Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə71/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   233
Bazar 1

V
 
FƏSİL. QİYMƏT VƏ ONUN FORMALAŞMASI 
MEXANİZMİ 
5.1.
 
Bazar iqtisadiyyatında qiymətin əmələ gəlməsinin 
xüsusiyyətləri 
5.2.
 
İstehsal amillərinə qiymətin formalaşması 
5.3.
 
Qiymətin əmələ gəlməsi strategiyası 
5.4.
 
Müqavilə  qiymətləri  və  onların  formalaşması 
şərtləri 
5.1.
 
Bazar iqtisadiyyatında qiymətin əmələ 
gəlməsinin xüsusiyyətləri 
Bazarın  mühüm  elementləri  olan  tələb  və  təklifdən  sonra 
onun mühüm bir elementi də qiymətdir. Biz artıq gördük ki, həm 
tələbin,  həm  də  təklifin  əmələ  gəlməsində  və  kəmiyyətlərinin 
dəyişilməsində  qiymət  mühüm  rol  oynayır.  Həm  də  gördük  ki, 
qiymət tələblə tərs, təkliflə düz mütənasibdir. Onu da artıq qeyd 
etmişik  ki,  rəqabət  mühitinin  dəyişilməsi  qiymətin  səviyyəsinə 
bilavasitə  təsir  göstərir.  İndi  isə  daha  diqqətlə  qiymətin  özünün 
əmələ gəlməsinə nəzər salaq. Bəllidir ki, bazara həm istehlakçılar, 
həm  də  istehsalçılar  çıxırlar.  İstehlakçılar  əmtəə  bazarlarına, 
istehsalçılar  isə  istehsal  amilləri  bazarına  çıxırlar.  Lakin  həm 
istehlakçılar, həm də istehsalçılar eyni zamanda hər iki bazara da 
daxil olaraq qarşılıqlı əlaqədə olurlar. Bu da onların mənafelərinin 
reallaşdırılması  ilə  əlaqədardır.  Əmtəə  bazarına  daxil  olan 
istehsalçılar firmaların və ya müəssisələrin simasında 
satıcı 
kimi 
iştirak  edirlər.  Satıcılar  öz  əmtəələri  ilə  təklif  bazarını  formA- 
laşdırırlar.  Satıcının  davranışından  asılı  olaraq  təklif  əyrisi 
meydana gəlir. Bazarda satıcıların sayı qiymət səviyyəsindən asılı 
olaraq müxtəlif olacaqdır. Əgər qiymətlər Aşağıdırsa, onların sayı 
az,  əksinə  qiymətlər  yüksəkdirsə,  onların  sayı  çox  olacaqdır. 
Burada sadə görünən bir cəhət vardır ki, satıcı bazara daxil olan 
əmtəəsinə  qiyməti, 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə