9.1.
istehsal xərcləri, mahiyyəti və onun növləri
9.2.
Qısa və uzun müddətdə istehsal xərcləri
9.3.
İstehsal xərclərinin minimumlaşdırılması amilləri
və aşağı salınması istiqamətləri
9.1.
İstehsal xərcləri, mahiyyəti və onun növləri
Biz artıq bazar strukturlarında istehlakçının davranışı ilə
yaxından tanış olmaqla onun seçimi, qərar qəbul etməsi, tələb və
onun elastikliyi ilə bağlı amillərin təsirini aydınlaşdırmışdıq. İndi
isə istehsalçının davranışını əks etdirən xərcin çəkilməsi, onun qısa
və uzun müddətdə istifadə olunması, istehsal amillərindən istifadə
olunması, onun minimumlaşdı- rılması ilə əlaqədar fəaliyyətinə
diqqət yetirək.
İstehsal, ümumiyyətlə, nemət və sərvətin əldə olunması
sferası olmaqla, məhsul istehsalı prosesini əks etdirməklə, istehsal
amillərindən istifadəni əks etdirir. Bildiyimiz kimi, istehsal amilləri
əməkdən, təbii resurslardan, kapitaldan və sahibkarlıq
qabiliyyətindən ibarətdir. İstehsal prosesi, məhz bu amillərin
birləşməsi ilə baş verir. İstehsal prosesinə cəlb olunan hər bir amil,
özünü ona çəkilən xərc vasitəsilə əks etdirir. Ona görə də istehlakçı
davranışından fərqli olaraq, istehsalçı davranışı firma timsalında
fəaliyyət göstərməklə, istehsal xərclərinin çəkilməsi və
strukturunda dəyişikliklərin həyata keçirilməsi ilə əks olunur.
Burada istehsal funksiyasının ümumi və xətti istiqamətdə buraxılan
məhsulla istehsal xərcləri arasındakı texnoloji əlaqə, xərclər
arasındakı əlaqə, istehsal amillərinin əvəz olunması istiqamətində
səmərəli təşkil olunmanın həyata keçirilməsi özünü göstərir.
Göstərməliyik ki, istehsal xərcləri və onunla bağlı elmi
fikirlər, hələ klassik məktəbin banisi A.Smit dövründən başlayır.
Xərc konsepsiyasının başlanğıcını A.Smitin mütləq xərc fikri ilə
əsaslandırmaq olar. Sonra D.Rikardo müqayisəli
231
xərclər ifadəsini elmi dövriyyəyə gəlirmişdir. Onlar «xərc» termini
kimi sahəyə daxil olan bütün müəssisələrin vahid məhsul
istehsalına çəkilən orta xərci nəzərdə tuturdular.
K.Marks istehsal xərcini, əmtəənin kapitalistə başa gəldiyi
məsrəfi hesab edirdi. Yəni istehsal vasitələrinin və iş qüvvəsinin
alınmasına çəkilən xərc, istehsal xərci hesab olunurdu. Kapitalist
istehsal xərclərinin spesifikliyini qeyd edən Marks əmtəənin
dəyərini yaradan əmək məsrəfini, həqiqi istehsal xərci adlandırırdı.
Beləliklə, istehsal xərci iki yerə ayıraraq əmək və kapitdi məsrəfi
kimi fərqləndirirdi.
XIX əsrin sonunda son faydalılıq nəzəriyyəsini irəli sürən
marjinalistlor K.Menger, F.Vizer, Bem-Baverk isə göstərirdilər ki,
xərc psixoloji amil kimi son faydalılığa əsaslanır. Onların fikrinə
görə firmanın istehsal amillərinə görə ödədiyi məbləğ, satıcı kimi
onlara son faydalılığı müəyyən etməyə imkan verir. İstehsal
xərcləri marjinalizmə görə ayrı-ayrı müəssisəyə aiddir. Xərc və
gəlir isə istehsalın miqyasından irəli gələn funksiyadır. Eyni
zamanda onlar alternativ imkanların subyektiv xərc nəzəriyyəsini
yaratdılar. F.Vizer göstərirdi ki, mövcud məhsulun həqiqi istehsal
xərci, yüksək faydalılığa malik olan o nemətlərə bərabərdir ki,
cəmiyyət sərf olunan istehsal resurslarından başqa cür istifadə
etmək müqabilində əldə edə bilir. Bu da istehsal xərclərini
minimuma endirməyə nailolmanın mümkünlüyünün nəzəri əsasını
qoydu.
İnstitusional nəzəriyyədə istehsal xərclərinin müxtəlif tipləri
tədqiq olunmuşdur:
•
fərdi və ictimai xərclər;
•
mütləq və əlavə xərclər;
•
maliyyə və istehsal xərcləri;
» qısa və uzunmüddətli xərclər;
•
cəmiyyətdə əmək bölgüsü nöqteyi-nəzərincə insan xərcləri.
232
Neoklassik konsepsiyaya görə istehsal xərcləri, istehsal
amillərinin əldə olunmasına görə çəkilən sabit və dəyişən xərclərin
məbləğindən ibarətdir.
XX əsrin ikinci yarısından sonra neoinstitusionalizmin
nümayəndələri transaksion xərclər nəzəriyyəsini yaratmaqla,
istehsal xərclərinə əmtəənin reallaşması ilə bağlı tədavül
xərclərinin də daxil olduğunu qeyd etdilər. Xüsusən reklam,
bazarın saxlanılması, informasiyanın əldə olunması və s. bağlı
xərclərin də nəzərə alınmasının vacibliyi qeyd olundu.
İstehsal xərcləri sərf olunan maddi, təbii, enerji, əmək,
informasiya, yanacaq və s. resurslar nəticəsində əldə olunan
məhsulun bazar qiymətliliyini əks etdirir. Məhsul istehsalına
çəkilən xərclərin davamlı xarakteri, firmanın fəaliyyətinin əsasını
təşkil edir. Praktiki olaraq istehsal xərcləri, həm də rəqabətli təklifi
əks etdirir. Mövcud məhsulun satıcılarının çoxluğu, onun
alınmasını deyil, satılması çətinliyini meydana gətirir. Rəqabət
şəraitində isə istehsalçı istər-istəməz istehsalın strukturunu
təkmilləşdirməyə, tətbiq olunan xərclərdən daha səmərəli istifadə
etməyi, daha əlverişli variantın seçilməsinə cəhd göstərir. İstehsal
amillərinin seçilməsi, onlardan resurs kimi istifadə olunması yolu,
bazarda tez reallaşdırıla bilən məhsul istehsalına sövq edir. Ona
görə də istehsal xərclərinə, istehsal resurslarından istifadənin pul
ifadəsi kimi baxmaq olar. Məhsulun istehsalı və satışı ilə bağlı
çəkilən xərclər, hazırlanandan sonra elə reallaşdırılmalıdır ki, əldə
olunan pul mədaxili həm istehsal xərclərini ödəməli, həm də
müəyyən artıq mənfəət formasında sahibkarın sərəncamına
keçməlidir. Belə şəraitdə mənfəət istehsalın, xidmətin
hərəkətverici qüvvəsinə çevrilərək sahibkarlıq fəaliyyətinin
məzmununu əks etdirir. Mənfəətin əldə olunması isə əhəmiyyətli
dərəcədə istehsal xərclərinin kəmiyyətindən asılıdır. Ona görə də
istehsal xərclərinə müxtəlif baxışların olmasından asılı olmayaraq,
onun mahiyyəti müasir şəraitdə təsərrüfatçının, iş adamının,
sahibkarın nöqteyi-nəzərincə, diqqət yetirilir.
233
istehsal xərcləri, təkcə əmtəə istehsalı zamanı istifadə
olunan resurslarla deyil, həm də istehsalın miqyası ilə bağlı
çəkilən məsrəfləri də əhatə edir. Ona görə də istehsal xərclərinin
kəmiyyəti ümumi xarakter alır və strukturu fərqlənir.
Ümumi istehsal xərcləri dedikdə müəyyən vaxt ərzində bu
və ya digər əmtəə növünə sərf olunmuş bütün xərclər nəzərdə
tutulur. Ümumi istehsal xərcləri ayrılır:
•
sabit xərclər - bu elə xərc növüdür ki, firma istehsalın
həcmindən asılı oln^ayaraq, hər şəraitdə və müəyyən səviyyədə
çəkməlidir. Binanın, işıqlandırmanın, idarə və inzibati heyətin
saxlanılması və s. üçün daima xərc çəkilməlidir.
•
dəyişən xərclər - bu elə xərcdir ki, xammala, iş qüvvəsinin
alınmasına, yanacağa, enerjiyə və s. çəkilir. Dəyişən xərclər
istehsalın həcmi ilə əlaqədar olduğundan onun kəmiyyəti dəyişkən
xarakterdədir. Bunu qrafik təsvir vasitəsilə də görmək olar (şəkil
1, şəkil 2).
Şəkil 1
Dostları ilə paylaş: |