Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə132/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   233
Bazar 1

miqyas  effektidir. 
Miqyas effekti həm müsbət, həm də mənfi meyilli ola bilər. Əgər 
istehsalın  həcminin  artımı  ilə  orta  xərclər  azalarsa,  onda  miqyas 
effekti müsbət, əksinə əgər istehsalın artımı ilə orta xərclər artarsa 
onda, miqyas effekti mənfi olur. 
Miqyas  effektinin  müsbət  meyli,  başqa  sözlə,  miqyasın 
artımı  ilə  qənaətin  olunmasına  və  buraxılışın  artmasına  bir  neçə 
amil təsir göstərir: 

 
işçilərin əməyinin ixtisaslaşması; 

 
həm istehsalda, həm də idarəetmədə tətbiq olunan əməyin 
ixtisaslaşması; 

 
iri  müəssisələrdə  yüksək  məhsuldarlıqlı  və  qiymətli 
avadanlıqların tətbiqinin mümkünlüyü; 

 
avadanlıqların səmərəli istifadə olunması; 
247 



 
xammaldan istifadə olunmasında onun tullantısız vəziyyətə 
gətirilməsi  üçün  texnologiyadan  istifadə  olunmaqla,  istehsalın 
diversifıkasiyasmm tətbiq olunması. 
Miqyas  effektinin  mənfi  meyilli  olmasına  səbəb  olan 
amillərə daxildir: 

 
zəif  nəzarət  nəticəsində  istehsalın  həcminin  artımı 
şəraitində uzunmüddətli orta xərclərin artımının nəzərə alınması; 

 
istehsalın  təşkili  və  idarə  olunmasında  rəhbər  heyətin 
istehsal prosesindən uzaqlaşması; 

 
ayrı-ayrı 
istehsal 
bölmələri 
arasında 
qarşılıqlı 
əlaqələndirilmənin  zəifləməsi  ilə  çevik  qərarların  qəbul 
olunmaması; 
.•  firmanın  ayrı-ayrı  bölmələrində  lokal,  aralıq  xarakterli 
mənafelərin meydana gəlməsi və onun firmanın ümumi mənafeyi 
ilə ziddiyyət daşıması. 
Miqyas effekti müxtəlif sahələrdə müxtəlif cür olur. Bu da 
həmin sahələrdə buraxılan məhsulun həcminə orta xərclərin bazar 
tələbinin ödənilməsinə uyğun olaraq müxtəlif şəkildə təsir etməsi 
ilə  əlaqədardır.  Yəni  elə  sahələr  var  ki,  orada  uzunmüddətli  orta 
xərclər sürətlə aşağı düşməklə, xeyli vaxt ərzində üfüqi vəziyyətdə 
olur.  Miqyas  effektinin  artımından  asılı  olaraq  üfüqi  buraxılışh 
sahələrdə  həm  iri,  həm  də  kiçik  müəssisələr  qalmaqla,  səmərəli 
fəaliyyət  göstərə  bilərlər.  Misal  olaraq  geyim  əşyaları,  ayaqqabı 
istehsal  edən  müəssisələri,  mağaza,  restoran,  şadlıq  evlərini 
göstərmək olar. 
Beləliklə,  firmanın  qısa  və  uzun  müddət  ərzində  istehsal 
xərclərini  təhlil  etməklə  aydın  olur  ki,  onun  aparılması  olduqca 
vacibdir: 

 
məhsul  buraxılışının  yaxın  və  uzun  müddət  ərzində 
həcminin təyin edilməsi üçün; 

 
verimin azalması həddini müəyyənləşdirmək üçün; 

 
mənfəətin  yüksəldilməsi,  ziyanın  azaldılmasından  ötrü 
xərclərin minimumlaşdırılması üçün; 
248 



 
bazarda  firmanın  stabil  və  davamlı  vəziyyətinin  təmin 
edilməsi üçün; 

 
miqyas  effektinin  müsbət  və  mənfi  meylinin  üzə 
çıxarılması üçün. 
Yekun  olaraq  qeyd  etmək  olar  ki,  qısa  müddət  ərzində 
istehsal xərclərinin dəyişilməsi 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə