Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə83/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   233
Bazar 1

5.3.
 
Qiymətin əmələ gəlməsi strategiyası 
Dünyanın  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan 
ölkələrində  qiymətin  əmələ  gəlmə  istiqamətində  olduqca  böyük 
təcrübə  əldə  olunmuşdur.  Lakin  keçid  iqtisadiyyatlı  ölkələrdə,  o 
cümlədən  bizim  ölkəmizdə,  inkişaf  dövrünün  xüsusiyyətlərindən 
asılı olaraq qiymətin əmələ gəlməsində müəyyən spesifik cəhətlər 
əmələ gəlir. Ona görə də hər bir müəssisə öz iqtisadi fəaliyyətinin 
təşkil olunmasında qiymətin əmələ gəlməsinə xüsusi önəm verir. 
Artıq qeyd etdiyimiz kimi bazar şəraitində qiymətin əmələ 
gəlməsi  olduqca  mürəkkəb  və  çoxmərhələli  proses  olmaqla,  bir 
sıra  qiymət  formalaşdırıcı  amillərin  dərindən  təhlil  olunmasını 
zəruriləşdirir.  Bu  da  qiymət  siyasətinin  işlənib  hazırlanmasına 
imkan  verir.  Firmanın  qiymət  siyasətinin  seçilməsi,  əsasən  satış 
üçün  nəzərdə  tutulan  əmtəənin  qiymət  səviyyəsinin  müəyyən 
edilməsi  ilə  əlaqədardır.  Bunun  üçün  hər  bir  firma  qiymət 
siyasətini bir sıra istiqamətlər üzrə həyata keçirir: 

 
nəzərdə tutulan satış zonasını təhlil edir; 

 
bazar konyunkturasının proqnozunu aparır; 
145 



 
bazar modelini müəyyən edir, yəni bazar xalis rəqabət, 
inhisarçı  rəqabət,  oliqopoliya  və  ya  xalis  inhisar  şəraitində 
olduğunu təyin edir; 

 
əmtəənin həyat tsikli mərhələsini müəyyən edir; 

 
qısa  və  uzun  dövrlər  üçün  maksimum  mənfəətin 
səviyyəsini müəyyən edir; 

 
bazarın  müəyyən  hissəsinin  ələ  keçirilməsinə  cəhd 
göstərir; 

 
satışı stimullaşdıran qiymət səviyyəsini müəyyən 
edir; 

 
satış  qiymətinin  dəyişilməsinə  təsir  göstərən  amilləri 
təhlil edir; 

 
bazar qiymətlərinin səviyyəsini müəyyən edir; 

 
qiymətlərin səmərəli dəyişilməsi dinamikasını izləyir. 
Qiymət  siyasətinin  həyata  keçirilməsi  üçün  ilkin  olaraq 
üstünlük  verilən  bazar  seçilir  və  orada  məqsədəuyğun  fəaliyyət 
göstərmək  üçün  mümkün  istehsal  imkanları  qiymətləndirilir. 
Bazarın  tədqiq  olunması  ilə  istehsalçı  hansı  bazar  tipində,  yəni 
təkmil  və  ya  qeyri-təkmil  rəqabətli  bazarda  iştirakını 
müəyyənləşdirir. 
Qiymətin  əmələ  gəlməsi  strategiyasının  hazırlanması 
üçün  əmtəələrin  həyat  tsiklinin  müəyyənləşdirilməsi  də  xüsusi 
əhəmiyyət  daşıyır.  Əmtəələrin  həyat  tsiklinin  ayrı-ayrı 
mərhələlərinin öyrənilməsi, firmanın ümumi məqsədi ilə əlaqədar 
həyata keçirilir. Firmanın ümumi məqsədi də qısa müddət üçün: 

 
mənfəətin maksimumlaşdırılmasından; 

 
bazarın müəyyən hissəsinin ələ keçirilməsindən; 

 
ziyansız fəaliyyətin qorunmasından ibarətdir. 
Bazarın tipini, əmtəələrin həyat tsiklini, firmanın 
məqsədini  müəyyənləşdirdikdən  sonra 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə