İstehlakçı tarazlığı «ƏYəzolunma səmərəsi»
və «gəlir səmərəsi». İstehlakçı artığı
İstehlakçı tarazlığı dedikdə, alıcının malik olduğu pul
gəlirindən istehlak zənbilinin maksimum son faydalılığa malik
olan nemətlərlə doldurulması üçün etdiyi seçim prosesi başa
düşülür. Bu elə bir vəziyyətdir ki, mövcud büdcə əsasında
istehlakçı ümumi faydanı artıra bilmir. O, bir nemətlə
kifayətlənməklə digər nemətlərin alınmasına daha çox pul
xərcləməli olur. Çünki istehlak səbəti bir sıra nemət kütləsi vasitəsi
ilə dolur. Həm də hər bir istehlakçı istehlak səbətini doldurarkən
elə hesab edir ki, mümkün və əldə olunan nemətin ən yaxşısını və
daha faydalı görünənini seçib. Əlbəttə, bu o demək deyildir ki,
istehlakçı 1 kq mal əti almaqla ona gətirdiyi son fayda, onun son
alacağı bir dəst kostyumun gətirəcəyi son faydaya bərabərdir. Belə
optimal faydalanma qeyri-mümkündür. Çünki bir dost kostyum 1
kq mal ətindən xeyli bahadır. Lakin istehlakçının seçimi, onun
səbətinə daxil olan məhsulların miqdarı o vaxt optimallaşır ki, hər
vahid alman nemətin gətirdiyi son fayda sonra alacağı nemətin
gəlirdiyi faydadan iki dəfə çox olsun. Deməli, istehlakçı öz is-
lehlak səbətini elə təşkil etməlidir ki, hər xərc vahidinə alacağı hər
nemət vahidindən eyni son faydanı əldə edə bilsin. Belə şəraitdə
istehlakçı əldə etdiyi nemətdən maksimum faydalana bilir.
Konkret misal əsasında bunu belə izah etmək olar. Tutaq
ki, istehlakçı iki növ məhsulu, məhdud pul məbləği ilə almaq
istəyir. Bu növ məhsulların birini dönər hesab edək, qiyməti bir
manatdır, ikincisi isə qarağat şirəsidir - qiyməti iki manatdır.
Onların alınmasına istehlakçının 10 manat xərclənəcək pulu var.
Əlbəttə, istehlakçı ya 10 ədəd dönər, ya da beş ədəd qarağat şirəsi
almalıdır. Lakin istehlakçı tarazlığının mövcud olduğu bir şəraitdə
sağlam düşünən heç bir kəs belə hərəkət etmir. O, istər-istəməz
sonuncu dönər vahidlərindən imtina etməklə onun 8 ədədini,
qarağat şirəsini
217
içməklə yeyər. Belə vəzİ
5
^ət ona daha çox fayda, məmnunluq və
rahatlıq gətirər, nəinki 9, 10 ədəd yeyəcəyi dönərlər. Ola bilsin ki,
istehlakçı öz subyektiv mövqeyindən çıxış edərək, yaxud da
havanın istiliyini və daha çox susuzluğunu nəzərə alıb 6 dönər, 2
qab qarağat şirəsi içər. Belə davranış şəraitində dönərin son
faydahlığı yüksələcək, qarağat şirəsinin son faydalıhğı isə aşağı
düşəcək. Lakin bu vəziyyətdən asılı olmayaraq gec və ya tez elə
bir an gələcək ki, bu məhsul dəstlərindən əldə olunan ümumi fayda
maksimum səviyyəyə qalxacaq.
Eyni zamanda bu məhsul növləri arasındakı nisbətin
dəyişilməsi ümumi faydanın aşağı düşməsinə səbəb olacaq. Bu
anın əmələ gəlməsi ilə istehlakçı tarazlığı nöqtəsinin meydana
gəlməsini şərtləndirəcək. İstehlakçı tarazlığının əmələ gəlməsi
belə bir qanunauyğunluğu əsaslandırır ki, mövcud gəlir və bazar
qiymətləri ilə istehlakçı maksimum faydanı o vaxt əldə edir ki,
sonuncu pul vahidinin sərf olunduğu nemətin gətirdiyi son fayda,
bu və ya digər nemətə sərf olunan sonuncu pul vahidinin gətirdiyi
son faydaya bərabərdir. Sual oluna bilər, niyə istehlakçı tarazlığı
üçün belə bir şərt əsas götürülür? Ola bilməz ki, istehlakçı elə ona
xərc vahidi ilə daha çox fayda gəlirən nemətdən istifadə etməklə,
digər nemətlərdən o vaxta qədər imtina etsin ki, son faydalılığın
azalması qanunun tələbinə görə mövcud nemətə çəkilən xərc
vahidinin son faydası digər nemətlərə çəkilən xərc vahidinin son
faydasına bərabər olsun. Ola bilər. Lakin məsələ ondadır ki,
istehlakçı tarazlığı üçün əsas ölçü vahidi gəlirlərin son
faydalılığıdır. Hər vahid xərcə düşən son faydalılıq səviyyəsi
bərabər olarsa, onda əlavə gəlirin əlavə faydalanmaya sərf
olunması istehlakçı davranışına təsir etməklə, onun tarazlı
fəaliyyətini əsaslandırır.
Bəllidir ki, külli miqdar amillərin olduğu şəraitdə belə
faydahlığı ölçmək qeyri-mümkündür. Bunu ilk dəfə qeyd edən
italiyalı iqtisadçı Valfredo Pareto (1848-1923) iqtisad elmində son
faydalılığın müəyyənləşdirilməsində daha real görünən
prinsiplərdən istifadə etməyə başlamışdır; Bu prin
218
siplər cərgəsinə gəlir səmərəsini, əvəzolunma səmərəsini, büdcə
xəttini və ya məhdudluğunu və fərqsizlik əyrisini qeyd etmək olar.
Bunlarla yanaşı hazırda bir çox iqtisadçılar bir sıra adi məhsulları,
məsələn, köynək, ayaqqabı, pendir, alma və s. istehlakında
kəmiyyət və ya kardinalist (ölçülünən) faydalılıq məfhumundan
istifadə edirlər. Sözsüz ki, belə şəraitdə tələb əyrisini, faydalılıq
anlayışını xatırlamadan müəyyən etmək olar. Əlbəttə, belə
yanaşma ilə mövcud məhsul dəstlərinin digərlərinə nisbətən
istehlakçı üçün daşıdığı üstünlüyü üzə çıxartmaq olar. Lakin belə
yanaşma yalnız bir qrup məhsul dəstinin digər məhsul qrupuna
nisbətən üstünlük daşıdığını göstərmək olar. «A» məhsulları «B»
məhsullarından istehlakçı üçün daha üstünlüyə malik olduğunu
göstərmək olar. Bu isə bir növ istehlakçı üçün nemət dəstlərinin
cərgələnməsi və ya sıralanması faydasını göstərəcək. Tələb
əyrisinin bazar mexanizmi birmənalı şəkildə malik olduğu
xüsusiyyətlər üzə çıxarılmamış qalacaq. Lakin qeyri-müəyyənlik
şəraitində belə bir konsepsiyadan istifadə olunması hər halda
xüsusi əhəmiyyətə malikdir.
Kardinalist
(ölçülünən) faydalılıqdan istehlakçının
subyektiv yanaşmasından asılı olaraq bu və ya digər nemət dəstinə
üstünlük verməsi sıralanmış faydalılığa, buna çox hallarda
ordinalist faydalılığa keçidə səbəb olur. Ordinalisl və ya sıralanmış
faydalılığın mahiyyəti ondan ibarətdir ki, kardinalist və ya
ölçülünən faydalanmadan imtina olunur və bir sıra nemət dəstləri
müqayisə olunmaqla, onların bu və ya digər dəstinə üstünlük
verilməklə, eyni faydalılığa malik olan nemət dəstlərindən biri
seçilir. Beləliklə də, istehlakçı kəmiyyətlə, yəni ölçülünən
faydalanmadan imtina edərək özünün subyektiv yanaşması ilə
mövcud nemət dəstindən seçimi ilə qərar verir və hesab edir ki, bu
nemət dəsti digərlərinə nisbətən onun üçün daha çox üstünlüyə
malikdir. Deməli, son faydalılıq konsepsiyasında onun subyektiv
yanaşma nəzəriyyəsi formalaşdı. Onun da yaradıcıları Roy Allan
(1906- 1983) və Con R.Miks (1904-1989) olmuşdur. Onların
gəlmiş
219
olduqlan nəticə gəlir və əvəzolunma səmərəsinin üzə çıxarılması
ilə əlaqədar olmuşdur.
Gblir səmərəsinin istehlakçımn davranışına olan təsirini
konkret olaraq belə izah etmək olar ki, pul gəlirlərinin dəyişilməz
qaldığı bir şəraitdə qiymətlərin artması, məhsul və xidmətlərə
yönəldilən «real gəlirlərin» həcminin azaldığına görə, istehlakçı
istər-istəməz alacağı bütüıl məhsul kütləsinin həcmini azaltmalı
olacaq. Gəlir səmərəsi əsasən üç amildən asılıdır:
•
qiymət dəyişikliyindən;
•
real gəlirdən;
•
tələb kəmiyyətindən.
Qiymətlərin aşağı düşdüyü şəraitdə gəlir səmərəsi özünü
daha əyani şəkildə büruzə verir. Əgər bu və ya digər məhsulun
qiyməti aşağı düşübsə, onda istehlakçının mövcud və ya digər
məhsullardan əlavə alması üçün gəlirin bir hissəsi sərbəstləşir.
Tutaq ki, yumurtanın qiyməti aşağı düşdüyündən, istehlakçının
real gəliri və ya alıcılıq qabiliyyəti yüksəldiyindən onda ya əlavə
yumurta, ya da bir neçə əlavə göyərti dəsti almaq imkanı
yaranacaq. Bu o deməkdir ki, mövcud vəziyyətdə istehlakçının
davranışı gəlir səmərəsi ilə əlaqədar onun tələb əyrisindəki
elastikliyi daha çevikləşdirir. Gəlirə görə tələb elastikliyinin
yüksəlməsi özünü daha çox qiymətli hesab olunan məhsulların
alınmasında əks etdirir. Məsələn, avtomobil, musiqi mərkəzi,
videokamera və s. Belə vəziyyət gəlirin səviyyəsinin artımını əks
etdirir.
Əvəzolunma səmərəsini isə konkret olaraq belə izah etmək
olar ki, gəlir səmərəsindən və bazardakı vəziyyətdən asılı olaraq
istehlakçının tələbatı mövcud imkan və şəraitdə daha ucuz görünən
vasitələrlə ödənilir. Tutaq ki, mal və qoyun ətinin bahalanması ilə
toyuq ətinin alınmasına olan meylin artması özünü əvəzolunma
səmərəsi kimi əks etdirəcək. Əvəzolunma səmərəsinə görə
istehlakçı eyni dəst nemət kimi görünən, lakin müxtəlif qiymətə
malik olan məhsullardan elələrini alacaq ki, onların qiymətləri
aşağı düşmüşdür və o məhsulları əvəz etmiş olsun ki, onların
qiyməti nisbətən qalxrmşdır.
220
Normal məhsullar üzrə əvəzolunma səmərəsi qiymətlərin
qalxması və enməsi ilə əlaqədardır. Qiymətin qalxması ilə tələbin
həcmi artır və əksinə. Nisbətən aşağı səviyyəli məhsullar üçün isə
vəziyyət bir qədər fərqlidir. Belə şəraitdə istehlakçı seçimində
əvəzolunma səmərəsi hər məhsul növü üzrə gedəcəkdir. Tutaq ki,
kərə yağının qiymətinin artdığı şəraitdə istehlakçı ucuz marqarin
və ya bitki yağı alacaqdır. Əvəzolunma səmərəsi gəlirlərin artması
və azalmasından bilavasitə asılı olmasına baxmayaraq bazara
çıxarılan məhsulların çeşid və kəmiyyətindən də asılıdır. Gəlirlərin
dəyişilməz, qiymətlərin yüksəldiyi bir şəraitdə aşağı səviyyəli
məhsullara olan tələbat xeyli yüksəlir. Məsələn, kərə yağının,
pendirin, xamanın, qaymağın qiymətinin qalxması ilə şəkər
tozunun istehlakı yüksəlir. Bu onunla əlaqədardır ki, səhər
yeməyində aşağı gəlir əldə edənlər şirin çaya daha çox üstünlük
verəcəklər.
Beləliklə, gəlir səmərəsi və əvəzolunma səmərəsi vasitəsilə
istehlakçı davranışında baş verən dəyişikliyin meylini müəyyən
etmək və onun əhalinin həyat səviyyəsindəki yaxşılaşma, pisləşmə
istiqamətini əsaslandırmaq olar.
Artıq bizə bəllidir ki, bu və ya digər nemətlərin fayda-
lılığının onların ehtiyat səviyyəsindən asılı olaraq istehlakçı
tərəfindən qiymətləndirilməsi onun hər sonuncu vahidinin son
faydalılığını müəyyən edir. Bunu Smit paradoksu və ya təzadı kimi
su və almaz misalında artıq qeyd etmişik. Bundan da aydın
olmuşdur ki, qiymətlilik paradoksunun yaranmasının əsas səbəbi
nemətin ehtiyatının çox olması, istehlakçının onun hər sonuncu
vahidindən az istifadə etməsi istəyi ilə əlaqədardır. Qiymətlilik isə
son vahid faydahlığın pulla ifadəsi kimi çıxış edir. Son faydahlığın
azalması qanununa görə hər sonuncu vahid nemətin istehlakçı
tərəfindən qiymətləndirilməsi, onların bazar ümumi bazar qiyməti
ilə ümumi faydalı- lığı arasındakı fərqi görməyə imkan verir. Belə
bir fərq istehlakçı artığı adlanır. Yəni nemətin ümumi bazar
qiyməti ilə onun ümumi faydası arasındakı fərq istehlakçı fərqini
yara
221
dır. Daha doğrusu, son faydalılığın azalması qanuna görə
istehlakçı «ödədiyindən çox nemət ahr».
İstehlakçı artığı ona görə əmələ gəlir ki, hər istehlak
olunan nemət vahidi üçün əvvəlkindən sonuncuya qədər eyni
məbləğ ödənilir. Hər bir istehlak olunan nemət vahidi əvvəldən
axıra qədər eyni qiymətlə alınır. Deməli, hər vahid üçün ödənilən
məbləğ sonuncu vahidlə qiymətləndirilir. Son fay- dalılığın
azalması qanununa görə istehlakçı üçün birinci vahid nemət
sonuncu vahid nemətdən daha qiymətlidir. Beləliklə də istehlakçı
hər ilkin vahid nemətdən artıq fayda əldə edir. Bütün istehlak
olunan vahidləri, istehlakçı sonuncu vahidin qiyməti ilə
aldığından, o xərcdən üstün fayda artığı əldə edir. İstehlakçı artığı
istehlakçıların nemət üçün ödədiyi məbləğdən artıq əldə etdikləri
əlavə və faydalılığın kəmiyyətini əks etdirir.
İstehlak artığı konsepsiyasını həm fərdi istehlakçı üçün,
həm də bütövlükdə bazar şəraiti üçün şərh etmək mümkündür.
Bunu həm cədvəl, həm də qrafik şəkildə təsvir etmək olar. Tutaq
ki, dönərin qiyməti 60 qəpikdən yuxarı olduqda, istehlakçı
ümumiyyətlə ondan imtina etmiş olsun. Lakin 60 qəpik
səviyyəsindoki dönəri almaq iqtidarındadır. Birinci dönəri o, 60
qəpiyə almaqla, onun faydalılığının pulla ifadəsini əks
etdirəcəkdir. Sonrakı dönər öz faydalılığı üçün az pulla
qiymətləndirilir. Tutaq ki, 50 qəpik, üçüncü - 40 qəpik, dördüncü
30 qəpik, beşinci 20 qəpik, altıncı 10 qəpik. Bu rəqəmləri cədvəl
şəklinə saldıqda görünür ki, istehlakçı sonuncu dönər istisna
olmaqla hər sonra alınan dönərin fayda- lılığı onun üçün ödənilən
qiymətdən yüksəkdir.
Dostları ilə paylaş: |