Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə80/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   233
Bazar 1

Şəkil 5 
a* 
cr 
J


CD 
 
Bu  o  vaxta  qədər  davam  edir  ki,  digər  amillərin  artımına 
düşən  son  məhsul  artımı  əmək  amilinə  nisbətən  aşağıdadır.  Son 
məhsul  istehsalının  artımının 
amiltutumluğu, 
onların  qiymət 
səviyyəsinə  təsir  göstərməklə,  kəmiyyətlərinin  dəyişilməsinə 
səbəb olur. 
Ümumiyyətlə,  əmək  təklifinə  aşağıdakı  amillər  təsir 
göstərir: 

 
Əmək qabiliyyətli əhalinin sayı; 

 
Müəyyən  müddət  ərzində  (gün,  həftə,  ay,  il)  orta  iş 
saatlarının miqdarı; 

 
Əhalinin mədəni-texniki səviyyəsini əks etdirən keyfiyyət 
halı; 

 
Əhalinin  müvafiq  istehsal  strukturuna  uyğun  gələn 
peşə-ixtisas səviyyəsi; 

 
Əmək məhsuldarlığının səviyyəsi. 
Əmək bazarında əməyin qiyməti özünü əməkhaqqında əks 
etdirir.  Əməkhaqqının  da  səviyyəsi  müxtəlif  kateqoriyalı  işçilərə 
olan tələb və təklifin tarazlığı əsasında müəyyən olu 
140 


nur.  Əməkhaqqı  ümumiyyətlə,  iqtisadi  sistemlərin  formasından 
asılı  olmayaraq  əhalinin  əsas  gəlir  mənbəyini  təşkil  edir.  Bazar 
iqtisadiyyatında  əməkhaqqının  formalaşması  səviyyəsindən  asılı 
olaraq  bir  çox  iqtisadi  prosesləri  tənzimləmək  olur.  Məsələn, 
nominal  və  real  əməkhaqqı  arasındakı  fərqin  azaldılması  üçün 
dövlət  antiinflyasiya  tədbirləri  görmək  məcburiyyətində  qalır. 
Çünki  nominal  əməkhaqqı  əldə  olunacaq  pul  gəlirlərini  əks 
etdirirsə, lakin real əməkhaqqı isə pul məbləğində olan əməkhaqqı 
ilə əldə olunacaq əmtəə və xidmətlərə olan qiymətin səviyyəsi ilə 
müəyyən olunur. 
İşçilərin  ixtisaslaşma  səviyyəsindən,  yerinə  yetirdikləri 
işlərin xüsusiyyətindən asılı olaraq əməkhaqqının səviyyəsində fərq 
mövcud olur. Bazar şəraitində belə fərqlərin azaldılması imkanları 
daha genişdir. Çünki burada yüksək keyfiyyətli məhsul istehsalına 
daha  yüksək  ixtisasa  malik  olan  işçilər  cəlb  olunur.  Bununla  da 
yüksək ixtisaslı əmək mənfəətin əldə olunmasında daha çox payın 
əldə  olunmasına  səbəb  olduğundan,  daha  çox  əməkhaqqı  əldə 
etməyə nail olur.  Lakin  bazara keçid  şəraitində  belə prose.sə nail 
olmaq mümkün olmur. Çünki yüksək ixtisas səviyyəsi hələ istənilən 
səviyyədə olmur və ya tətbiq olunan texnologiya müasir deyil, ya da 
ki, rəqabət mühiti istənilən səviyyədə deyil. 
Ümumiyyətlə,  əməkhaqqı  səviyyəsində  mövcud  olan  fərq, 
başlıca  olaraq  professional  işçi  qrupları  arasında 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə