Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə155/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   233
Bazar 1

XI
 
FƏSİL. ƏMƏK BAZARI. ƏMƏKHAQQININ 
FORMALAŞMASI XÜSUSİYYƏTLƏRİ 
11.1.
 
Əmək bazarının fəaliyyət mexanizmi və onun 
təhlilinə nəzəri yanaşma 
11.2.
 
Əməkhaqqının kəmiyyəti və ona təsir edən amillər 
11.3.
 
Əməkhaqqının formaları 
11.1.
 
Əmək bazarının fəaliyyət mexanizmi və onun 
təhlilinə nəzəri yanaşma 
Artıq  biz  əməkhaqqı  anlayışı  ilə  tanışıq.  Onun  qiymətin 
əmələ  gəlməsindəki  rolunu  şərh  etmişik.  Digər  tərəfdən  onun 
istehsal  amili  kimi  rolundan,  iqtisadi  resurs  kimi  fəaliyyətindən 
bəhs  etmişik.  Bu  da  təbii  bir  haldır.  Çünki  əmək  daşıyıcısı  olan 
insan  həm  istehsalçı,  həm  də  istehlakçı  olmaqla,  torpaq,  kapital, 
sahibkarlıq  qabiliyyəti  amillərinin  gəlirlərini  müəyyən  edir. 
Əməkhaqqı  və  onun  səviyyəsi,  mövcud  iqisadi  sistemin 
mahiyyətini  əks  etdirməklə,  istehsalın  real  iqtisadi  amilidir. 
Əməkhaqqı  işçinin  fəaliyyətinin  nəticəsi  olmaqla,  bütövlükdə 
əmək  resurslarının  iqtisadiyyatını  təmin  edən  insan  amilindən 
istifadəni  əks  etdirir.  Bu  baxımdan  iqtisadiyyatda  işçilərin 
fəaliyyəti, iş yerlərinin açılması, uyğun peşə və ixtisaslarla təmin 
olunması, işsizlik səviyyəsi, əmək bazarının vəziyyəti daima diqqət 
mərkəzində  olur.  Çünki  sosial  gərginlik,  iqtisadi  uğur,  siyasi 
sabitlik  cəmiyyətdə  əməkhaqqının  və  onunla  bağlı  məsələlərin 
həllindən bilavasitə asılıdır. 
Digər  istehsal  amillərindən  fərqli  xüsusiyyətə  malik  olan 
əmək  amili,  hər  şeydən  əvvəl  onunla  seçilir  ki,  onun  cəlb 
olunmasından  asılı  olaraq  firma  sahibləri  lazımı  qərarları  qəbul 
edirlər.  Məhz  əmək  amilindən  asılı  olaraq,  istehsalın  və  satışın 
həcmini artırmaq və mənfəəti maksimumlaşdırmaq mümkün olur. 
Bu  o  deməkdir  ki,  əmək  bazarının  fəaliyyət  prinsipləri,  digər 
amillərin  bazarındakı  kimidir.  Lakin  onun  fərqli  cəhəti  ondan 
ibarətdir ki, əmək həmişə ilkin tələb kimi 
280 


çıxış  edir.  Muzdlu  omoyin  tutulmasından,  onun  istehsala  cəlb 
edilməsindən,  satış  prosesinin  təmin  olunmasından,  ondan 
istifadənin  həyata  keçirilməsi  əməyə  olan  tələbi  üzə  çıxarır. 
Əmtəələrin istehsalı və əməyə olan tələbin qarşılıqlı əlaqəsi: 

 
əmək bazarının fəaliyyət mexanizmini; 

 
əməkhaqqının müəyyən edilməsi mexanizmini müəyyən 
etməyə imkan verir. 
İndi  isə  diqqətimizi  əmək  bazarının  formalaşmasına,  onun 
təhlilinə əsas verən nəzəri baxışlara yönəldək. 
Əmək bazan  - hər şeydən əvvəl iş qüvvəsi bazarı olmaqla, 
ondan ictimai istehsalda istifadə olunması mexanizmini əks etdirir. 
Digər  bazar  növlərində  olduğu  kimi,  əmək  bazarı  üçün  də  tələb, 
təklif,  qiymət,  rəqabət  elementləri  xüsusi  əhəmiyyət  daşıyır. 
Onların qarşılıqlı əlaqə və fəaliyyətindən asılı olaraq əməkhaqqının 
səviyyəsi, minimal həddi müəyyənləşdirilir. 
Əmək bazarında: 

 
iş qüvvəsi dəyəri qiymətləndirilir; 

 
işçinin muzdla tutulmasının şərtləri müəyyənləşdirilir; 

 
əməkhaqqının kəmiyyəti təyin edilir; 

 
əmək şəraiti göstərilir; 

 
təhsil almaq, peşə ixtisasını artırmaq imkanı genişlənir; 

 
məşğulluğun təmini əks olunur. 
Əmək  bazarı,  həmçinin  məşğulluğun  dinamikasında  baş 
verən meyilləri əks etdirir. Xüsusən məşğulluğun sahə, peşə- ixtisas 
və demoqrafik strukturunda baş verən dəyişiklikləri, iş qüvvəsinin 
mobilliyində, işsizliyin dinamikası və miqyasın- dakı meyilləri əks 
etdirir. 
Bundan  əlavə,  əmək  bazarında  mikrosəviyyədə  kadrlarla 
işləmə,  əmək  motivasiyası,  əmək  münasibətlərinin  formalaşması 
prosesi gedir ki, bu da əmək resurslarından istifadəni, onların milli 
iqtisadiyyatın inkişafındakı rolunda əks olunur. 
281 


Qeyd  etməliyik  ki,  əmək  bazarına  olan  yanaşmalar 
müxtəlifdir.  Belə  ki,  ilkin  olaraq  belə  hesab  olunurdu  ki,  hər  bir 
amil 
tətbiq 
olunmasından, 
xidmətindən 
asılı 
olaraq 
qiymətləndirilir. Əmək - əməkhaqqı kimi üzə çıxır. Sonralar əmək 
münasibətləri,  əməkhaqqı  vasitəsilə  şərh  olundu.  Xüsusən 
neoklassik  cərəyanın  banisi  A.Marşall  əməkhaqqının  iki  amillə 
əlaqədar formalaşdığını qeyd etdi: 
•  son  əmək  məhsuldarlığını;  müxtəlif  insanlarda  müxtəlif 
olduğundan,  əməkhaqqının  da  kəmiyyətinə  müxtəlif  səviyyədə 
təsir göstərir; 
®  istehsal  xərcləri;  işçilərin  təhsili,  saxlanılmasına  çəkilən 
xərclər. 
Birinci  amil  əməyə  olan  tələbi,  ikinci  amil  isə  əməyin 
təklifini  əks  etdirir.  Onların  qarşılıqlı  əlaqəsi  isə  əməkhaqqının 
səviyyəsini müəyyən edir. 
Neoklassik yanaşmanın müasir nümayəndələri hesab olunan 
P.Samuelson, A.Laffer və başqaları qeyd edirlər ki, əmək bazan da 
digər bazarlar kimi, qiymət tarazlığına əsaslanır. Burada əsas bazar 
tənzimləyicisi  iş  qüvvəsinin  qiyməti  -  əməkhaqqıdır.  Onlar  belə 
hesab edirlər ki, əməkhaqqı vasitəsi ilə iş qüvvəsinə olan tələb və 
təklif  tənzimlənir  və  onların  tarazlığı  təmin  olunur.  İnsan 
kapitalına, yəni onların təhsilinə və ixtisas səviyyələrinin artımına 
yönəldilən  investisiyanı,  maşın  və  avadanlıqlara  yönəldilən 
investisiya ilə eyniliyə malik olduğunu göstərirdilər. İş qüvvəsinin 
bazarın təlaba- tına olan çevik meyli, tələb və təklifin dəyişilməsinə 
səbəb olmaqla, tarazlı səviyyəyə çatmaqla, işsizliyin baş verməsini 
mümkünsüz edir. Lakin bu konsepsiyanın tərəfdarları qeyri- təkmil 
rəqabət  şəraitində  əməkhaqqının  dəyişilməsini,  tələb  və  təklifin 
tarazlığı və işsizliyin olmadığı vəziyyətlə əlaqələndirməklə, onun 
real  həyatda baş verməsinə imkan vermir. Çünki, əmək haqqının 
dəyişilməsinə və müvafiq olaraq əmək bazarının dəyişilməsinə: 
® həmkarlar təşkilatının fəaliyyəti; 
282 



 
dövbtin 
minimum 
əməkhaqqı 
səviyyəsinin 
müəyyənləşdirilməsi; 

 
işçilərin  maksimum  sərfəli  işin  tapılması  cəhdlərinə  təsir 
göstərir. 
Neoklassik yanaşmada bir cəhət diqqət mərkəzindən kənarda 
qalır  ki,  o  da  iş  qüvvəsinin  təklifinin,  tələbindən  üstün  olduğu 
şəraitdə, onlar öz iş qüvvələrini çox aşağı qiymətdə təklif etmirlər. 
Kcynsçi  yanaşmada,  neoklassik  yanaşmadan  fərqli  olaraq 
onun  daima  və  fundamental  şəkildə  qeyri-tarazlığa  malik  olduğu 
göstərilir. Keynsçi modeldə (C.Keynis sonralar 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə