Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


R. Qordan və b.) iş  qüvvəsinin qiyməti (əməkhaqqı)  sərt



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə156/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   233
Bazar 1

R.
Qordan və b.) iş 
qüvvəsinin qiyməti (əməkhaqqı) 
sərt 
müəyyənləşdiyindən, praktiki 
olaraq heç vaxt  azalmağa doğru dəyişilmir. Modelin bu elementi 
heç vaxt isbat olunmaq üçün istifadə  olunmur və bu mütləq amil 
kimi  qəbul  olunur.  Əməkhaqqı  əmək  bazarını  tənzimləyən  amil 
kimi  qəbul  edilmədiyindən,  hesab  olunurdu  ki,  o  kənardan 
gəlməlidir. Bu da dövlətin iqtisadiyyata makroiqtisadi müdaxiləsi 
ilə  bir  sıra  mikroiqtisadi  proseslərlə  yanaşı,  əmək  bazarını  da 
tənzimləməlidir.  Dövlət  öz  tənzimləyici  funksiyası  ilə  əmək 
bazarında tələb və təklif arasındakı baş verən qeyri - tarazlığı tarazlı 
vəziyyətə gətirməlidir. 
Xüsusən  dövlət  məcmu  tələbi  azaltmaq  və  artırmaqla  bu 
prosesi  tənzimləyə  bilər.  Belə  ki,  fiskal  siyasətlə,  xüsusən  vergi 
yükünün  azaldılması  vasitəsilə  dövlət  tələbi  stimullaşdırmaqla 
istehlakı  artıra  bilər.  İstehlakın  artmı  isə  müvafiq  istehsalın 
miqyasının artırılmasını tələb edir. İş qüvvəsinin belə model model 
çərçivəsində  tənzimlənməsi,  bazarda  əməyə  olan  qiymətlə  deyil, 
istehsalın həcmi ilə həyata keçiriləcək. 
Monctarizmin  yanaşmasında,  xüsusən  onun  banisi 
M.Fridmen  do,  iş  qüvvəsinə  olan  qiymətin  sərt  strukturunu  ön 
mövqeyə  çəkərək,  hesab  edirdi  ki,  əməkhaqqı  yalnız  bir 
istiqamətdə,  yüksəlməyə  doğru  hərəkət  etdiyindən,  belə  şəraitdə 
təbii  işsizlik  mövcud  ola  bilər.  Təbii  işsizlik  səviyyəsi  əmək 
bazarının xarakteristikasım müəyyən edir. Belə ki, təbii 
283 


işsizlik  səviyyəsi,  iş  qüvvəsi  qiymətini  qeyri-çevik  vəziyyətə 
gətirməklə,  onun  normal  fəaliyyətinin  qarşısını  almaqla,  həm  də 
qeyri-tarazlığın  əmələ  gəlməsinə  səbəb  olur.  Monetaristlə-  rin 
mövqeyinə  görə  əmək  bazarının  (Amerikada)  xoşagəlməz 
vəziyyəti əsasən: 
® dövlətin minimum əməkhaqqı səviyyəsinin təyin edilməsi 
ilə; 

 
həmkarlar ittifaqının güclü mövqeyi ilə; 

 
iş  qüvvəsi  ehtiyatı  və  vakansiyaların  mövcudluğu  barədə 
məlumatın olmaması ilə əlaqədardır. 
Ona  görə  də  onlar  belə  hesab  edirlər  ki,  əmək  bazarında 
vəziyyətin qaydaya salınması üçün pul-kredit siyasətindən istifadə 
etmək lazımdır: 

 
Mərkəzi Bankın uçot dərəcəsindən; 

 
Kommersiya  banklarının  Mərkəzi  Bank  hesabmdakı 
məcburi ehtiyatlarının ölçüsündən istifadə etmək lazımdır. Həmin 
vasitələrdən istifadə etməklə investisiyalaşmanı və işgüzar fəallığı 
artırmaq yolu ilə ölkədə məşğulluq səviyyəsini yüksəltmək olar və 
əmək bazarında tarazlıq təmin olunar. 
İnstitusionaiistlərin yanaşmasında, iş qüvvəsinin və müvafiq 
olaraq  əməkhaqqının  səviyyəsində  mövcud  olan  fərqin  təhlilində 
onun peşə və sahə xüsusiyyətindən asılı olan fərqə diqqət yetirməyi 
tövsiyə  edirdilər.  (C.Danlop,  L.Ulman  və  b.).  Belə  yanaşma  ilə 
keynsçi və monetarist baxışlarındakı, əmək bazarını makroiqtisadi 
təhlilə deyil, onun xarakterik xüsusiyyəti kimi ayrı-ayrı sahələrin 
dinamikasından, demoqrafik qrupların peşə-ixtisas səviyyələrindən 
asılılığını göstərməkdən ibarətdir. 
Marksizm yanaşmasında, əmək bazan xüsusi növ bazar kimi 
qeyd olunur. Onun xüsusi növ bazar olduğu, «iş qüvvəsi» əmtəəsi 
ilə  fiziki  kapitalın  müqayisosindəki  fərqlə  izah  olunur.  Əgər  iş 
qüvvəsi  əmək  prosesində  dəyər  yaradırsa,  bütün  digər  resurs 
növləri sadəcə olaraq əmək vasitəsilə yeni dəyərə keçirilir. Bu da iş 
qüvvəsini,  köklü  olaraq  digər  resurslardan  fərqləndirir.  Digər 
tərəfdən marksizmə görə əmək 
284 


bazarı  ümumi  bazar  qanunauyğunluqlarına  tabe  olsa  da,  lakin  iş 
qüvvəsi  istehsalın  subyektiv  amili  kimi,  əmtəə  olduğundan,  eyni 
zamanda tələb və təklifin nisbətinə fəal təsir göstərə bilər. 
Müasir  qloballaşma  prosesində  də  əmək  bazarının 
tənzimlənməsi,  onun  ayrı-ayrı  milli  iqtisadiyyatlar  üçün  daşıdığı 
əhəmiyyət  və  spesifik  xüsusiyyətlər,  bu  istiqamətdəki  elmi 
araşdırmaların  aparılmasını  əsaslandırır.  Lakin  bütün  bunlara 
baxmayaraq, hazırda əmək bazarının fəaliyyət mexanizmi barədə 
mövcud olan konsepsiyalar, bütövlükdə biri- birini tamamlayır və 
bu  istiqamətdə  mövcud  olan  vəziyyətin  yığcam  mahiyyətini  əks 
etdirir. 
Qeyd  olunan  konsepsiyalara  əsaslanaraq  belə  qənaətə 
gəlmək olar ki, ümumiyyətlə əmək bazarı, digər bazar növlərindən 
fərqli spesifik xüsusiyyətlərə malikdir: 
® əmək bazarının tənzimlənməsi təkcə makro və ya mikro 
amillərlə  deyil,  həm  də  sosial,  psixoloji  amillərlə  əlaqədardır. 
Halbuki, bu amillərin iş qüvvəsinin qiymətinə - əməkhaqqına heç 
bir aidiyyəti yoxdur; 
®  əmək  təklifi,  bilavasitə  demoqrafik  amillərlə,  doğumun 
səviyyəsi  ilə,  əmək  qabiliyyətli  əhalinin  artım  sürəti  ilə,  əmək 
ehtiyatlarının yaş-cins qrupu ilə əlaqədardır; 
•  əmək  qabiliyyətli  əhalinin  müxtəlif  demoqrafik  və  etnik 
qrupların  iqtisadi  fəallıq  səviyyəsindən;  xüsusən  qadın  əməyinin 
səviyyəsindən, onların peşə və ixtisasından; 
® iş qüvvəsinin dinamikasında miqrantların tutduğu xüsusi 
çəkisindən; 
® əmək tələbinə, iqtisadi konyunkturanın vəziyyəti, iqtisadi 
tsiklin  fazası;  xüsusən  böhran  və  yüksəliş  fazalarında  bu  tələbin 
enib-qalxmasını daha çox əks etdirir; 
®  iş  qüvvəsi  tələbatının  artmasına  innovasiyanm  və 
elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ciddi təsir göstərir. 
İndi isə qrafik təsvir vasitəsilə rəqabət qabiliyyətli firmanın 
ən məhsuldar hesab olunan iş qüvvəsinə olan tələbi 
285 


müəyyənləşdirək.  Qeyd  etdiyimiz  kimi  əmək  bazarı  da,  başqa 
bazarlar  kimi,  tələb  və  təklifin  qarşılıqlı  əlaqəsi  zamanı 
tənzimlənir.  Lakin  əmək  bazarında  tələbin  xarakteri  digər 
bazarlardan fərqləndiyindən, yəni onun törəmə olmaması və ilkin 
olması  firmanın  istehsalı  təşkil  etməsi  üçün  iş  qüvvəsinin 
kəmiyyəti haqqında qərar qəbul edir. Tutaq ki, firmanın nar bağı 
var. Ona görə də o hər gün muzdla tutulacaq nar yığanların sayı 
haqqında  qərar  qəbul  edir.  Firmanın  qərarından  sonra,  muzdlu 
işçilər  nar  yığırlar.  Yığılan  narların  satışından  sonra  muzdlu 
işçilərin  əməkhaqqı  ödənilir.  Ümumi  gəlirlə  əməkhaqqı  və  narın 
daşınması,  satılması  və  s.  bağlı  xərclər  çıxıldıqdan  sonra  firma 
mənfəət əldə edir. Firma həm nar bazarında satıcı kimi, həm də nar 
yığanların  əmək  bazarında  rəqabət  aparır.  Bəllidir  ki,  rəqabət 
aparan  firma  məhsulun  həm  həcminə,  həm  də  qiymətinə  təsir 
göstərə  bildiyindən,  bazar  şəraitinə  uyğun  yaranan  qiyməti  və 
əməkhaqqını  qəbul  edir.  Həm  də  nar  təklifinin  həcmi  və  nar 
yığanların sayı haqqında qərar qəbul edir. 
Şəkil 1 
P
L
 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə