Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə154/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   ...   233
Bazar 1

MÄP. 
MRP.
 
K ^
 
P, 
277 


MRP
^, 
MRPj^
 - maşın və işçilərin son gəliri; 
Pf^ , P^-
 maşının qiyməti və işçilərin əməkhaqqı. 
Deməli,  firma  öz  xərclərini  minimumlaşdırarkən  əsas 
diqqəti, hər əlavə məhsul vahidinin istehsalına və ya əlavə işlərin 
görülməsinə  sərf  olunan  xərcə  verəcək.  Əgər  hər  hansı  amilin 
qiymətində dəyişiklik baş verərsə, onda o başqa vari- antlı, onların 
uyğunluğunu təmin etməyə cəhd göstərəcəkdir. 
Firmanın  davranışında  müasir  şərait  əsasən  məqsədlərin 
çoxluğu şəraitində firmanın ümumi mənafeyi üçün çalışan işçilərin 
maraqlarının qovuşdurulmasmdan istifadə  etməyə üstünlük  verir. 
Burada  bütün  işçilərlə  rəhbər  heyətin  maraqlarının  bir  araya 
gətirilməsi və bundan hamının razı qalması prinsipi üstünlük təşkil 
edir.  Firmanın  ümumi  mənafeyi  ilə  işçilərin  maraqlarının 
uyğunlaşdırılması  davranış  nəzəriyyəsinin  əsasını  təşkil  edir. 
Firmanın  davranış  nəzəriyyəsi  öz  əhəmiyyətini  keçən  əsrin  70-ci 
illərində  bixeviorizm  adı  ilə  yapon  firmalarında  özünə  geniş  yer 
almışdır.  Yüksək  mənəvi  vəziyyətin  bütün  firma  işçiləri  üçün 
təmin olunması iqtisadi uğurun nəticəsi kimi qiymətləndirilir. 
Firmanın davranış nəzəriyyəsi barədə yenə keçən əsrin 60-cı 
illərində X.Saymonun və 90-cı illərində Ansoffun təklifləri maraq 
doğurur: 
• Saymona görə bütün məqsədlərin, xüsusən satış həcmini, 
mənfəəti, əməkhaqqını və s. eyni zamanda maksi- mumlaşdırmaq 
mümkün olmadığına görə, elə məqsədyönlü tədbir görülməlidir ki, 
bu  bütün  maraqlı  tərəfləri  qane  etmiş  olsun.  Bunu  o  razılaşma 
bacarığı 
adlandırmışdır. 
Maraqlı 
tərəflərin 
firmadaxili 
razılaşmanın  həyata  keçirilməsi,  orada  idarəetmənin  yüksək 
səviyyədə olduğunu əks etdirir. 
•  Ansofla  görə  firmanın  davranışında  əsas  diqqət,  onun 
dəyişən  xarici  mühitə  tez  uyğunlaşmasına  verilməlidir.  O  qeyd 
edirdi ki, dəyişən xarici mühitə firmanın uyğunlaşması üçün ən azı 
2000-dən  yuxarı  müxtəlif  davranış  qaydaları  mövcuddur.  Xarici 
mühit  kimi  siyasi,  iqtisadi,  sosial,  ekoloji,  ictimai  rəy  və  s. 
götürülür. Firma öz davranışını, dəyişən xa 
278 


rici  mühitə  çevik  uyğunlaşdıniması,  onun  uğurunun  əsası  kimi 
qiymətləndirilir. Lakin yekun olaraq onu qeyd etməliyik ki, adlan 
çəkilən  nəzəriyyələr  heç  də  bütövlükdə  firmanın  davranışmdakı 
mövcud  olan  boşluqları  tamamilə  aradan  qaldırmır.  Müasir 
dünyada  gedən  qloballaşma  prosesi,  biznes  -  tsikldəki 
enib-qalxmalar, yeni ticarət qaydaları, iqtisadi təhlükəsizdəki milli 
maraqlar  davamlı  olaraq  firmaların  davranışında  yeni  meyillərin 
baş verməsinə gətirib çıxaracaqdır. 
279 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə