kreditor
və
investorun
mövqelərini nəzərə
almağa səy göstərir. Çünki kreditorun və investorun firmanın tərtib
etdiyi biznes-planına olan münasibətləri müxtəlifdir.
Kreditoru, müəssisənin mənfəətlilik səviyyəsi
az
düşündürdüyü halda, investor buna daha çox maraqlıdır. Ona görə
də kreditor firmanın fəaliyyətini onun etibarlılığı və davamlı
fəaliyyət göstərməsi baxımından, investor isə firmanı gəlirliliyi
baxımından qiymətləndirir.
Adətən biznes - planlar 40 s. qədər tərtib olunur. Biznes -
plan konkret şəraitdən asılı olaraq istehsal olunacaq məhsul və ya
görüləcək xidmətin həcmini, növünü, onun yeniliyini və s. əhatə
etməlidir.
Biznes - plan bir-sıra bölmələrdən ibarətdir:
•
Xülasədən; burada istehsal olunacaq məhsulun yeniliyi,
fərqləndirici xüsusiyyətləri, cəlbediciliyi, rəqib müəssisələrdən
seçilən cəhətləri göstərilir.
“ Layihələşdirilən əmtəə və ya xidmətin xüsusiyyətindən;
istehsal olunan məhsulun istehlak xüsusiyyəti, rəqib firma- dakı
analoji məhsuldan fərqli cəhətləri göstərilir. Həm də onun
istehsalına çəkiləcək xərc və satılacaq qiymət proqnozu göstərilir.
•
Satış bazarının müəyyənləşdirilməsindən; biznes - planın
mühüm hissəsi olan bu bölmədə bazarın tədqiqinə və əldə olunmuş
və ümumiləşdirilmiş informasiyaya əsaslanan 5-6 səhifəlik
müddəalar göstərilir. Burada əsas məqsəd bazarın elə həcmini
müəyyənləşdirməkdən ibarətdir ki, orada istehsal olunacaq
məhsulu yerləşdirməklə, daha geniş istehlakçıların cəlb
olunmasına səbəb olur və konyunkturanın dəyişilməsi istiqamətini
nəzərə almaq olur.
•
Rəqabətçilərin nəzərə almasından; bu bölmədə analoji
məhsul istehsal edən iri rəqib müəssisələrin istehsal, satış
həcmləri, gəlirləri, yeni modellərinin tətbiqi mümkünlüyü,
keyfiyyəti, dizaynı və qiymət siyasəti diqqətlə öyrənilməsi nəzərdə
tutulur.
266
•
Marketinq strategiyasından; burada əmtəələrin yayılması
qiymətin əmələ gəlməsi, reklam, satışın stimullaşdırıl- ması
metodları, satışdan sonra mürəkkəb texnoloji məhsullara xidmətin
göstərilməsi qərarları göstərilir.
•
İstehsal planı; burada əsas məqsəd firmanın real istehsal
edəcəyi məhsulun zəruri kəmiyyəti tələb olunan keyfiyyəti, lazımi
vaxtı qeyd olunur. Aparılan hesablamalar həm məhsulun kəmiyyət,
həm də keyfiyyət parametrlərini əhatə edir. İstehsal güclərinin orta
müəssisələr üçün 2-3 il, iri müəssisələr üçün isə 4-5 il ərzindəki
perspektiv verimi qiymətləndirilir. Bölmə istehsal xərclərinin
mümkün səviyyəsi və perspektiv dövrdə dəyişilməsini göstərməklə
başa çatır. •
•
Təkliflər planı bölməsində firmanın işinin idarə
olunmasının təşkili sistemi şərh olunur. İdarə olunmanın təşkilinin
məqsədli funksiyası qərarların qəbul olunması və həyata
keçirilməsindən ibarətdir. Burada daimi işlə təmin olunacaq
mütəxəssislərin cəlb olunması üsulu və mənşəyi göstərilir. Onların
əməkhaqlarmm kəmiyyəti, iş vaxtından istifadə olunması, idarə
heyətinin subordinasiya ilə davranışı müəyyənləşdirilir;
•
Hüquqi plan bölməsində, firmanın təşkil olunmasında,
mülkiyyətdən istifadə hüququnun təminatı göstərilir. Qəbul olunan
qərarlara əsaslanan və gələcəkdə istifadə olunacaq və firmanın
fəaliyyətinə təminat verəcək hüquqi tənzimlənmə sənədlərinin
hazırlanması göstərilir;
•
Risk və sığortanın qiymətləndirilməsi; firma öz riski və
əmlak məsuliyyəti ilə fəaliyyət göstərərək, müəyyən olunmuş
təşkilati-hüquqi davranışı çərçivəsində baş verə biləcək hər cür
qeyri-müəyyənlikləri aradan qaldırmağa hazır olmalıdır. Görüləcək
tədbirlər başlıca olaraq təşkilati xarakter daşısa da, lakin idarəetmə
prosesində vacib şərt kimi nəzərə alınmaqla hər cür riskə görə
sığortalanma proqramını hazırlamalıdır.
» Maliyyə planı; bu bölmə, əvvəlki bölmələrdə nəzərə
alınmış qərarların ümumiləşdirilmiş nəticəsi kimi müəyyən
267
ləşdirilir. Burada reallaşmanın həcminin proqnozu, pul gəlirlərinin
və xərclərinin balansı, mədaxil və məsarif cədvəli, müəssisənin
aktiv və passivlərinin məlumat balansı, ziyansız- lığa nail olmanın
qrafiki əks olunur. Göstərilən bu bəndlərin hər biri ayrı-ayrılıqda
şərh olunmaqla müəssisənin fəaliyyətini, məqsədə nail olunmaq
imkanlarını əks etdirir.
•
Maliyyələşdirmə strategiyası; biznes-planın bu bölməsi
vəsaitlərin əldə olunmasının kəmiyyətini, mənbəyini və onların
qaytarılmasının
gözlənilən
vaxtını
müəyyənləşdirməklə,
investorlara çəkdikləri xərc müqabilində əldə edəcəkləri gəlirlərin
ödənilməsi müddəti qeyd olunur.
Biznes planın tərtibindən sonra onun reallaşdırılma prosesi
baş verir ki, bu da firmanın müvəffəqiyyət qazanmaq dövrünü
əhatə edir. Davamlı iş rejiminə daxil olmaqla, firma öz
fəaliyyətində
istehsal
və
idarəetmənin
təşkilində
və
planlaşmasında yeni elementlərin axtarılmasına və tapılmasına səy
göstərir.
ABŞ-da fəaliyyət göstərən və qısa müddətdə maliyyə
nailiyyətləri əldə edən şirkətlərin təcrübəsi göstərir ki, onlar əsasən
beş sferada daha tez müvəffəqiyyət əldə edirlər:
» müxtəlif işgüzar məsləhətlərin verilməsində;
•
ictimai iaşədə;
•
müxtəlif islehlak əmtəələrinin ticarətində;
•
avtomobillərin təmirində;
•
fərdi mənzil tikintisində.
Bəllidir ki, bütün firmalar bu sahələrdə cəmlənə bilməzlər.
Rəqabət və inhisar şəraiti firmaların fəaliyyət dairələrini
genişləndirməklə, onların nailiyyət qazanmaq imkanları
istiqamətində zəruri seçimlərinin edilməsinə şərait yaradır.
Firma sürətli nailiyyət əldə etməkdən ötrü və müvafiq
fəaliyyət sferasını seçərkən bir sıra amillərin rolunu nəzərə
almalıdır:
•
hər hansı məmulatın istehsalında və ya xidmətin
göstərilməsində inhisar mövqeyində olmasını;
268
•
firma öz gəlirini məhsulun reallaşmasından əldə edirsə,
onda kommersiya nailiyyəti baxımından satış həcminin artı-
mındakı xalis mənfəətin səviyyəsi olduqca yüksək olmalıdır.
Məsələn, əgər satışın həcmi 20% artırsa, onda xalis mənfəətin
artımı 50%-don aşağı olmamalıdır;
•
biznesin artımı, nisbətən iqtisadi tsiklin fazalarından asılı
olmamalıdır. Yəni firmanın dövranı artımı hətta istehsalın enməsi
şəraitində getməlidir;
•
firma daima yüksək mənfəət normasına və sifarişlərin artım
sürətinə malik olmalıdır. Xüsusən məhsula təkrar sifariş təmin
olunmalıdır;
•
firma biznesin elə sferasına daxil olmalıdır ki, onun
haqqında birja əməliyyatları barəsindəki məruzə və hesabatlarda az
yazılır;
« firma elə təsərrüfatçılıq sferasını seçməlidir ki, oradakı
fəaliyyət bilavasitə menecerin lalant və qabiliyyətindən asılı olsun.
Firma fəaliyyətinin davamlı xarakter alması istehsalın
həcminin müəyyonləşdirməsindən və onun təşkil olunmasından
asılıdır. Ona görə də istehsalın təşkilində əsas diqqət yetirilir:
•
əmək bölgüsünə və ya ixtisaslaşma səviyyəsinə;
•
istehsalın həcminin genişləndirilməsini qənaətin əldə
olunması həddinə qədər aparılması.
Müxtəlif növ və çeşid məhsullar istehsal edən firmalar, orada
istehsalı təşkil edərkən cəlb olunacaq işçilərin ixtisaslaşma
səviyyəsini nəzərə almaqla isiehwnh qurur. İstehsal olunacaq
məhsulların sadə və mürəkkəbliyindən acılı olmayaraq cəlb olunan
işçi üstün hesab etdiyi işlə məşğul olur. D
V
* baxımdan istehsalı
təşkil edən ixtisaslaşma səviyyəsinə diqqət yetirməklə, muzdlu
işçiləri cəlb edir. Həm də işçinin müəyyən sahədə təcrübəsi nəzərə
alır. Çünki biliyin əldə olunması, təcrübədə onun sınaqdan
keçirilməsi vərdiş halını almaqla, tətbiq nəticəsində yüksək effekt
verir.
İstehsalın
təşkilində
əmək
bölgüsü
baxımından
ixtisaslaşmaya üstünlüyün verilməsi istehsal prosesində tətbiq
olunan alət və avadanlıqlar
269
dan daha bacarıqla istifadə olunmasına, iş vaxtından daha səmərəli
istifadə olunmasına səbəb olur.
Firma işçi heyətinin lazımi ixtisaslaşma səviyyəsinə nail
olduqdan sonra istehsalın həcmini genişləndirməyə meyil edir.
Lakin bunu o həddə qədər aparır ki, hər vahid məhsul istehsalına
çəkilən xərc azalmış olsun. Bunun üçün daxili və xarici qənaət
amillərindən istifadə olunur. Başqa cür demiş olsaq firma miqyas
effektini qənaətlə əlaqələndirir. Əsas üstünlük isə daxili qənaətlərə
verilir. Daxili qənaətə daxildir:
•
Texniki qənaət. Belə qənaət istehsalın həcminin iri və kiçik
olmasından asılı olaraq müxtəlif olur. Məhsulun həcminin texniki
qənaəti böyük olduqda mövcud vahidin də ölçüsü böyük qalmağa
meyilli olur. Əlbəttə, bu nisbi xarakterlidir. Məsələn, boru, traktor,
yanacaq istehsalında olduğu kimi. Lakin artan məhsuldarlıq, artıma
və yenidən artmanın nəticəsi olduqda vahid kiçik qalmağa meyil
edəcək. Məsələn, 1000 çörək bişirməkdən ötrü bir peç tələb olunur.
Bunun üçün çörəkbişirən kiçik qalmağa meyil edir. Çünki iri
peçdən əldə ediləcək böyük texniki qənaət yoxdur.
•
İdarəetmə qənaəti; belə səpkili qənaət yalnız istehsalın
artımı ilə əldə oluna bilər. Çünki xırda istehsalda bunu etmək
mümkün deyil. Bu da əmək bölgüsünün səviyyəsi ilə əlaqədardır.
Əmək bölgüsünün menecerin səlahiyyətlərinə daxil olduğu andan
istehsal, satış, daşıma və kadrlara qədər müvafiq tapşırıqların
icrasında konkret idarəçilər qoyulur ki, bu da istehsal prosesinin
səmərəli fəaliyyətinə səbjəb olur.
•
Satış qənaəti; belə qənaətə çox hallarda iri firmalar nail
olsalar da, kiçik firmalarda satışdan qənaət əldə etməyə çalışırlar.
Bu özünü həm xammal-materialların alınmasında, həm də hazır
məhsulun reallaşdırılmasında öz əksini tapır. İstehsal resurslarının
alınmasında tətbiq olunan qiymət prinsipindən asılı olaraq, işlək
avadanlıqlardan daha səmərəli istifadə olunur. Həmçinin məhsulun
satışından asılı olaraq əldə olunan qənaət, həm sifarişlərin
verilməsində, həm satıcıların tam güclə işləməsində, satışın
həcminin bəlli kəmiyyəti və
270
həcmi şəraitində, onun əvvəlcədən qablaşdırılması və
hesablanması ilə əlaqədar vaxtın qənaətinə də səbəb olur. Bir qayda
olaraq iri firmalar bir məhsul növü ilə bazarda inhisar mövqeyini
təmin etməklə, satış prosesində istehsal etdiyi məhsul növlərini də
reklamlaşdıraraq, onların reallaşmasını da təmin edir ki, bu da
müəyyən qənaətə səbəb olur.
•
Maliyyə qənaəti; belə qənaət adətən maliyyə bazarlarında
firmaların pul resurslarının əldə olunduğu vaxt mümkün olur. Buna
da iri firmalar daha çox nail olurlar. Çünki onlar tanınan firmalar
olduğundan, onlara bankir və investorlar vəsait verirlər. Verilən
pul, səhm və istiqrazlar firmaya nüfuzundan asılı olaraq
verildiyindən, ondan istifadə də üstünlüyün əldə olunması maliyyə
resurslarının qənaoti kimi özünü büruzə verir.
•
Riskdən irəli gələn qənaəl; bu sığortalana bilən, sığortalana
bilinməyən, qeyri-müəyyənliklə əldə olunan qənaətdir. Firma
tələbin elastikliyi baxımından müxtəlif növlü, fərqli məhsul
istehsal edir. Təklif elastikliyi baxımından isə müxtəlif
mənbələrdən əldə edəcəyi resursların həcmini müəyyənləşdirir.
•
Xarici iqtisadi amillərdən istifadə ilə bağlı qənaət; istehsal
prosesinin sənayeləşmə səviyyəsində xarici iqtisadi amillərin
rolunun nəzərə alınması ilə firma mənfəət əldə edə bilir. Xüsusən
yüksək ixtisaslı işçi qüvvəsindən istifadə də, marketinq sahəsində
ümumi əməkdaşlığın həyata keçirilməsində, müxtəlif infrastruktur
xidmətlərindən bəhrələnmək təcrübəsindən istifadə də belə növ
qənaət özünü daha geniş şəkildə əks etdirir.
Firmanın əsas məqsədi onun bir sıra vəzifələrinin həyata
keçirilməsi və nəticə etibarilə uğur qazanması, bir sıiu şərtlərin ön
cərgəyə keçirilməsi ilə əlaqədardır:
•
uğurlu fəaliyyətə səbəb olan perspektiv inkişaf
strategiyasını müəyyənləşdirməsindən;
•
optimal inkişafa əsas verən istehsal həcmi ilə satış
həcminin müntəzəm əlaqələndirilməsindən;
271
•
firma rəhbərliyi uğuru ilə bütün kollektivin mənafelərini
birləşdirməyə cəhd göstərməsindən;
•
idarə heyəti ilə işçi heyətini bir ailə kimi birləşməsindən;
•
bazarda hər zaman öz payının artırılması uğrundakı
mübarizənin dönməzliyindən;
•
istehsal etdiyi məhsulun .keyfiyyətinin yüksək səviyyədə
saxlanılmasından;
•
firma öz fəaliyyət və davranışında istehlakçının
davranışının əsas götürülməsindən;
“ uğur qazanmanı əsaslandıran ana xəttin dəqiqləşdiril-
məsindən;
•
müvəffəqiyyət qazanmasına təminat verən patentləri,
proqramları,
texniki-tərəqqinin
nailiyyətlərinin
gizli
saxlanılmasından;
•
ixtisaslı, qabiliyyətli və talantlı işçilərin saxlanılması üçün
müxtəlif cəlbedici üsullardan istifadə olunmasından;
•
istehsalın idarə və təşkilində öz üstünlüklərini nümayiş
etdirilməsindən;
•
artan mənfəət həcmində, çalışan işçilərin də pay əldə
etmək imkanının yaradılmasından;
•
işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində
ardıcıl tədbirlərin görülməsindən.
Biznesdə
uğurun
qazanması,
mövcud
vəziyyətin
qiymətləndirilməsindən və mənfəət səviyyəsinin qorunması
istiqamətində çevik dəyişikliklərin aparılması ilə əlaqədardır.
Azərbaycanda keçid iqtisadiyyatının müasir şəraitində
sahibkarlığın inkişafına dövlət təminatının artdığı bir vaxtda,
'firmalar öz fəaliyyətində dünya təcrübəsindən keçmiş aşağı riskli
üsullardan istifadə etməyə üstünlük verilməlidir:
•
ilkin fəaliyyətində diversifikasiya üsulundan istifadə
olunmalıdır. Yəni eyni vaxtda bir neçə əmtəə bazarına işləməlidir.
Onların birində uğursuzluq, digərinin hesabına kompensasiya
oluna bilər;
272
•
uğursuzluğun minimum səviyyəyə endirilməsindən ötrü
istehsalda əlaqəli iştirak edən firmalar arasında çoxtərəfli
müqavilələr bağlamaqla, riski paylaşdırmaq olar;
•
külli miqdar istehlakçılara mal göndərilməsinə üstünlük
verməklə, onların hər hansı qisminin imtinası, istehsal proqramının
bütövlükdə pozulmasına səbəb olmur;
•
xammal və materialı da müxtəlif çoxsaylı mal
göndərənlərdən alınmasına üstünlük verməklə, yenə də istehsal
proqramının fasiləsizliyinə təminat verir;
•
sığorta şirkətləri ilə zəruri müqavilələrin bağlanması ilə
riskin ötürülməsinə nail olmaq.
Dostları ilə paylaş: |