Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


Şəkil 2  Qiymol  maksimumluşdırdn



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə159/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   233
Bazar 1

Şəkil 2 
Qiymol 
maksimumluşdırdn 
işv'il^rin sayı 
yığanJann 
sayı 
Görürük  ki,  D
L
  aşağıya  doğru  meyil  etmişdir.  Çünki  son 
məhsul  işçilərin  sayının  artması  sayəsində  azalır.  Üfüqi  xətdə  nar 
yığanların bazar əməkhaqqı göstərilir. Mənfəəti maksimumlaşdıran 
işçilərin sayı ilə bazar əməkhaqqının səviyyəsinin kəsişdiyi nöqtə, 
son  məhsulun  dəyərindən  asılı  olaraq  konkretləşir.  Son  məhsulun 
dəyərinin  aşağıya  doğru  meyli,  əməkhaqqının  payını  artırır.  Bu 
prosesin  davamlı  olması  son  məhsulun  dəyərinin  əməkhaqqından 
aşağı  səviyyədə  olmasına  səbəb  olur.  Çünki  hər  sonuncu  işçi 
mənfəət  gətirmir. Beləliklə, firma mənfəət  səviyyəsini maksimum 
səviyyədə saxlaması üçün, əməyin son məhsulunun əməkhaqqının 
səviyyəsinə bərabər gəldiyi həddə uyğun gələnə qədər işçi tutur. 
İndi  isə  əməyə  olan  tələb  əyrisinin  dəyişilməsi  amillərinə 
diqqət yetirək: 
• Məhsulun dəyəri. Son məhsulun dəyəri istehsal edilən son məhsul 
həcminin qiymətinə bərabərdir. Bu da əmtəənin 
289 


qiymətinin dəyişilməsi ilə son məhsulun dəyəri də dəyişilir. Həm 
də əməyə olan tələb əyrisini də dəyişdirir. Məsələn, bazarda narın 
qiymətinin sürətlə artması, əlavə nar yığanlara olan tələbi artıracaq 
və ya əksinə. 

 
Texnoloji  -  innovasiya  dəyişiklikləri;  texnoloji  -  in- 
novasiya son məhsulu artırmaqla, bütövlükdə işçi qüvvəsinə olan 
təsiri xeyli artırır. Xüsusən işçi qüvvəsinin sahələrarası hərəkətini 
sürətləndirir və xidmət sferasının inkişafını əsaslandırır. 

 
Təklif  olunan  əvəzləyici  resursların  həcm  və  qiymətinin 
dəyişilməsi;  məsələn,  taxta  pəncərələr  əvəzinə  plastik  və  ya 
alüminium  pəncərələrin  təklifi  nəticəsində  əmək  tələbini  aşağı 
salır. Lakin firma əməyi kapitalı əvəzləməli olur. 

 
Digər amillərin təsirindən asılı olan əmək təklifi; məsələn, 
nar şirəsinə və şərabına olan bazar tələbinin artması, nar sahəsi olan 
firmanın  bu  istiqamətdə  fəaliyyət  göstərməsi  ilə  əlaqədar  işçi 
qüvvəsinə olan tələbin artması. 
Bazar  sistemli  ölkələrdə  əmək  təklifi  istiqamətində  əmək 
bazarının rastlaşdığı ən mühüm problem işçilərin əmək və istirahət 
arasında  seçimin  edilməsi  ilə  əlaqədardır.  Belə  seçimin  mövcud 
olması,  ümumiyyətlə  əmək  təklifinə  təsir  göstərir.  Müəyyən 
imkana malik olan hər bir işçi əmək fəaliyyəti ilə istirahət etmək 
mümkünlüyü  barədə  qərar  qəbul  edir.  Bu  da  o  deməkdir  ki, 
istirahətə  üstünlük  verən  işçi,  bunun  müqabilində  hər  saatlıq 
istirahət  üçün  ona  bərabər  tutulan  saatlıq  əməkhaqqından  imtina 
etməlidir.  Əgər  saatlıq  əməkhaqqı  5  manata  bərabərdirsə,  onda 
saatlıq istirahətin alternativ xərcləri də 5 manat olacaqdır. Saatlıq 
ödəniş dərəcəsinin artması ilə, saatlıq istirahətin də alternativ xərci 
artacaq. 
Əmək  və  istirahət  arasında  kompromis  nisbətin  mövcud 
olması  əmək  təklifi  əyrisinə  təsir  göstərir.  Hesab  edək  ki,  işçi 
saatda  5  deyil  10  manat  qazanmağa  başlayır.  Onda  alternativ 
istirahət xərcləri də artır. Lakin belə halda əvvəlki dövr- dəkindən 
daha imkanlı olur və əlavə vəsait hesabına özünə gələcəkdə daha 
çox sərbəst vaxt qazanmaq imkanını əldə 
290 


edir. Bu da əmək təklifi əyrisinin aşağı düşmə meylini və ya onun 
sağdan  sola  hərəkətini  əsaslandırır.  Əmək  təklifi  əyrisinin 
dəyişilməsinə, ümumiyyətlə bir sıra amillər təsir göstərir: 

 
zövqlərin  dəyişməsi;  belə  dəyişiklik  əsasən  qadınların 
əməyə,  ev  təsərrüfatına,  uşaqların  tərbiyəsinə  verdikləri 
üstünlüklərlə  əlaqədardır.  Demoqrafik,  sosial-psixoloji  amillərin 
təsiri  nəticəsində  qadınların  əməyə  verdiyi  üstünlük  nəticəsində 
əmək təklifi artmağa doğru meyillidir. 

 
başqa işçi qüvvəsi  bazarının verdiyi  imkanın  dəyişilməsi; 
bunu  alternativ  işçi  qüvvəsi  imkanı  da  adlandırmaq  olar.  Əgər 
tikinti  şirkətində  çalışan  suvaqçıların  əməkhaqqı  birdən-birə 
artarsa, onda fərdi  mənzil tikintisində çalışan suvaqçılar, şirkətdə 
çalışanlara  qoşulacaqlar.  Bu  da  fərdi  mənzil  tikintisi  bazarında 
suvaqçıların əmək təklifini azaldacaq. 

 
immiqrasiyanm  hərəkəti;  miqrantlar  potensial  işçi 
qüvvəsinin daşıyıcıları kimi, bir ölkədən getməsi ilə əmək tələbinin 
azalmasına, digər ölkəyə gəlmələri ilə isə əmək təklifinin artmasına 
səbəb  olur.  Ümumiyyətlə,  immiqrasiyanm  hərəkəti,  bir  sıra 
sosial-siyasi,  iqtisadi  və  hüquqi  amillərdən  asılı  olmasına 
baxmayaraq,  o  əmək  bazarında  tarazlığın  təmin  olunmasına  və 
dəyişilməsinə təsir göstərir. 
Ümumiyyətlə,  qeyd  etməliyik  ki,  əmək  bazarındakı 
tarazlığın dəyişilməsi əsasən iki amildən asılıdır: 
® əməkhaqqının kəmiyyətinin dəyişilməsindən

 
əməyin kəmiyyətinin dəyişilməsindən. 
Əlavə işçinin qəbulunu firma o vaxta qədər davam etdirir ki
əməkhaqqı əməyin son məhsuluna bərabər gəlir. Buradan da belə 
nəticəyə  gəlmək  olar  ki,  əmək  bazarının  fəaliyyət  mexanizmi, 
əməkhaqqı  və  əməyin  son  məhsulu  dəyərinin  tarazlığı  şəraitində 
əks  olunur.  Onların  bərabərliyinin  təmin  olunması  amillərinin 
rolunu daima diqqət mərkəzində saxlamaq lazımdır. 
291 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə