Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


Cədvəl 1  Rəqabətin forması



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə88/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   233
Bazar 1

Cədvəl 1 
Rəqabətin forması
 
Rəqabətin formasını əks 
etdirən cəhətlər
 
Qiymət üzərində 
nəzarət səviyyəsi
 
Azad və ya təkmil 
rəqabət
 
Mövcud məhsuldan 
istehsal edən firmaların 
çoxluğu
 
Qiymətlər üzərində 
nəzarət yoxdur
 
İnhisarlı və ya təkmil 
rəqabət 0 cümlədən:
 
Mövcud məhsulu yalnız 
bir firma istehsal edir
 
Qiymətlər üzrə yüksək 
səviyyəli nəzarət
 
1. Duopoliya
 
Mövcud məhsul növü 
yalnız iki firmada istehsal 
olunur
 
Qiymətlər üzrə tam 
deyil, bir qədər nəzarət 
var
 
2. Oliqopoliya
 
Eyni cinsli məhsul 
istehsalı az qisim 
firmaların əlində 
cəmlənib
 
Qiymətlər üzrə tam 
deyil, bir qədər nəzarət 
var
 
3.  Fərqli  məhsulların 
inhisarlı rəqabəti
 
Xeyli istehsalçı və 
müxtəlif məhsullar
 
Zəif nəzarət
 
Cədvəldən göründüyü kimi azad və ya təkmil rəqabət üçün 
xarakterik olan cəhət ondan ibarətdir ki, burada: 

 
eyniadlı məhsul istehsal olunur; 

 
ona eyni qiymət qoyulur; 

 
eyni vaxtda məhsul istehsal olunur; 

 
istehsalın miqyasına və qiymətin səviyyəsinə təsir imkan 
xaricindədir; 

 
bazara istənilən vaxt daxil olub, çıxmaq olar. 
Lakin bütövlükdə təkmil rəqabəti əks etdirən xüsusiyyətlər 
nəzərə alınmaqla, bazarın təşkili modelində bir sıra çatışmazlıqlar 
ortaya qoyulur: 

 
müstəqil  əmtəə  istehsalçılarının  çoxluğu,  onların  yüksək 
təşkil  olunmuş  bazarın  mövcudluğunu  tələb  edir.  Lakin  bir  sıra 
sahələrin,  xüsusən  kənd  təsərrüfatı  məhsulları,  fond  birjaları, 
xarici  valyuta  bazarları  istisna  olmaqla,  belə  bazarların  təşkili 
imkan xaricindədir; 
156 



 
rəqabət  aparanlar  standartlaşdırılmış  və  ya  eynicinsli 
məhsul  istehsal  edirlər.  Mövcud  qiymətlə  hansı  satıcıdan,  hansı 
məhsulun  alınması  istehlakçı  üçün  əhəmiyyət  daşımır.  Eynicinsli 
məhsulun  standart  vəziyyəti  qeyri-qiymət  rəqabətin  aparılmasını 
məhdudlaşdırır.  Xüsusən  keyfiyyət,  reklam,  sığorta  və  satışın 
stimullaşdırılması 
istiqamətində 
tədbirlər 
aparılmır 
və 
təşəbbüskarlıq aşağı düşür; 
» təkmil rəqabət bazarının subyektləri «qiymətlə razıla- şan» 
və  ya  «qiyməti  qəbul  edən»  kimi  iştirak  edirlər.  Təkmil  rəqabət 
bazarında ayrı-ayrı firmalar məhsulun qiyməti üzərində nəzarət edə 
bilmirlər.  Çünki  bütün  bazar  subyektləri  yalnız  ümumi  istehsal 
olunan məhsulun müəyyən bir hissəsini istehsal edirlər. İstehsalın 
azalması  və  ya  çoxalması  onların  təklif  etdiyi  məhsulun  nə 
həcminə, nə də ki qiymətinə təsir göstərməyəcək. Hər bir rəqabət 
aparan  istehsalçı  bazar  hakimiyyətinə  tabedir.  Qiymət  müəyyən 
olunmuş  kəmiyyət  kimi,  istehsalçının  təsirindən  kənardır.  Firma 
istehsalın az və ya çoxluğundan asılı olmayaraq, reallaşmanı eyni 
qiymətlə həyata keçirəcəkdir. Belə şəraitdə yüksək qiymətə satışın 
həyata keçirilməsi arzusu xəyal olaraq qalacaqdır; 

 
bütün alıcılar və satıcılar müəyyən sahəyə daxil olmaq və 
çıxmağa görə tam sərbəstlik daşıyırlar. Bu o deməkdir ki, firmalar 
mövcud  məhsul  istehsalı,  onun  satışının  həcmi  barədə  tam 
sərbəstdir.  Onun  arzu  və  istəyindən  asılı  olaraq  məhsul  istənilən 
həcmdə istehsal oluna bilər və ya dayandırıla bilər; 

 
heç  bir  leqal  və  maliyyə  məhdudiyyətləri  olmadığından 
sahəyə  daxil  olmaqla  bağlı  olaraq  patent  və  ya  lisenziya  tələb 
olunmur; 

 
bazarın  təşkil  olunmasına  qarşı  heç  bir  müdaxilə 
olmadığından  onun  daxilində  alıcı  və  satıcıların  mobilliyi 
olduğundan,  hər  cür  asılılıqlardan  kənardır.  Burada  yalnız  iki 
tərəfin, alıcılarla satıcıların üz-üzə gəlməsi müşahidə olunacaqdır. 
Alternativ  qiymət  yüksəkliyindən  asılı  olaraq  bir  sahədən  digər 
sahəyə axın baş verir; 
157 


•  təkmil  rəqabət  şəraitində  əmtəə  istehsalçısı  istehsalını 
minimum xərclə, minimum kəmiyyətlə və daha keyfiyyətlə həyata 
keçirmək  məcburiyyətində  qalacaqdır.  Əks  təqdirdə  istehsalçı  öz 
məhsulunu  sata  bilməyəcəkdir.  Çünki  alıcı  üçün  belə  məhsula, 
rəqabət aparan digər firmadan alacaq. Bu da alıcıların belə şəraitdə 
daha  minimum  qiymətdə  məhsul  əldə  etmək  uğrunda  cəhd 
göstərdikləri rlə əlaqədardır. 
Beləliklə,  biz  görürük  ki,  təkmil  rəqabət  bazarında  kiçik 
firmalar  iştirak  etdiyindən  onlar  bazar  qiymətlərinə  təsir  göstərə 
bilmir.  Bu  o  deməkdir  ki,  rəqabət  aparan  firmalar  istehsal  etdiyi 
məhsulların  həcmindən  asılı  olmayaraq,  onları  yalnız  cari  bazar 
qiyməti ilə reallaşdıra bilər. Deməli, təkmil rəqabət bazarında firma 
qiymətləri  «vura»  bilmir.  Yəni  məhsulunu  bazar  qiymətindən 
yüksək sata bilmir, o yalnız rəqa- bətçi satıcı rolunu oynayır. 
Əgər  biz  inkişaf  etmiş,  inkişaf  etməkdə  olan  ölkələrin,  o 
cümlədən  bizim  ölkənin  iqtisadiyyatına  nəzər  salsaq  görərik  ki, 
təkmil  rəqabət  bazarının  təşkil  olunması  olduqca  çətin  və 
mürəkkəb  bir  prosesdir.  Çünki  istehsalı  olduqca  çətin  görünən 
əmtəələrin istehsalı artıq külli miqdar firmalar tərəfindən deyil, bir 
neçə  iri  şirkətlər  tərəfindən  istehsal  olunur.  Məsələn,  ABŞ-da 
təyyarə  «Boinq»  və  «Airbus»  şirkətləri  tərəfindən  avtomobil 
istehsalının 80%-ə qədəri «Ford», «Ceneral Motors», «Kraysler», 
həmçinin  Yaponiyaya  xas  «Toyota»  və  «Honda»  firmalarında 
istehsal  olunur.  Digər  kütləvi  məhsul  istehsal  olunan  məhsullar 
elektron  avadanlıq  və  cihazlar,  pendir,  yağ,  çay,  siqaret,  sabun, 
elektrik  enerjisi  və  s.-də  artıq  təkmil  rəqabətdən  uzaqdır.  İri 
şəhərləri elektrik enerjisi ilə təmin edən yalnız bir firma fəaliyyət 
göstərir.  Yalnız  bir  aqrar  sektorun  kənd  təsərrüfatı  məhsulları; 
taxıl, kartof, çuğundur, pambıq və s. istehsal edən sahələrdə təkmil 
rəqabətə xas olan cəhətlərə rast gəlmək olar. Bəzən bu məhsulların 
da  daşınması,  saxlanması  və  çatdırılması  ilə  əlaqədar  təkmil 
rəqabət  prinsipi  pozulur.  Həqiqətən  də  müasir  dünyada  istehsal 
olunan siqaretdən tutmuş saqqıza qədər bir neçə 
158 


firma  müvafiq  sahələrin  qiymətinə  təsir  göstərə  bilər.  Firmaların 
istehsal  həcmi  ilə  qiymətin  səviyyəsinə  təsir  göstərdiyi  andan 
təkmil  rəqabət  öz  yerini,  P.Samuelsonun  ifadəsi  ilə  desək:  «xoş 
gəldin  qeyri-ləkmil  rəqabət»2ə  verir.  Beləliklə,  əgər  firma 
buraxmış olduğu məhsulun qiymətinə təsir göstərə bilirsə, artıq o 
«təkmil rəqabətin» subyektinə çevrilir. Lakin təkmil rəqabəti, bir 
firmanın  ö/,  məhsulunun  qiyməti  üzərindəki  mütləq  nəzarətlə 
eyniləşdirmək  olmaz.  Qeyri-tək-  mil  rəqabət  şəraitində  firma 
qiymətlərə müəyyən həddə qədər nəzarət edə bilər. Məsələn, Bakı 
Biskvit  Fabriki  şirniyyat  məhsullarının  böyük  bir  hissəsinin 
istehsalçısı  olsa  belə,  o  qiymətlərinə  müəyyən  həddə  qədər 
müdaxilə  edib  istehsalının  həcmini  artıra  bilər.  Çünki  Gəncədə, 
Sumqayıtda  belə  şirniyyat  fabrikləri  var.  Onlar  da  belə  nəzarət 
formasından  istifadə  edə  bilərlər.  Deməli,  qeyri-təkmil  rəqabət 
subyektləri  qiymətlə  bağlı  qərarlarında 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə