Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


Əmtəənin qiymətliliyi əsasında qiymətin qoyulması



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə74/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   233
Bazar 1

Əmtəənin qiymətliliyi əsasında qiymətin qoyulması. 
Burada artıq məhsulun qiymətliliyinin müəyyənləşdirilməsi 
meyarı kimi istehsalçının xərcləri deyil, istehlakçının onun qəbul 
olunması  və  ya  ona  xüsusi  üstünlüyün  verilməsi  əsas  götürülür. 
Burada firma istehlakçıya qeyri-qiymət fənd- ləri vasitəsilə təsir 
göstərir. 
130 


ŞəkU3 
 

 
Cari qiymətləri əsasında qiymətlərin qoyulması. 
Burada  əsas  diqqət,  rəqabolçilərin  tətbiq  etdiyi  qiymət 
yönümünə verilir. 

 
Qapalı ticarətə əsaslanan qiymətlərin qoyulması. 
Bu rəqabətli qiymətin əmələ gəlməsi zamanı tətbiq olunur. 
Bəzən də belə hesab olunur ki, nemətin qiyməti son xərclərə 
bərabər  olduqda,  iqtisadiyyat  məhdud  resurslardan  və  texnoloji 
biliklərdən maksimum mümkün olanı sıxıb çıxardır. Lakin bunu da 
elmi araşdırmalar birmənalı qəbul etmir. Çünki burada son gəlirlə 
son xərci müqayisə edərkən əsas üstünlük daha mənfəətli buraxılış 
həcminə verilir. Yəni hər bir əlavə məhsul vahidinin ümumi gəlirə 
əlavəsi ilə ümumi xərcə olan əlavəsinin ümumi məbləğin müəyyən 
olunması ilə daha mənfəətli həcmin buraxılışının məqsədyönlüyü 
müəyyən olunur. 
Bazar  mexanizminin  səmərəli  fəaliyyəti  yalnız  o  vaxt 
məqbul hesab olunur ki, bazarda qiymətlər sərbəst qoyulur 
131 


və tələb və təklifin tarazlaşmasına səbəb olur. Onu da deməliyik 
ki,  əmtəəyə  qiymətin  qoyulması  müxtəlif  mərhələlərə  əsaslanan 
mürəkkəb  bir  prosesdir.  Burada  bir  tərəfdən  kompleks  tədqiqat, 
digər  tərəfdən  qeyri-müəyyənliklərə  əsaslanan  külli  miqdar 
elementlərin  proqnozu  və  nəhayət,  mənfəəti  təmin  edən  qiymət 
taktikası və siyasəti aparılmalıdır. 
Qiymətin qoyulması prosej^inin əsas momentinə daxildir: 

 
Bazarda müəssisənin məqsədinin müəyyən edilməsi; 
a)
 
satışın həcminin artımı; 
b)
 
firmanın nüfuzunun güclənməsi; 
c)
 
cari mənfəətin maksimumlaşdırılması; 
d)
 
rəqabətə tab gətirməyi təmin etmək; 
e)
 
bazardan getmək; 

 
İstehsal  xərclərini,  tələb  elastikliyini,  satış  həcmini, 
ümumi, son və xalis mənfəəti öyrənmək; 

 
Əmtəənin keyfiyyətini, rəqabətçilərin əmtəələri ilə onun 
parametrlərinin  müqayisəsini,  ticarət  markasının  nümunəsinin 
təhlilini öyrənmək; 

 
Qiymətəmələgəlmə strategiyasını seçmək; 

 
İstehlakçıların  və  rəqabətçilərin  gözündə  müəssisənin 
nüfuzunu artıran tədbirləri görmək. 
Beləliklə  də  qeyd  etmək  olar  ki,  qiymət  firmanın 
kompleks fəaliyyətinin göstəricisi olub, özündə: 
a)
 
müəssisənin əmtəə siyasətini; 
b)
 
qiymət siyasətini; 
c)
 
əmtəələrin satışının təşkilini; 
d)
 
tələbin formalaşmasını; 
e)
 
mənfəətin mümkün səviyyəsini əks etdirir. 
Müəssisənin ümumi iqtisadi strategiyasının tərkib hissəsi 
kimi çıxış edən qiymət bir neçə mərhələ üzrə müəyyən edilir: 

 
bazarın kompleks təhlili üzrə; 

 
bazarın inkişafının proqnozlaşdırılması üzrə; 

 
əmtəə siyasətinin formalaşması üzrə. 
132 


Bu  mərhələlərin  hər  birində  müəssisə  öz  davranışını 
müəyyən  etməklə  alqı-satqı  prosesində  səmərəli  fəaliyyətini 
bilavasitə qiymət amili hesabına təyin etmək istəyir. Yəni qiymət 
dəyişikliklərinin  onun  kompleks  fəaliyyətinə  olan  təsirin 
əhəmiyyətini aydınlaşdırır. Ona görə də müəssisə hər məhsul növü 
və çeşidi üzrə fəaliyyətini qiymətləndirir. Ona görə də: 

 
əmtəənin yeniləşdirilməsi və çeşidinin genişləndirilməsi 
üzrə; 

 
istehlakçıların məlumatlandırılması üzrə; 

 
rəqabətçilər,  qiymət  və  istehlakçıların  üstün  verdikləri 
əmtəə növləri üzrə; 

 
qiymətlərin vaxtaşırı və tez-tez dəyişilməsi üzrə; 
«bazarın seqmentləri üzrə; 

 
istehlakçıların tələb motivləri üzrə; 

 
istehlakçıların narazılıqlarının üzə çıxarılması üzrə təhlil 
aparmaq  məcburiyyətində  qalırlar.  Təhlilin  bu  istiqamətdə 
aparılması 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə