Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


İstehsal amilləri bazarında tarazlığın baş verməsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə78/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   233
Bazar 1

İstehsal amilləri bazarında tarazlığın baş verməsi. 
Hər 
hansı istehsal amilinin artımından bərabər gəlirin əldə olun 
134 


masından  asılıdır.  Beləliklə  də,  alınan  istehsal  amili  sahibkarın 
kapitalına çevrilir. Ona görə də istehsal amili qismində çıxış edən 
sahibkar kapitalı, daima orta mənfəət gətirmək qabiliyyətinə malik 
olmalıdır.  Kəskin  rəqabət  şəraitində  buna  nail  olmaq  olduqca 
çətindir.  Buna  görə  də  orta  mənfəətin  təmin  olunmasında  cəlb 
olunan hər vahid istehsal amili deyil, onların məcmusu, qarşılıqlı 
əlaqəsinin təmin olunması şəraitində əldə olunacaq gəlir səviyyəsi 
əhəmiyyət daşıyır. 
Resursların 
məhdudluğuna 
əsaslanan 
bazar 
iqtisadiyyatında  istehsal  amillərindən  istifadəyə  görə  qiymətin 
əmələ gəlməsi mexanizmi bir sıra vacib görünən meyilləri törədir: 

 
resurs xərclərini artırır; 

 
resurs gəlirliliyini azaldır. 
İstehsal  amilləri  bazarının  mövcud  olması  bu  meylilərə 
qarşı bir sıra prinsiplərin tətbiq olunmasını əsaslandırır: 

 
resursların qarşılıqlı əvəz olunmasını; 
«istehsal xərclərinin minimumlaşdırılmasmı; 

 
hər bir resursun son gəlirliliyinin təmin olunmasını; 

 
iqtisadi  tarazlığın  təmin  olunmasını,  yəni  son  xərclərin 
son gəlirə bərabər olmasını. 
Məhz  bu  prinsiplər  əsasında  istehsal  amillərinə  qiymətin 
əmələ gəlməsi mexanizmi fəaliyyət göstərir. 
Hər  şeydən  əvvəl  onu  qeyd  etmək  lazımdır  ki,  istehsal 
amilləri  üzərində  xüsusi  mülkiyyətin  və  ondan  istifadə  etmək 
hüququnun olması, ondan müxtəlif formada gəlirin əldə olmasına 
imkan yaradır. Ona görə də istehsal amillərinə olan tələb, istehlak 
xarakterli əmtəələrə olan tələbdən bir sıra spesifik cəhətlərinə görə 
fərqlənir.  Bu  da  hər  şeydən  əvvəl  onunla  əlaqədardır  ki,  son 
istehlak  nemətinə  görə  istehsal  amilləri  törəmə  xüsusiyyətinə 
malikdir. Törəmə xüsusiyyəti o deməkdir ki, istehsal amillərindən 
istifadə  olunmasına  tələb  o  vaxt  yaranır  ki,  onların  vasitəsilə 
ehtiyac olunan son istehlak nemətləri istehsal olunur. 
135 


İstehsal  amillərinə  olan  tələbin  azahb  və  ya  çoxalması  o 
vaxt  baş  verir  ki,  onların  vasitəsilə  istehsal  olunan  istehlak 
nemətlərinə tələb azalır və  ya çoxalır. Son istehlak nemətlərinin 
istehsalı  üçün  istehsal  amillərinin  alınmasına  olan  tələbi  əsasən 
sahibkarlar  irəli  sürür.  İstehsal  amilləri  bazarına  daxil  olan 
sahibkarlar artıq bir sıra məlumatlar əldə edirlər. Xüsusən qiymət, 
əmtəələrin  texniki-iqtisadi  xarakteristikası  barədə,  istehsal 
xərclərinin  səviyyəsi  haqqında  istehsalın  həcmi  ilə  əlaqədar 
məlumatlar verilir. 
Bəlli olduğu kimi istehsal prosesinin təşkil olunması üçün 
xeyli amil tələb olunur: 
• Əmək, torpaq, texnika, xammal, enerji, maliyyə resursları. 
Bu amillərin əvəz olunması səviyyəsindən asılı olmayaraq, 
onlar  müşayiət  olunandır,  bir  prosesin  tərkib  elementləridir. 
Ayrılıqda  onların  olması  faydasızdır.  Bütün  bərabər  şəraitdə  bu 
amillərin hər birinə olan qiymətin dəyişilməsi, təkcə cəlb olunan 
həmin amilin kəmiyyəti deyil, həm də onu müşayət edən amillərin 
kəmiyyətinin də dəyişilməsinə səbəb olur. 
Məsələn,  dülgər  sexində  yüLsək  əməkhaqqının  olması  və 
nisbətən orada tətbiq  olunan texniki avadanlıqların  ucuz olması, 
əməyə olan tələbi artırar və yaxud əksinə. 
Deməli,  istehsal  amillərinə  olan  tələb  qarşılıqlı  asıhlıqlı 
proses  olub,  istehsal  prosesinə  cəlb  olunan  hər  hansı  amilin 
kəmiyyəti, təkcə bir amilin qiymət dəyişiklikliyindən deyil, digər 
müşayiət olunan bütün amillərin kəmiyyətindən də asılıdır. 
Beləliklə,  istehsal  amilləri  bazan,  onların  hər  birinin 
dəyişilməsinə olan qiymət barədə məlumat verir. Qiymət - hər bir 
istehsal amili barədə dürüst məlumat verməklə, tələb elastikliyinin 
dəyişilməsinin vacib şərlidir. Tələb, o istehsal  amilinə daha çox 
elastikdir  ki,  bərabər  şərait  daxilində,  onun  qiyməti  daha  aşağı 
səviyyədədir.  Bu  da  qarşılıqlı  əvəz  olunmanı  həyata  keçirməyə 
əsas verməklə bahalı istehsal amili. 
136 


nisbətən  ucuz  amillə  əvəz  olunur.  Nəticədə  istehsal  xərci  azalır. 
Yüksək bazar qiyməti tələbin azalmasını müşayiət  etdiyinə  görə, 
nisbətən  aşağı  qiymətdə  olan  alternativ  istehsal  amillərindən 
istifadə olunmasını zəruriləşdirir. 
Hər bir istehsal amilinə olan tələb elastikliyi: 

 
firmanın gəlir səviyyəsindən; 

 
buraxılan məhsula olan tələb səviyyəsindən; 

 
qarşılıqlı əvəz olunma imkanının tətbiq olunmasından; 

 
qarşılıqlı əvəzolunan və ya qarşılıqlı tamamlanan amillər 
bazarının mövcudluğundan; 

 
yeniliklərin həyata keçirilməsindən və s. 
Beləliklə  də  belə  qənaətə  gəlmək  olar  ki,  istehsal  amilinə 
qiymətin əmələ gəlməsi asılıdır: 

 
istehsal amillərinə olan tələbin törəməlik səviyyəsindən; 

 
istehsal amillərinin qarşılıqlı əlaqədə olmasından; 

 
hər  bir  istehsal  amilinin  qiymət  dəyişikliyinin  digər 
müşayiət olunan amillərə birbaşa təsir etməsindən; 

 
istehsal amillərinə olan tələbin elastiklik səviyyəsindən. 
İndi isə bir qədər istehsal amillərinin hər birinə olan tələb və 
təklifinin dəyişilməsi xüsusiyyətlərinə diqqət yetirək. 
Torpaq  amilindən  başlayaq.  Torpaq  amilinin  təklifi  digər 
amillərdən  fərqli  olaraq,  təbiətdən  və  onların  istehsal  dövriyyəsi 
üçün yararlı olmasından asılı olduğundan, onlar daha məhduddur 
və qiymətlə bağlı elastik deyildir. Ona görə də torpağın qiymətinə 
kapitallaşdırılmış  torpaq  rentası  kimi  baxılır.  Torpağın  qiyməti, 
onu əks etdirir ki, hansı məbləğdə pulun banka qoyulması mövcud 
bazar  faiz  norması  ilə  torpaq  rentasma  bərabər  gələn  gəlir  əldə 
etmək olsun. Torpağın qiyməti bu formula ilə də hesablanır: 

İllik renta 
lorpaq 
Borcun faiz dərəcəsi 
Torpağın 
qiyməti, 
onun 
icarə 
haqqı 
ilə 
müəyyənləşdirildiyindən elastik deyildir. Çünki, bir qayda olaraq, 
torpağın 
137 


icarə haqqı  yüksək olur.  Lakin  rəqabət şəraitində icarə haqqının 
kəmiyyətində  dəyişikliklər  baş  verir.  Bu  da  icarəyə  veriləcək 
torpaqların  münbitlik  səviyyələrinin  müxtəlifliyi  ilə  əlaqədardır 
(şəkil 4). 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə