Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə94/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   233
Bazar 1

kəmiyyətə  və  qiymətə 
görə  fərqlənir.  Müvafiq  olaraq  oliqopoliyanın  da  modelləri 
fərqlənir. 
Oliqopoliyanın kəmiyyət modelləri; 

 
Kurno  modeli. 
İlk  dəfə  olaraq  1838-ci  ildə  fransız 
iqtisadçısı  O.Kurno  tərəfindən  iki  firmanın  duopoliya  şəraitində 
qarşılıqlı münasibətlərinin statistik təhlili aparılmışdır. Duopoliya 
- bu elə bazar strukturudur ki, burada əmtəə istehsalının yalnız iki 
satıcı  tərəfindən həyata  keçirildiyi  nəzərdə tutulur. Belə şəraitdə 
kəmiyyət təhlili aparmaq mümkündür; 

 
Çemberlinin simmetrik duopoliya modeli. 
1933-cü ildə təklif olunan bu modeldə belə hesab alınır ki, 
hər  duopolist  öz  mənafeyinə  görə  rəqibin  istehsalı  ilə  əlaqədar 
buraxdığı  əmtəələrin  kəmiyyətini  dəyişdirəcək.  Beləliklə, 
duopolistlər könüllü və biri-birindən asılı olmayaraq, 
172 


heç  bir  danışığa  girməyərək  inhisar  qərarını  seçirlər.  Qarşılıqlı 
əlaqəli şəkildə bazarı bərabər şəkildə öz aralarında bölürlər; 

 
Ştakclberqin asimmctrik duopoliya modeli. 
1934-cü ildə təklif olunan modeldə qeyd olunur ki, duopolist 
öz  davranışında  müxtəlif  mövqedə  ola  bilər  -  ya  lider,  ya  da 
müşayiətedici.  Burada  duopolistin  biri  özünü  ya  lider,  ya  da 
müşayiətedici kimi apara bilər, digəri isə əksinə. Yaxud da hər ikisi 
ya  lider,  ya  da  ki,  müşayiətedici  kimi  özünü  apara  bilər.  Belə 
davranışdan  asılı  olaraq  qiymət  üzərində  kəskin  mübarizənin  baş 
verməsi labüdləşir. Bu da o vaxta qədər davam edir ki, duopolistin 
biri  ya  liderlikdən  imtina  etməlidir,  ya  da  ki,  onlar  danışıqlara 
girməlidirlər. 
Oliqopoliyanm qiymət modelləri: 

 
Bertranın  modeli.  Fransız  riyaziyyatçısı  Kurnonun 
kəmiyyət modelinin ilk tənqidçisi kimi 1883-cü ildə strateji qiymət 
dəyişiklikləri  fikrini  irəli  sürdü.  Bertran  hesab  edirdi  ki,  hər 
duopolistin strategiyası elə qiymət səviyyəsini seçmişdir ki, onun 
əsasında  öz  buraxılışımn  reallaşmasım  nəzərdə  tutur.  Burada 
tarazlığın əldə olunması üçün hər duopolistin son xərclərinə uyğun 
gələn vahid qiymətin olduğu qeyd olunur; 

 
Edjuorist 
modeli.  Qiymət  duopoliyasının  istehsal 
güclərinin  kəmiyyətinin  məhdudluğu  ilə  əlaqədar  olduğunu 
göstərən Edjuorst qeyd edirdi ki, firmalar istehsal etdiyindən artıq 
sata  bilmir.  Burada  qiymət  duopolistlər  arasında  «tələ»  rolunu 
oynayır. Ona düşən duopolistin biri, digəri ilə qiymət müharibəsini 
aparır, 
Oliqopoliyanm  strateji  davranışı  bazarda  iştirak  edənlərin 
müstəqil və ya danışıqların aparılmasından asılıdır. Danışıqlar  ya 
açıq, ya da gizli ola bilər. Danışıqların əsas predme- tini istehsalın 
həcmi  və  qiyməti  ilə  bağlı  bir  də  strategiya  və  taktikanın 
hazırlanması  təşkil  edir.  Burada  azsaylı  part-  nyorların  mənafeyi 
gözlənilir və bazar onların aralarında bölünür. 
Oliqopolist qruplarının bazar payının bölgüsü və  istehsalın 
həcmi  və  qiymətlə  əlaqədar  birgə  razılığın  əldə  olunması  kartel 
adlanır. Kartel razılığının fəaliyyət göstərməsi üçün: 
173 



 
kartel mohsullan qiymətə görə qeyri-elastik olmalıdır; 

 
məhsulun özünə yaxın ovəzləyicisi olmamalıdır; 

 
qoyulmuş  oyun  qaydalarına  hamının  riayət  olunmasının 
gözlənilməsidir. 
Kartel  razılaşmasının  adətən  istehsalın  və  satışın  həcminin 
yüksək  qiymətlərlə  reallaşdırılması  üçün  müəyyən  edilmiş 
kvotalara əməl olunmaması səbəb olur. 
Oliqopolik  rəqabətin  fəaliyyətində  qiymətlə  bağlı  davranış 
üstünlüyünün əldə olunmasıdır. Satıcıların birinin mövcud əmtəə 
üzrə  qiymət  liderliyi  ilə  fəaliyyət  göstərməsi  oliqopolik  mühit 
daxilində  rəqabətin  aparmasına  təkan  verir.  Qiymət  liderliyinə 
malik  olan  firma,  əmtəənin  qiymətinin  enib-qalxmasını 
tənzimləməklə,  digər  firmaları  qiymət  alan  vəziyyətinə  salır. 
Onların qəbul etdiyi qiymət bazarla deyil, qiymət liderliyinə malik 
olan firma ilə müəyyən edilir. Bu qiyməti firmalar: 

 
məsrəflərin lap aşağı səviyyəsi ilə; 

 
məhsulların fərqləndirilməsi ilə qəbul edirlər. 
Oliqopoliya şəraitində firmalar, qiyməti aşağı salarkən, 
digər firmaların belə addım ata biləcəklərini nəzərə alırlar. 
Qiymətin aşağı düşməsi bütün firmalar arasında yayıldıqda 
tələbin artımı baş verir. İlk qiyməti aşağı salan firma artan tələbin 
və  əmtəə  satışının  yalnız  bir  hissəsini  əldə  edir.  Digər  tərəfdən 
qiymət artımı ilə çıxış edən təşəbbüskar firma nəzərə alır ki, onun 
məhsuluna  olan  tələb,  digər  firmaların  məhsullarının  qiymətinin 
artırmadığından  həddindən  artıq  azalacaqdır.  Ona  görə  də 
oliqopolik bazarda qiymət daha sabit və davamlı xarakterdədir. Bu 
vəziyyəti  nəzərə  alan  Amerika  alimi  P.Suiri  keçən  əsrin  40-cı 
illərində tələbin sınmış əyrisi modelini təklif etmişdir. Bu modelin 
əsas şərtləri: 

 
firmaların fərqli məhsullar istehsal etməsindən; 

 
hər istehsalçı hesab edir ki, tərəfdaş firmanın onun ardınca 
qiyməti artırmayacağından; 

 
firma mənfəəti maksimumlaşdırılacağından; 

 
iqtisadi  fəaliyyətin  MC=MR,  son  xərcin  son  gəlirə 
bərabərliyinə istiqamətləndirilməsindən asılıdır. 
174 


Bu  şərtləri  nəzərə  alaraq  tələbin  sınınış  əyrisi  modelinin 
qrafik təsvirini vermək olar. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə