Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə79/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   233
Bazar 1

Şəkil 4 
 
Qrafik  təsvirdən  göründüyü  kimi  torpaq  təklifi  qeyri- 
elastik, lakin torpağa olan tələb isə elastikdir. Məhz torpağa olan 
tələbin  elastikliyi  icarə  haqqının  kəmiyyətinə  təsir  göstərir.  Ona 
görə də ümumilikdə torpaq rentası ilə hər hansı bir məqsəd üçün 
istifadə  ediləcək  torpaq  rentasını  fərqləndirmək  lazımdır. 
Torpağın qiyməti, tələb və təklifdən asılı olaraq müəyyən edilir. 
Onların  arasındakı  tarazlıq  səviyyəsindən  asılı  olaraq,  bazar 
qiymətinin  davamlı  meyli  formalaşır.  İstehsal  dövriyyəsinə  cəlb 
olunan torpağın qiyməti ilə, otlaq sahənin qiyməti fərqlidir. Bu da 
ondan  irəli  gəlir  ki,  müxtəlif  məqsədlər  üçün  icarəyə  götürülən 
torpağın münbitliyinin artırılması üçün icarədarın gördüyü iqtisadi 
tədbirlər, müqavilə dövrünün axırına qədər onun qiymətini artırır. 
Nəticədə  müqavilə  dövrünün  sonunda  torpaq  sahibi,  daha  yaxşı 
torpaq sahəsini əldə edir ki, bu da onun sonrakı dövrlərdə icarəyə 
verildiyi zaman daha yüksək qiymətə təklif olunmasına 
138 


səbəb  olur.  Bu  meyli  xarakter  alaraq,  ona  olan  tələb  əyrisinin 
dəyişilməsinə səbəb olur. Buna  görə də torpağın  qısa və  ya uzun 
müddətə icarəyə verilməsindən asılı olmayaraq qiymət amili ilə düz 
mütənasibdir. 
Çünki  istehsalçı  istər  müxtəlif  bitkilərin  əkilməsi  və  ya 
tikililərin  aparılması  üçün  istifadə  etdiyi  torpaq,  ona  bərabər 
kəmiyyətli qazanca təminat verir. Ona görə də istehsalçı torpaqdan 
ən  yaxşı  alternativdən  əldə  etdiyi  gəlirə  müvafiq  olaraq  torpaq 
sahibinə məbləğ ödəməlidir. Ödənilməli olan məbləğ, torpağa görə 
ödəmə olan rentadan az olmamalıdır. Renta həm də torpağa çəkilən 
kapital  qoyuluşunun  səmərəliliyinin  minimum  həddini  müəyyən 
edir.  Beləliklə,  görürük  ki,  torpağın  qiyməti,  renta  və  icarə 
haqqından  orada  istehsal  olunan  məhsulun  kəmiyyət  və 
qiymətindən,  tələb  və  təklif  tarazlığından  asılı  olaraq  müəyyən 
olunan məbləğdir. 
Əmək  amilinə  olan  qiymət  kimi  əks  olunan  əməkhaqqı, 
torpaq amilindən fərqli olaraq həm tələb, həm də təklif baxımından 
elastikdir. 
Şəkil 5-dəki qrafik təsvirdən görünür ki, əmək bazarında DD 
- əmək tələbi əyrisi ilə, SS - əmək təklifi əyrisi arasındakı E tarazlıq 
nöqtəsi  dəyişiləndir.  Bu  o  vaxt  baş  verir  ki,  əməkhaqqının 
səviyyəsində dəyişiklik baş verir. Belə ki, əməyə olan DıDı yüksək 
tələb əyrisi, eyni vaxtda məşğulluğu, həm də əməkhaqqını artırır. 
Yəni  P  -  Pı-ə,  Q  -  Qı-ə  doğru  hərəkət  etməklə  əmək  resurslarına 
olan  tələb  və  təklifin  tarazlıq  nöqtəsinin  də  E-dən  Eı-ə  doğru 
hərəkətini təmin edir. 
Əməyə olan tələb əyrisinin  baş verməsi  son məhsulun əldə 
olunmasından asılıdır,  yəni bu, hər məşğul olan işçilərin artımına 
düşən məhsul artımı əsasında əməyə olan tələb əyrisini əsaslandırır. 
139 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə