su 
və almazın ümumi və son faydalılığı da, onların müxtəlifliyi də bu 
nöqteyi-nəzərdən  izah  olunur  ki,  suyun  ümumi  faydası 
almazınkından daha çoxdur, eyni zamanda onun ümumi ehtiyatı da 
almazınkından qat-qat yüksəkdir. Lakin bu nemətlərin qiymətliliyi 
son  faydahlıqla  müəyyən  edildiyindən,  almazın  qiyməti  daha 
yüksəkdir. 
Qiymətliliyi  faydahhğın  izahında  şərh  edən  görkəmli 
neoklassik elmi istiqamətin banisi A.Marşall son faydahlığın tələb, 
təklif və istehsal xərcləri nəzəriyyəsi ilə sıx əlaqəsini göstərmişdir. 
Bununla  da  A.Marşall  son  faydahlığın  istehsal  xərcləri  ilə 
sintezləşdirilməsi 
ilə 
əmtəənin 
dəyər 
tərkibinin 
müəyyənləşdirməyin  mümkünlüyünü  göstərdi.  Eyni  zamanda 
göstərdi  ki,  əmtəənin  qiymətliliyi  üçün  onun  son  faydalılığı  ilə 
istehsal xərcləri üstün rola malikdir. 
Qiymətlilik  predmetin  və  ya  nemətin  əhəmiyyətini 
müəyyən etməyə imkan verir. İstehlakçı öz davranışı ilə bu və ya 
digər  nemətə  öz  subyektiv  qiymətləndirilməsi  yolu  ilə  ondan 
faydalana  bilir.  Əgər  istehlakçı  eyni  nemətdən  bir  neçə  vahid 
istehlak edərsə  (məsələn, dönər, pirojna və s.),  onda o, bu qisim 
nemətlərdən ümumi faydalanacaq. Əgər o, hər sonrakı dönərdən və 
ya pirojnadan imtina edərsə, onda ümumi faydalılıq azalacaq, eyni 
zamanda  sonuncu  dönərin  və  ya  pi-  rojnanın  son  faydalılığı 
yüksələcək. 
Son  faydahlığın  belə  izahı  şərti  xarakter  daşısa  da,  lakin 
onunla  faydahlığın  ümumi  qanunauyğunluğunu  subyektiv 
qiymətləndirmənin  yerini  və  istehlakçının  davranışmdakı 
xüsusiyyətlərini  üzə  çıxartmaq  mümkündür.  Eyni  zamanda  son 
faydahlığın azalması meyli xarakter daşıdığını görərik. Yəni əmtəə 
və nemətlərin istehlakı artdıqca, onların son fay- dahlığı azalmağa 
doğru meyil edəcəkdir. Bu da bir həqiqətdir ki, hər hansı nemətin 
ilkin vahidinin istehlakı sonrakı vahidlərə nisbətən daha çox razılıq 
və ya məmnunluq göstərir. 
213 


Deməli, son faydalılıq qanunu belə bir əlaqəni üzə çıxarır: istehlak 
olunan nemətin kəmiyyətinin artımı ilə bu nemətin son faydalılığı 
azalır. 
İndi  isə  son  faydalılıq  qanununun  mahiyyətindən  irəli 
gələn ümumi faydalılıq və son faydalılığın kəmiyyət dəyişikliyinin 
istehlak olunan nemət artımından olan asılılığını həm cədvəl, həm 
də qrafik şəklində izah edək. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə