Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə86/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   233
Bazar 1

5.4.
 
Müqavilə qiymətləri və 
onların formalaşması 
şərtləri 
Bazar  mexanizminin  meydana  gəlməsi,  qiymətqoymanın 
normativ  metodundan  imtina  olunmasına  və  onun  əvəzinə 
müqavilə qiymətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. 
Əmtəə və xidmətlərin rəqabət şəraitində təklifinin artması, 
iqtisadi  konyunkturanın  dəyişilməsi  qiymətin  rolunun  və 
təyinatının da dəyişilməsinə səbəb olur. 
Artıq  bizə  molumdur  ki,  əmtəənin  qiyməti  müəyyən 
valyuta  sisteminin  pul  vahidi  kəmiyyəti  olub,  alıcının  satıcıya 
ödədiyi ilkin razılaşdırılmış məbləğdir. 
Məhsulun hazırlanmasına çəkilən məsrəf kimi çıxış edən 
qiymətin müəyyənləşdirilməsinin əsasında aşağıdakılar durur: 

 
dəyər göstəriciləri; 

 
müəssisənin fəaliyyətini əks etdirən məsrəf və nəticənin 
müqayisəsi; 
» müəssisənin stimullaşdırılmasının həyata keçirilməsi

 
müəssisənin mənfəəlliliyinin davamlı təmin olunması. 
Belə  əsaslanma  müqavilə  qiymətlərinin  də  müəyyən- 
ləşdirilməsində  də  mühüm  rol  oynayır.  Lakin  bununla  yanaşı 
müqavilə qiymətləri bir sıra spesifik cəhətlərlə xarakterizə olunur: 
149 



 
əmtəənin  şərti  ölçü  vahidi  müəyyənləşməlidir.  Yəni 
qiymətin  qoyulduğu  əmtəənin  ticarət  məlumatlarının  xarakteri, 
onun  çəkisi  (netto,  brutto),  tara  və  bağlamanın  dəyəri 
göstərilməlidir. 

 
qiymətin  bazisi  müəyyənləşməlidir.  Göndərilən  yerə 
müvafiq əmtəənin daha sərfəli satışının şərtləri, xüsusən nəqliyyat, 
sığorta,  anbar  və  s.  xərclər  nəzərə  alınır.  Əmtəənin  müqavilə 
qiyməti bağlanılarkən ya onun göndərilməsi ilə bağlı olan bütün 
nəqliyyat  xərcləri  nəzərə  alınır  və  yaxud  da  daşınmanın  dəyəri 
nözərə alınmır. 

 
Qiymətin valyutası müəyyənləşdirilir. Müqavilə qiyməti 
ya idxalçının, ya ixracçının, ya da ki, üçüncü ölkənin valyutasını 
göstərir. 

 
Qiymətin səviyyəsi müəyyənləşdirilir. Eyni bir əmtəənin 
hətta bir region daxilində müxtəlif qiymətlərdə satıla bildiyi üçün, 
istehsalçı onun qiymətini dəqiq müəyyənləşdirməlidir. 
Qiymətin  səviyyəsinin  müəyyənləşdirilməsində  əsas 
metod  kimi,  analoji  əmtəəyə  rəqabətçilərin  qoyduğu  qiymətin 
öyrənilməsi  üstünlük  təşkil  edir.  Bundan  əlavə,  qiymət  barədə 
mövcud olan bir sıra məlumat mənbələrindən də istifadə olunur: 

 
müxtəlif assosiasiyaların məlumat qiymətlərindən; 

 
qiymət preyskurantından; 

 
müqavilələrin sürətindən

 
birja kotirovkalarından; 

 
dərc 
olunan 
müxtəlif 
qəzet 
və 
jurnalların 
materiallarından; 

 
iri şirkətlərin İnternet saytlarından və s. 
Belə  şəraitdə  əsas  diqqət  real  bazarda  mövcud  olan 
qiymətlərə  verilməlidir.  Çünki  keçən  dövrün  qiymətləri  ilə  cari 
dövrün qiymətlərində müəyyən fərqlər mövcud olur: 

 
müqavilə  qiymətlərinin  bağlanılmasında  onun  qeyd 
olunan momenti göstərilməlidir. 
Belə momentlər isə müxtəlifdir: 
150 



 
müqavilənin bağlandığı moment; 

 
müqavilənin fəaliyyət müddəti momenti

 
müqavilənin icra momenti. 
Qeyd  olunma  momentlorindən  asılı  olaraq  möhkəm, 
dəyişilən, sürüşkən qiymət növlərindən istifadə olunur. 
Möhkəm  qiymətlər,  müqavilənin  bağlandığı  momentə 
qoyulur və onun fəaliyyət göstərdiyi dövr ərzində dəyişilməz qalır. 
Belə  qiymətlər  qısa  müddət  ərzində  bağlanmaqla,  əməliyyatların 
vaxtında  icra  olunmasım  tələb  edir.  Həmçinin  malların  vaxtında 
göndərilməsi  qeyd  olunmaqla  uzun  müddət  ərzində  də  müqavilə 
bağlanılır. 
Dəyişilən qiymətlər, mövcud əmtəənin bazar- qiymətinin 
dəyişilməsi  ilə  bağlı  olaraq,  onun  müqavilənin  bağlandığı  vaxt 
nəzərə alınaraq bir sıra prinsiplər əsas götürülür: 

 
müqavilənin  icrası  momentinə  qədər  qiymətin  enib- 
qalxma şəraiti müəyyənləşdirilir

 
qiymətin  enib-qalxma  şəraiti  daxilində  mümkün 
minimumdan kənarlaşma müəyyənləşdirilir

 
bazar  qiymətinin  dəyişilməsini  əks  etdirən  mənbə 
müəyyənləşdirilir. 
Üzücü  qiymətlər,  müqavilənin  icra  dövrü  momentində 
istehsal  xərclərinin  dəyişilməsi  ilə  əlaqədar  bazis  qiymətlərinə 
yenidən baxılması ilə müəyyən olunan qiymətdir. Əgər müqavilə 
hissələrin  göndərilməsi  üzrə  bağlanılıbsa,  onda  hər  göndərmənin 
öz  qiyməti  hesablanır.  Bazar  konyunkturasının  yüksəldiyi  bir 
şəraitdə  idxalçının  mənafeyi  naminə  üzücü  qiymətləri  qoyan 
zaman,  müqavilədə  bir  sıra  məhdudlaşdırıcı  şərtlər  daxil  edilir. 
Belə  ki,  məhsul  kəmiyyətinin  həddindən  asılı  olmayaraq  qiymət 
dəyişikliyi aparılmır, ya da müqavilə qiymətinin həddi dəyişilmir. 
Müqavilə  qiymətlərinin  səviyyəsinin  müəyyənləşdiril- 
məsində adətən iki qiymət növündən: 

 
dərc olunan qiymətdən; 

 
dünya qiymətindən istifadə olunur. 
151 


Dərc  olunan  qiymətlər  xüsusi  və  normativ  mənbələrdə 
dərc  olunaraq,  bir  qayda  olaraq  dünya  qiymətlərinin  səviyyəsini 
əks  etdirir.  Dünya  qiyməti  dedikdə  isə  bu  iri  idxal  -  ixrac 
əməliyyatlarının  tədiyyəsini  sərbəst  konvertləşmiş  valyuta  ilə 
həyata  keçirilən  qiymət  nəzərdə  tutulur.  Dərc  olunan  qiymət 
özündə,  ümumi  statistik  külliyyatlarda  qeyd  olunan  birja  ko- 
tirovkasını, hərrac qiymətini, faktiki əməliyyat qiymətini, qiymət 
məlumatlarını əks etdirir. 
Qiymətin  əmələ  gəlməsi  mexanizmində  onun  stimul- 
laşdırılması  xüsusi  röl  oynayır.  Belə  ki,  qiymətə  əlavə  və 
güzəştlərin həyala keçirilməsi bazar mühitinin formalaşmasından, 
bazar 
konyunkturasının 
dəyişilməsindən, 
əməliyyatların 
xarakterindən, alıcılarla qarşılıqlı münasibətdən, çatdırılmanın və 
tədiyyənin şərtindən asılıdır. 
Beynəlxalq  ticarət  praktikasında  20-ə  qədər  müxtəlif 
güzəştlərdən istifadə olunur. Bunların bəzilərinin adını göstərmək 
olar: 

 
Adi  güzəştlər.  Belə  güzəşt  adətən  20-30%  və  yalnız 
müstəsna hallarda 40%-ə qədər olur. Adi güzəştlər standart növlü 
avadanlıqlar üzrə bağlanılan müqavilələrə şamil olunur. 

 
Bonus  güzəştləri.  Bu  daimi  alıcılara  tətbiq  olunur  və 
xüsusi  bənd  kimi  müqavilədə  nəzərdə  tutulur.  Müqavilədə 
müəyyən müddət ərzində güzəştin ödənilməsi məbləği göstərilir. 

 
kəmiyyət və seriya güzəşti, alıcıya əvvəlcədən bəlli olan 
kəmiyyətə görə edilir. 

 
xüsusi  güzəşt  alıcıya  sınaq  partiyasına  və  sifarişə  görə 
edilir və bu satıcının daha maraqlı olması ilə əlaqədardır. 

 
gizli  güzəşt  kreditlərə  görə,  pulsuz  xidmət  pulsuz 
nümunələrə görə edilir. 

 
geri  qaytarmaya  görə  güzəşt,  firmadan  əvvəl  alınmış 
əmtəələrə görə preyskurant qiymətlərinin 25-30%-ə qədər alıcıya 
köhnəlmiş modellərə görə verilir. 
152 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə