Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə87/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   233
Bazar 1

VI
 
FƏStL. RƏQABƏT: TƏKMİL VƏ QEYRİ-TƏKMİL 
ŞƏRAİTİNDƏ FƏALİYYƏT XÜSUSİYYƏTLƏRİ 
6.1.
 
Rəqabətin mahiyyəti və formaları 
6.2.
 
Təkmil rəqabət 
6.3.
 
Qeyri -təkmil rəqabət 
6.1.
 
Rəqabətin mahiyyəti və formaları 
Biz  artıq  bazar  mexanizminin  əsas  elementləri  olan  tələb, 
təklif  və  qiymətlə  tanış  olduq.  Onların  fəaliyyət  xüsusiyyətlərini 
gördük.  Həm  də  istər-istəməz  bazar  iqtisadiyyatının  mühüm 
prinsipi  olan  rəqabətlə  də  tanış  olmuşuq.  Bununla  belə  bazar 
elementi kimi rəqabətin mahiyyəti ilə, onun iqtisadi fəaliyyətdəki 
rolu  ilə,  istehsalda  və  reallaşmadakı  xüsusiyyətləri  ilə  yaxından 
tanış olmalıyıq. Eyni zamanda azad, təkmil, inhisarh, qeyri-təkmil 
adı ilə tanınan rəqabətin məzmununu şərh etməliyik. 
Rəqabət  latın  sözü  olub  «konkurro»  -  «qarşılaşmaq» 
mənasını verir. Rəqabətin mahiyyəti ilə əlaqədar bir sıra görkəmli 
iqtisadçıların  fikirləri  mövcuddur.  Burada  A.Smit,  A.Kurno, 
A.Marşall,  Y.Şumpeter,  E.Çemberlin,  C.Robin-  son,  C.Xiks, 
P.Samuelson,  P.Xeyne,  M.Porter  və  digərlərini  qeyd  etmək  olar. 
Məsələn,  A.Smit  rəqabəti  bazar  sübyektləri  arasında  istehsalın, 
əmtəələrin,  alqı-satqmm  yaxşı  şəraiti  uğrunda  apardığı  mübarizə 
kimi  göstərirdi.  Y.Şumpeter  isə  rəqabəti  köhnə  ilə  yenilik 
arasındakı  mübarizə  kimi  qeyd  edirdi.  Ümumiyyətlə,  rəqabət 
istehsalın  və  reallaşmanın  ən  yaxşı  şəraitinə  nail  olunması  üçün 
bazar  subyektlərinin  məqsədyönlü  cəhdidir.  Rəqabət  tələb  və 
təklifin  qarşılıqlı  əlaqəsini,  bazar  qiymətinin  bərabərləşməsini 
təmin edən iqtisadi qüvvədir. Rəqabətin fəaliyyəti nəticəsində: 
•  tələb  və  təklifin  tarazlığının  təmin  olunması  naminə, 
onların qarşılıqlı əlaqə mexanizmi baş tutur; 
153 



 
əmtəə istehsalçılarının stimullaşdınlmasmm məqsədyönlü 
fəaliyyəti təmin olunur; 

 
xərclərin  azaldılması  və  gəlirlərin  artırılması  uğrunda 
cəhd göstərilir. 
Rəqabət  istehsalçıların  və  istehlakçıların  kəmiyyətindən 
asılı olaraq, satıcılar arasında, əmtəələrini baha satmaq istəyənlər 
arasında, daha geniş yer tutur. Bu mübarizədə əmtəələrini nisbətən 
ucuz qiymətə reallaşdıranlar qələbəyə nail olurlar. Həm alıcıların 
tələbatı ödənilir, həm də daha çox əmtəə satılır. Belə hdida alıcılar 
arasında  da  rəqabət  baş  verir.  Onlar  da  əmtəələri  daha  ucuz 
qiymətə  almaq  istəyirlər.  Belə  mübarizədə  bazar  qiymətinə 
nisbətən daha yüksək qiymət təklif edənlər udurlar. 
Rəqabətin  daha  geniş  vüsət  alması  satıcılarla  alıcılar 
arasındakı  qarşılaşmada  baş  verir.  Əks  istiqamətdə  duran  bu 
təroflor  əmtəənin  qiymət  səviyyəsini  müəyyən  etməklə  tələb  və 
təklif  əyrisinin  konkret  forma  almasına  səbəb  olurlar.  Satıcılar 
arasında rəqabət mühiti nə qədər güclü olarsa, bir o qədər təklif 
olunan  əmtəələrin  miqdarı  tələbi  üstələyəcək.  Satıcılar  arasında 
rəqabət  azalarsa,  əmtəələrə  olan  tələb  təklifi  üstələyəcək.  Bir 
ümumi cəhət ondan ibarətdir ki, rəqabətin istər satıcılar, istərsə də 
alıcılar  arasında  zəifləməsi  və  ya  qüvvətlənməsi  qiymətin 
tarazlaşmasına doğru hərəkət edən qüvvə kimi çıxış edir. 
İqtisadi  proses  kimi  rəqabət,  təsərrüfat  subyektlərinin 
müəyyən fəaliyyətlərinin məcmusunu əks etdirir: 

 
istehsalın 
maddi-əşya, 
şəxsi-əmək 
elementlərini 
formalaşdırır; 

 
istehsalın  təşkilini,  onun  xammal,  material,  yarımfab- 
rikatlarla təminini əsaslandırır; 

 
ödənilmə  əsasında  istehsal,  layihə,  maliyyə-kredit 
təşkilatları ilə qarşılıqlı fəaliyyətə girir; 

 
rəqabətqabiliyyətli məhsul istehsal edir; 

 
məhsulun satışını, yerini, həcmini, vaxtını müəyyən 
edir; 
154 



 
mənfəət  hesabına,  istehsalın  genişlənməsi  naminə 
investisiya fondu yaradır; 

 
rəqabət mühitinin qorunması naminə informasiya əldə 
edir. 
Rəqabət  mübarizəsinin  davamlı  xarakter  alması,  həm  də 
istehsal olunan məhsulun «həyat tsiklindən» asılıdır. Belə ki, onun 
ilkin  istehsalından  tutmuş,  istehsaldan  çıxarılacağı  dövrə  qədər 
hərəkəti  nəzərdə  tutulmalıdır.  Bunun  üçün  istehsal  olunacaq 
əmtəənin: 

 
yeniliyi  və  tətbiqi  nəzərə  alınır.  Burada  satışın  həcminin 
məhdudluğu və buraxılan məhsulun yüksək qiyməti xarakterik hal 
alır; 

 
artımın müşahidəsi ilə istehsalın həcmi yüksəldilir, tələbin 
artımı ilə yüksək qiymət səviyyəsi qorunur; 

 
istehsalın  yetkinlik  səviyyəsi  meydana  gəlir,  tələb  azalır, 
rəqabət kəskinləşir və qiymət aşağı düşür; 

 
məhsul  istehsalı  minimum  səviyyəyə  enir,  məhsul 
buraxılışı zəifləyir, rəqabət aparılmır, məhsul istehsaldan çıxarılır 
və yenisi ilə əvəz olunması zərurəti meydana gəlir. 
Qeyd  etmək  lazımdır  ki,  rəqabətin  aparılmasında,  həmişə 
iqtisadi  subyektlər  arasında  ədalətli,  etik  normalardan  kənar 
münasibətlər  baş  verir.  Ona  görə  də  rəqabət  aparan  iqtisadi 
subyektlər öz fəaliyyətlərində yolverilməz metodlardan da istifadə 
edirlər  ki,  bu  da  qeyri-ədalətli  rəqabət  adlanır.  Belə  rəqabətin 
aparılması, əsasən, həm rəqabətçinin özü, istehsal etdiyi əmtəə və 
qiyməti barədə yalan məlumatların yayılmasıdır. 
Müasir dövrdə rəqabətin formalarından asılı olaraq bazarın 
strukturu da müəyyənləşdirilir. Belə şəraitdə bazarın strukturu üçün 
xas olan cəhətlər üzə çıxarılır: 

 
rəqabətin formasını əks etdirən cəhətlər; 

 
nəzarətin səviyyəsini əks etdirən cəhətlər; 

 
qiymətə nəzarəti əks etdirən cəhətlər. 
155 


Bazar iqtisadiyyatında azad və ya təkmil, eləcə də inhi- sarlı 
və ya qeyri-təkmil rəqabəti əks etdirən struktur mövcuddur. Bunu 
aşağıdakı cədvəldən aydın görmək olar: 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə