Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə90/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   233
Bazar 1

6.2.
 
Təkmil rəqabət 
İndi  isə  ayrı-ayrı  halda  təkmil  və  qeyri-təkmil  rəqabətin 
mahiyyətinə  və  xarakterik  cəhətlərinə  bir  qədər  ətraflı  şəkildə 
diqqət  yetirək.  Elə  başlayaq  təkmil  rəqabətdən.  Təkmil  rəqabət 
xüsusi  mülkiyyətə  və  təsərrüfat  əlahəddiliyinə  əsaslanır. 
İstehsalçılar arasında əlaqə yalnız bazar vasitəsilə yaranır. Yüksək 
rəqabətqabiliyyətlilik o şəraitdə özünü əks etdirir ki, rəqabətçi öz 
məhsulunu reallaşdırarkən bazarda 
satış şərtinə təsir göstərmir.
 
Bununla yanaşı təkmil rəqabətli bazarın fəaliyyət göstərməsi 
üçün bir sıra şərtlərin yerinə yetirilməsini tələb edir: 
161 



 
ayrı-ayrı firmaların istehsalının həcminin çox olmamasını; 

 
reallaşdırdığı  məhsulun  qiymət  səviyyəsinə  təsir  göstərə 
bilməməsini; 

 
alıcıların qiymətlə bağlı yaxşı məlumatlandırılmasını; 

 
satıcılar  qiymətlə  əlaqədar  danışıqlara  və  ya  razılaşmaya 
girişməməsini; 

 
biri-birindən  asılı  olmayaraq  sərbəst  fəaliyyət  göstərməsi 
ilə, istehsalçı firmaların sahəyə sərbəst daxil olub və çıxmasını. 
Reallaşma  şərtlərinin  gözlənilməsi  ilə  istehsalçılarla 
istehlakçılar arasında sərbəst əlaqənin mövcudluğunu təmin edir. 
Təkmil  rəqabət  bütövlükdə  qiymətin  əmələ  gəlməsinin  bazar 
mexanizminin  formalaşmasını  şərtləndirir.  Bundan  əlavə,  təkmil 
rəqabət tələb və təklif mexanizmini də satıcı və alıcı, istehsalçı və 
istehlakçı  timsalında  formalaşdırır.  İstehlakçının  və  ya  alıcının, 
eləcə  də  istehsalçının  və  ya  satıcının  davranışları  iki  qanun 
çərçivəsində fəaliyyət göstərir: 

 
tələb qanunu ilə bütün bərabər şərait daxilində alıcı aşağı 
qiymətlə daha çox əmtəə alır və əksinə; 

 
təklif  qanunu  ilə  şəraitin  dəyişilmədiyi  halda  satıcı 
qiymətin yüksəldiyi şəraitdə daha çox əmtəə istehsalını təklif edir 
və əksinə. 
Əyani  olaraq  bunu  reallaşmaya  təklif  olunan  əmtəələrin 
kəmiyyəti  və  qiymətinə  olan  tələb  vasitəsilə  izah  etmək  olar. 
Qiymət  nə  qədər  aşağıdırsa  tələb  bir  o  qədər  yüksəkdir.  Bazar 
şəraitində  belə  asılılığın  mövcudluğu  tələbin,  mövcud  əmtəə 
alıcılarının  məcmu  tələbi  kimi  özünü  əks  etdirməsindədir.  Bunu 
aşağıdakı cədvəl və qrafik təsvir vasitəsilə izah etmək olar. 
162 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə