çıxış edir. Muzdlu omoyin tutulmasından, onun istehsala cəlb
edilməsindən, satış prosesinin təmin olunmasından, ondan
istifadənin həyata keçirilməsi əməyə olan tələbi üzə çıxarır.
Əmtəələrin istehsalı və əməyə olan tələbin qarşılıqlı əlaqəsi:
•
əmək bazarının
fəaliyyət mexanizmini;
•
əməkhaqqının müəyyən edilməsi mexanizmini müəyyən
etməyə imkan verir.
İndi isə diqqətimizi əmək bazarının formalaşmasına, onun
təhlilinə əsas verən nəzəri baxışlara yönəldək.
Əmək bazan - hər şeydən əvvəl iş qüvvəsi bazarı olmaqla,
ondan ictimai istehsalda istifadə olunması mexanizmini əks etdirir.
Digər bazar növlərində olduğu kimi, əmək bazarı üçün də tələb,
təklif, qiymət, rəqabət elementləri xüsusi əhəmiyyət daşıyır.
Onların qarşılıqlı əlaqə və fəaliyyətindən asılı olaraq əməkhaqqının
səviyyəsi, minimal həddi müəyyənləşdirilir.
Əmək bazarında:
•
iş qüvvəsi dəyəri qiymətləndirilir;
•
işçinin muzdla tutulmasının
şərtləri müəyyənləşdirilir;
•
əməkhaqqının kəmiyyəti təyin edilir;
•
əmək
şəraiti göstərilir;
•
təhsil almaq, peşə ixtisasını artırmaq imkanı genişlənir;
•
məşğulluğun təmini əks olunur.
Əmək bazarı, həmçinin məşğulluğun dinamikasında baş
verən meyilləri əks etdirir. Xüsusən məşğulluğun sahə, peşə- ixtisas
və demoqrafik strukturunda baş verən dəyişiklikləri, iş qüvvəsinin
mobilliyində, işsizliyin dinamikası və miqyasın- dakı meyilləri əks
etdirir.
Bundan əlavə, əmək bazarında mikrosəviyyədə kadrlarla
işləmə, əmək motivasiyası, əmək münasibətlərinin formalaşması
prosesi gedir ki, bu da əmək resurslarından istifadəni, onların milli
iqtisadiyyatın inkişafındakı rolunda əks olunur.
281
Qeyd etməliyik ki, əmək bazarına olan yanaşmalar
müxtəlifdir. Belə ki, ilkin olaraq belə hesab olunurdu ki, hər bir
amil
tətbiq
olunmasından,
xidmətindən
asılı
olaraq
qiymətləndirilir. Əmək - əməkhaqqı kimi üzə çıxır. Sonralar əmək
münasibətləri, əməkhaqqı vasitəsilə şərh olundu. Xüsusən
neoklassik cərəyanın banisi A.Marşall əməkhaqqının iki amillə
əlaqədar formalaşdığını qeyd etdi:
• son əmək məhsuldarlığını; müxtəlif insanlarda müxtəlif
olduğundan, əməkhaqqının da kəmiyyətinə müxtəlif səviyyədə
təsir
göstərir;
® istehsal xərcləri; işçilərin təhsili, saxlanılmasına çəkilən
xərclər.
Birinci amil əməyə olan tələbi, ikinci amil isə əməyin
təklifini əks etdirir. Onların qarşılıqlı əlaqəsi isə əməkhaqqının
səviyyəsini müəyyən edir.
Neoklassik yanaşmanın müasir nümayəndələri hesab olunan
P.Samuelson, A.Laffer və başqaları qeyd edirlər ki, əmək bazan da
digər bazarlar kimi, qiymət tarazlığına əsaslanır. Burada əsas bazar
tənzimləyicisi iş qüvvəsinin qiyməti - əməkhaqqıdır. Onlar belə
hesab edirlər ki, əməkhaqqı vasitəsi ilə iş qüvvəsinə olan tələb və
təklif tənzimlənir və onların tarazlığı təmin olunur. İnsan
kapitalına, yəni onların təhsilinə və ixtisas səviyyələrinin artımına
yönəldilən investisiyanı, maşın və avadanlıqlara yönəldilən
investisiya ilə eyniliyə malik olduğunu göstərirdilər. İş qüvvəsinin
bazarın təlaba- tına olan çevik meyli, tələb və təklifin dəyişilməsinə
səbəb olmaqla, tarazlı səviyyəyə çatmaqla, işsizliyin baş verməsini
mümkünsüz edir. Lakin bu konsepsiyanın tərəfdarları qeyri- təkmil
rəqabət şəraitində əməkhaqqının dəyişilməsini, tələb və təklifin
tarazlığı və işsizliyin olmadığı vəziyyətlə əlaqələndirməklə, onun
real həyatda baş verməsinə imkan vermir. Çünki, əmək haqqının
dəyişilməsinə və müvafiq olaraq əmək bazarının dəyişilməsinə:
® həmkarlar təşkilatının
fəaliyyəti;
282
•
dövbtin
minimum
əməkhaqqı
səviyyəsinin
müəyyənləşdirilməsi;
•
işçilərin maksimum sərfəli işin tapılması cəhdlərinə təsir
göstərir.
Neoklassik yanaşmada bir cəhət diqqət mərkəzindən kənarda
qalır ki, o da iş qüvvəsinin təklifinin, tələbindən üstün olduğu
şəraitdə, onlar öz iş qüvvələrini çox aşağı qiymətdə təklif etmirlər.
Kcynsçi yanaşmada, neoklassik yanaşmadan fərqli olaraq
onun daima və fundamental şəkildə qeyri-tarazlığa malik olduğu
göstərilir. Keynsçi modeldə (C.Keynis sonralar
Dostları ilə paylaş: