Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə92/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   233
Bazar 1

6.3.
 
Qeyri-təkmil rəqabət 
Kembric Universitetinin  professoru Con Robinson 1933-cü 
ildə  dərc  etdirdiyi  «Qeyri-təkmil  rəqabətin  iqtisadi  nəzəriyyəsi» 
adlı əsərdən sonra mikroiqtisadi problemlərin öyrənilməsinə ciddi 
təkan  verdi.  Bu  istiqamətdə  Edvard  Çem-  berlinin  fikirləri  də 
inhisarh  rəqabət  haqqında  xüsusi  maraq  daşıyırdı.  Onların  birgə 
əməkdaşlığı nəticəsində C.Robinson 
165 


qeyri-təkmil  rəqabət  nəzəriyyəsini  yaratmaqla,  onun  gələcək 
təkamülünün əsasını qoydu. 
Artıq qeyd etdiyimiz kimi, qeyri-təkmil rəqabətlə inhi- sarlı 
rəqabət  terminoloji  baxımından  yaxınlıq  təşkil  etsələr  də,  lakin 
onların  fəaliyyəti  baxımından  müəyyən  fərqli  baxışlar  meydana 
gəlir. Bu da  rəqabət  və inhisar terminlərinin məzmunundan irəli 
gəlir. Çünki inhisar ifadəsi yunan sözü olub, «mono» - bir, «polist» 
- satıcı deməkdir. Lakin real həqiqətdə elə bir situasiya ola bilməz 
ki, vahid bir firma analoqu olmayan bir əmtəə istehsal etsin. Ona 
görə də inhisar ifadəsi bir qədər şərti xarakter daşıyaraq rəqabətin 
qeyri- təkmil xarakterində də müstəsnalıq təşkil edərək, onun bir 
növü kimi  çıxış edir. Belə ki,  inhisarçı  təkmil rəqabət  şəraitində 
qiymət  üzərində  müəyyən  hakimiyyətə  malik  olur.  Qiymət 
üzərində  yüksək  səviyyəli  nəzarət  olsa  da,  lakin  onun  miqyası 
fərqlidir.  Çünki  inhisarçı  düşünülmüş  şəkildə  elə  qiymət 
səviyyəsini  müəyyən  elməyə  səy  göstərir  ki,  ona  maksimum 
mənfəət  gətirsin.  Belə  şəraitdə  tələbin  funksiyası  həlledicidir. 
İnhisarçının  onun  dəyişilməsinə  gücü  çatmır.  Həddindən  artıq 
qiymətin  qaldırılması,  tələbin  özünün  və  kəmiyyətinin  azalması 
deməkdir. Digər tərəfdən inhisarçının tələbin həcminin müəyyən 
edilməsi,  onun  imkanı  xaricindədir.  Əgər  «xalis»  inhisarçı 
bütövlükdə  bazarı  ələ  keçirdibsə,  onda  məhsulun  əlavə 
kəmiyyətinin  satılması  üçün  qiymətləri  aşağı  salmalıdır.  Belə 
vəziyyət  bir  daha  təsdiqləyir  ki,  qiymət  üzərində  hakimiyyət 
inhisarçı  üçün  mütləq  xarakter  daşımır.  Çünki  o,  öz  arxasında 
onun məhsulundan istehsal edəcək rə- qabətçinin gələcəyini bilir. 
Bu da əmtəəyə olan tələb əyrisinin və elastikliyinin dəyişilməsinə 
səbəb olacaq. Burada istisnalıq təbii inhisar üçün mövcuddur ki, 
bu barədə sonra bəhs edəcəyik. 
Deməli,  qeyri-təkmil  rəqabət  üçün  xalis  inhisarçılıqdan 
fərqli  xüsusiyyətlər  mövcud  olub  firmaların  fəaliyyətində  öz 
əksini tapır. Yəni firmalar təkmil rəqabət şəraitindən fərqli olaraq, 
qeyri-təkmil rəqabət şəraitində qiymət səviyyəsinə və 
166 


istehsal  etdiyi  əmtəənin  kəmiyyətinə  təsir  göstərə  bilir.  Digər 
tərəfdən sahə bazarlarında təkmil rəqabətdə olduğu kimi çoxlu iri 
firma iştirak edə bilər. Yalnız sahə səviyyəsində tutaq ki, noutbuk, 
tozsoran, plazma televizor, kofe, avtomobil və s. məhsul istehsalı 
üzrə  firmaların  say  çoxluğu  ola  bilər.  Lakin  burada  təkmil 
rəqabətdən  fərqli  cəhət  ondan  ibarətdir  ki,  burada  məhsulların 
təbiəti müxtəlifdir. Firmanın məhsulunu əvəz edən külli miqdarda 
məhsullar  mövcuddur.  Lakin  onları  biri-birindən  fərqləndirən 
cəhətlər var. Məsələn, götürək diş pastası, əl telefonu bazarlarını; 
burada  bu  məhsulların  müxtəlif  markada  və  adda  təklifi  irəli 
sürülür.  İstehsalçı,  istehlakçıya  müxtəlif  vasitələrlə,  xüsusən  dö 
reklam  vasitəsilə  məhsulu  barədə  məlumat  çatdırır.  Burada 
məhsulun  fərqləndirici  cəhətləri  çatdırılmaqla,  onun  unikallığı 
göstərilməklə  onun  inhisarçı  tərəfindən  istehsalı  təsəvvürünü 
yaradır. Əmtəələrin patent nişanları, sənaye markası, ticarət nişanı 
bu  unikallığı  möhkəmlətməklə,  onun  fərqləndirici  şəkildə 
istehsalçıya qiymət üzərində nəzarətlə reallaşmasına imkan verir. 
Lakin  belə  şəraitdə  inhisarh,  rəqabətli  firmaların  məhsullarının 
tələb  əyrisi  az  elastikliyə  malikdir.  Buna  baxmayaraq  müxtəlif 
sahələrdə fəaliyyət göstərən inhisarh rəqabət özünü təkmil rəqabətə 
yaxın göstərir. Bu da həmin sahədə bir neçə iri firmanın fəaliyyət 
göstərməsi  və  bazar  hakimiyyətinə  malik  olması  ilə  əlaqədardır. 
Bazar hakimiyyəti dedikdə, satıcının əmtəənin qiymətinə təsir edə 
bilməsi nəzərdə tutulur. 
Ümumiyyətlə, qeyri-təkmil rəqabətin baş verməsi üçün iki 
əsas səbəb mövcuddur: 

 
müəyyən  sahələrdə  istehsalın  miqyasının  və  xərclərin 
azalmasına  qənaətin  olması  meyli  hesabına  satıcıların  sayının 
azalması; 

 
burada  istehsal  iri  firmalara  ucuz  başa  gəldiyindən,  kiçik 
firmalara nisbətən öz məhsullarını ucuz satmaqla, onları  sahədən 
uzaqlaşdıra bilirlər. 
167 


•  bazarlar  qeyri-təkmil  rəqabətə  meyilli  olduğundan,  yeni 
rəqabətçilərin daxil olması üçün çətinliklərin olması; Burada giriş 
çətinliyinin olması ya dövlət tənzimlənməsi mexanizmi ilə, ya da 
bazara daxilolmanın bahalığı ilə əlaqədar ola bilər. 
Bundan  əlavə,  qısa  və  uzun  müddət  ərzində  firmaların 
qeyri-tokmil  rəqabət  şəraitində  davranışlarında  fərq  mövcuddur. 
Belə  ki,  qısa  müddət  ərzində  firmalar  mənfəətlərini  mak- 
simumlaşdırmaqdan  ötrü 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə