Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə82/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   233
Bazar 1

S

əyrisinə  keçməsi  adekvat  olaraq 
onu  göstərir  ki,  qısamüddətli  dövrün  E  nöqtəsi,  uzunmüddətli 
dövrün 
E

nöqtəsinə enir. 
E

nöqtəsində artıq gəlir və faiz dərəcəsi 
norması  enməyə  başlayır.  Belə  enmənin  qarşısını  elmi-texniki 
tərəqqinin nəticələrinin, eləcə də innova- siyaların istehsala tətbiq 
olunması  ilə  almaq  olar.  Həmçinin  dünya  ölkələrinin  müxtəlif 
əmtəə  və  xidmətlər  üzrə  ixtisaslaşma  səviyyələrinin  yüksəlməsi 
uzun  müddət  üçün  gəlir  və  faiz  dərəcələri  normalarının 
sabitləşməsinə  gətirib  çıxarda  bilər  ki,  bu  da  qiymətin  əmələ 
gəlməsində kəskin enib- qalxmaların qarşısını ala bilər. 
Pul resurslarının da yığımı və ya əmanəti, onların gələcəkdə 
real  kapitala  çevrilməsi  ilə  əlaqədar  baş  verir.  Kapital  yığımının 
baş verməsi, məhz onun gələcəkdə yüksək gəlir əldə etmək naminə 
investisiya  olunması  ilə  əlaqədardır.  Kapitalın  mənfəətliliyinin 
qiymətləndirilməsi onun xalis məhsuldarlığı ilə müəyyən edilir: 

 
mənfəətdən bütün ödəmələr çıxdıqdan sonra; 

 
xərclə gəlirin müqayisəsindən sonra. 
Kapitalın  xalis  məhsuldarlıq  kəmiyyətinin  hesablanması 
diskontlaşdırma  adlanır.  Bu  hesablamada  bankın  faiz  dərəcəsi 
müəyyənedici rol oynayır. Onun əsasında faiz formasında gələcək 
investisiya  layihələrindən  əldə  olunacaq  gəliri  hesablamaq  olur. 
Diskontlaşma: 
D = ^ 
(1 + r) 
qeyd olunan formula ilə həyata keçirilir. Burada: 
D - aktivlərin cari diskont dəyəri; 
Dı- aktivdən gələcək illik gəlir, yəni t ilinə bərabər tutulan 
investisiya dövrü; 
r - bank faizinin norması. 
144 


İnvestisiyalaşma  o  vaxt  iqtisadi  məna  daşıyır  ki,  onun 
tətbiqi ilə əldə olunacaq illik gəlir, bank depozitlərinə görə faizdən 
yüksəkdir. 
İnvestisiya qərarlarının həyata keçirilməsi cari dövrün bir 
sıra parametrlərindən asılıdır: 

 
bazardan  əldə  olunacaq  investisiya  əmtəələrinin 
qiymətindən; 

 
faiz normasından; 

 
tətbiq  olunacaq  investisiya  əmtəələrinin  illik  gəlir 
səviyyəsindən; 

 
xidmət  dövrünün  sonuna  onların  qalıq  dəyərinin 
mümkün reallaşma qiymətindən. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə