Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


Qida və geyim məhsullarının büdcə xətti



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə117/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   233
Bazar 1

Qida və geyim məhsullarının büdcə xətti 
Qida məhsullarının 
qiyməti, 50 man.
 
Geyim məhsuUarınm 
qiyməti, 100 man.
 
Ümumi xərc məbləği, 
man.
 
8
 
0
 
400 (=400+0)
 
6
 
1
 
400 (=300+100)
 
4
 
2
 
400 (=200+200)
 
2
 
3
 
400 (=100+300)
 
0
 
4
 
400 (=0+400)
 
 
Qida məhsulları 
Büdco xətti ilo aydın olur ki, məhdud pul gəliri şəraitində 
iki məhsuldan - qida və geyim şeylərindən ən yaxşı halda 2 vahid 
geyim şeyləri və 4 vahid qida məhsulları, (2x100+4x50=400) və ya 
3 vahid geyim şeyləri, 2 vahid qida məhsulları (3x100+2x50=400), 
yaxud  da  1  vahid  geyim  şeyləri,  6  vahid  qida  məhsulları 
(1x100+6x50=400) alınacaq. 
Büdcə  xətti  vasitəsi  ilə  həm  fərdi,  həm  də  bütövlükdə 
istehlakçıların,  həm  istehlak  səbətləri,  həm  də  həyat  səviyyələri 
haqqında  fikir  irəli  sürmək  mümkündür.  Gəlirlərin  məhdudluğu 
şəraitində  qiymətlərin  qalxdığı  vaxt  əsasən  ərzaq  məhsulları 
bazarında  böyük  təlatümlər  baş  verir.  İnsanların  gəlirləri  əsasən 
qida məhsullarının alınmasına yönəlir. Qeyd 
226 


olunan şorti misalın timsalında bir cohoti də nəzərə almaq lazımdır 
ki, büdcə xətti və ya büdcə məhdudluğu, pul gəlirləri və məhsullara 
olan qiymət səviyyəsindən asılı olaraq dəyişilsə də, lakin konkret 
şəraitdə  istehlakçının  davranışmdakı  dəyişiklik,  onun  tələbinin 
kəmiyyətində özünü əks etdirəcək. 
Pul gəlirlərinin azalması ilə büdcə xətti aşağı enəcək, pul 
gəlirlərinin artımı ilə büdcə xətti paralel olaraq yüksələcək. 
Qiymət dəyişikliyi də büdcə xəttinin vəziyyətinə müxtəlif 
cür təsir göstərəcək. Əgər hər iki məhsula olan qiymət proporsional 
olaraq qalxarsa, paralel olaraq büdcə xətti aşağı enəcək və beləliklə 
də  istehlakçının  gəliri  aşağı  düşəcək.  Əksinə,  əgər  hər  iki 
məhsuldan qiymət aşağı düşərsə, onda istehlakçının gəliri və büdcə 
xətti  paralel olaraq  yüksələcək.  Fərqli cəhət  yalnız  o şəraitdə baş 
verə  biləcək  ki,  hər  iki  məhsulun  qiymətində  enmə  və  qalxmalar 
tez-tez  müşahidə  olunsun.  Onda  uyğun  olaraq  büdcə  xəttində  də 
mütəmadi dəyişikliklər baş verəcək. 
Mövcud  büdcə  xətti  və  ya  büdcə  məhdudluğu  şəraitində 
alınacaq məhsullardan maksimum tələbatın ödənildiyini müəyyən 
etmək  üçün  hansı  məhsul  dəstinə  üstünlük  verildiyini  müəyyən 
etməliyik.  Bizim  misalda  geyim  və  ya  qida  məhsullarına  verilən 
üstünlüyü  müəyyən  etməklə,  istehlakçının  mövcud  gəlirlə 
tələbatının maksimum ödənilməsi səviyyəsini müəyyən etmək olar. 
Bu da istehlak dəstinə verilən eyni üstünlüyün verilməsindən irəli 
gələn fərqsizlik əyrisi ilə əlaqədardır. 
İlk dəfə olaraq Vilfrcdo Pareto belə qənaətə gəlmişdir ki, 
tələb  nəzəriyyəsinin  bütün  əsas  elementlərini,  faydalılıq 
konsepsiyasından  istifadə  etməklə  təhlil  etmək  mümkündür. 
V.Paretonun  irəli  sürdüyü  fikir  hazırda  fərqsizlik  əyrisi  adlanır. 
Əgər büdcə xətti istehlakçının müəyyən miqdar pul gəliri ilə əmtəə 
qiymətini  nəzərə  almaqla  nə  almaq  istəyini  əks  etdirirsə,  lakin 
fərqsizlik əyrisi istehlakçının A və ya B məhsullarının alınmasına 
verdiyi üstünlük barədə informasiya verir. 
227 


Forqsizlik əyrisi iki əmtəədən hər hansı birinə üstünlük verməklə 
istehlakçıya  eyni  məmnunluq  gətirilməsi  deməkdir.  Bunun  izahı 
üçün də bir eyniliklə yuxarıda gətirdiyimiz geyim şeyləri və qida 
məhsulları misalından istifadə edə bilərik. Burada yalnız istehlakçı 
sorğusu əsas götürülməlidir ki, o, hansı kombinasiyada və ya hansı 
uyğunlaşdırılmış kəmiyyət və ya həcm vahidləri ilə geyim və qida 
məhsullarına  üstünlük  verməklə  qiymətləndirirlər.  Məsələnin 
maraqlı tərəfi istehlakçının təlabatını eyni dərəcədə ödəyən geyim 
və qida məhsullarının uyğunfuq səviyyəsidir. Belə vəziyyət  artıq 
istehlakçı üçün fərqsizliyi əks etdirir. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə