Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə81/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   233
Bazar 1

rəqabətin 
olmaması 
ilə  əlaqədardır.  Məsələn,  bənnalarla  həkimlər, 
müğənnilərlə  müəllimlər,  avtomobil  sürücüləri  ilə  aşpazlar  və  s. 
arasında əməli olaraq heç bir rəqabət mümkün deyil. Çünki rəqabət 
yalnız eyni kateqoriyadan olan işçilər,  ya da biri-birini əvəz edən 
peşə və ixtisaslar arasında baş verə bilər. 
Kapital bazan və kapital aktivləri istehsal amilləri bazarında 
xüsusi  rol  oynamaqla  onlara  qiymətqoymanın  öz  spesifikliyi  var. 
Çünki  kapital  amili  çoxşaxəlidir.  Belə  ki,  ona  binalar,  qurğular, 
texnika, maşınlar, istehsal təyinatlı avadanlıqlar, torpaq, xammal və 
materiallar,  enerji,  innovasiyah  ideyalar,  proqram  təyinatlı 
layihələr, informasiyalar daxildir. 
141 


Göründüyü  kimi  kapitala  hom  fiziki  coholdon  istifadə  olunan  və 
olunmayan  obyektlər  daxildir.  Onların  qiyməti,  tələb  və  təklif 
qanunlarının  fəaliyyəti  ilə  müəyyən  edilir.  Müxtəlif  kapital 
aktivlərinin  qiyməti  istehsal  dövriyyəsindən  asılı  olaraq  gətirdiyi 
gəlirlə təyin olunur. 
Kapitala  görə  gəlirin  ümumiləşmiş  göstəricisi  adətən  il 
ərzində  istifadə  olunan  kapital  aktivlərinə  görə  illik  faiz 
dərəcəsidir.  İllik  faiz  dərəcəsi  kapital  aktivlərinin  gəlirliliyini 
müəyyən  edir.  Alınan  gəlirlərin  məbləği,  mahiyyəti  etibarı  ilə 
kapitalın  və  onun  aktivlərinin  qiyməti  kimi  əks  olunur.  Burada 
maliyyə  bazarında  reallaşan  pul  və  qiymətli  kağızlarda  kapital 
aktivləri  rolunda  görünə  bilər.  Bu  baxımdan  kapital  aktivləri 
spesifikliyə  malik  olduğundan  onların  maddi  əşya  tərkibinə  görə 
cəmləmək  olmur.  Lakin  bazar  onların  vahid  şəkildə  ölçülməsini 
tələb  edir.  Çünki,  əks  təqdirdə,  investisiya  qərarlarını 
əsaslandırmaq  mümkün  olmur  və  mümkün  gəlir  əldə  etmək 
imkanını  hesablamaq  çətinləşir.  Ona  görə  də  kapital  aktivlərinin 
hər  hansı  formada  olmasından  asılı  olmayaraq  onların  ümumi 
cəhəti kimi, pula qiymətləndirilməsi əsas götürülür. Pul ifadəsi ilə 
elektrik  stansiyalannm  dəyərini,  soyuducu  istehsal  edən  zavodun 
və ya konserv istehsal edən fabrikin dəyərini müəyyən etmək olar. 
Pul ifadəsi ilə həmçinin istiqrazların, səhmlərin və digər qiymətli 
kağızların nominal qiymətini müəyyən etmək olar. Ümumiyyətlə, 
istehsal  təyinatlı  bütün  iqtisadi  nemətlər,  pul  ifadəsi  ilə  bazara 
kapital  aktivləri  kimi  çıxarılır.  Real  kapital  aktivlərinin  qiyməti, 
onların  istehsal  amili  kimi  istifadə  olunması  səviyyəsindən  və 
sürətindən  asılıdır.  Əgər  kapital  aktivlərindən  gəlir  kimi  görünən 
faiz dərəcəsi bankın müəyyən etdiyi faiz dərəcəsindən aşağı olarsa 
onda  istehsalın  təşkil  olunmasına  olan  meyil  müşahidə 
olunmayacaq. Ona görə də, bir qayda olaraq, kapital aktivləri daha 
məhsuldar  istifadə  olunur  və  onların  gəlir  gətirmək  imkanları 
yüksək olur. Bu baxımdan kapital aktivlərinə və bank yatırımlarına 
yönəldilən pul resurslarının 
142 


həcmi, aktivlərin cari və gələcək dövrlər ərzində gəlir 
gətirmək imkanlarından asılı olaraq dəyişilir. 
Kapitala görə qısa və uzun müddət ərzində faiz dərəcəsi 
və gəlir tamamilə tələb və təklif nəzəriyyəsi ilə əlaqədardır. 
Kapitala olan tələb, onun investisiya olunması istəyindən
lakin onun təkliyi kapitalın kəmiyyətindən asılıdır. Deməli, 
kapitala görə gəlir, istehlak və yığım arasındakı nisbətin fun- 
ksiyasından asılı olaraq formalaşır. Kapitala görə gəlirə
həmçinin investisiya imkanları da təsir göstərir.. 
Ümumiyyətlə, kapitala görə gəlir və faiz dərəcəsinin 
kəmiyyəti qısa və uzun müddətlər üçün müxtəlifdir. Bunu 
şəkil 6-da təsvir olunan qrafıkdən aydın görmək olar. 
Şəkil 6 
 
Qısa müddət ərzində fəaliyyətdə olan kapitalda dəyişikliyin 
müşahidə  olunması  mümkün  deyil.  Bunu  biz  şaquli  vəziyyətdə 
təsvir  olunan  kapital  təklifindən  -  S-dən  görürük.  E  nöqtəsində 
görürük ki, kapitala görə gəlir və faiz norması 14%-ə bərabərdir. 
Aşağı  faiz dərəcəsində kapitala olan tələb arta bilərdi. Yaxud da 
yüksək  faiz  dərəcəsində,  bazara  əlavə  kapital  daxil  ola  bilər  və 
kapital təklifini artıra bilərdi. Qısa 
143 


müddət  ərzində  əmanətlərin  yığımı  ilə  kapitalın  təklifi  artır. 
Kapitalın  təklifinin  qısa  müddət  ərzində,  onun  (Sı  S
2
  S
3
  S
4
...) 
xəttindən  uzun  müddət  üçün 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə