Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə84/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   233
Bazar 1

qiymət  strategiyasını 
müəyyənləşdirmək zəruriliyi irəli gəlir. 
Qiymət  strategiyasını  bir  neçə  metod  əsasında  müəyyən 
etmək olur: 
146 



 
Məsrəf  metodu  ilə.  Burada  bütün  məsrəflər  və 
proqnozlaşdırılan  mənfəətin  həcmi  nəzərə  alınır.  Belə  yanaşma 
əslində  inhisarlaşmanı  əks  etdirməklə,  konkret  şəraitin  nəzərə 
alınmasına gətirib çıxardır. Çünki bütün şəraitdə qiymət, istehsal 
xərclərini örtməklə müəyyən olunacaq. 

 
Cari  qiymət  səviyyəsi  ilə.  Rəqabətli  iqtisadiyyatın 
mövcudluğu  şəraitində  bu  metoddan  istifadə  olunur.  Belə 
strategiya bazarın az miqdar bazar seqmentinə sahib olan firmalar 
üçün xarakterikdir. Rəqabət aparan əsas firmaya görə qiymətlərin 
səviyyəsi  aşağı həddə qoyulur ki, bazarın böyük bir hissəsini ələ 
keçirə bilsin və bu əsasdan mənfəətin payını yüksəltsin. 

 
«Beyin  hücumları  metodu  ilə.  Bu  metodun  mahiyyəti 
ondan  ibarətdir  ki.  qiymətin  əmələ  gəlməsinə  cavabdeh  olan 
şəxslər  birləşib  konkret  bir  əmtəəyə  qiyməti  müəyyənləşdirirlər. 
Belə  hallarda  seçmə  yolu  ilə  potensial  alıcılar  arasında  da  sorğu 
aparılır. Təklif olunan hər hansı məmulatın hansı qiymətə alınacağı 
ilə maraqlanırlar. 

 
Aşağı qiymətlə yaxşı keyfiyyətli məhsul metodu ilə. 
Burada xərclərin daima aşağı salınması ilə istehsalın 
səmərəliliyinin  qorunması  əsas  götürülür.  Lakin  keyfiyyətli 
əmtəələrin,  bazar  seqmentindən  asılı  olaraq  nisbətən  yüksək 
qiymətə də satmaq olur. Nəticə mənfəətin gözlənilən səviyyəsinin 
qorunmasından ibarətdir. 
Qiymət  siyasətinin  formalaşmasından  sonra,  əmtəənin 
satış qiymətinə təsir göstərən amillərin kompleks təhlili aparılır: 

 
istehlakçıların təsiri; 

 
hökumətin təsiri; 

 
satış kanalının iştirakçılarının təsiri; 

 
istehsal xərclərinin təsiri; 

 
rəqabətçilərin fəaliyyəti. 
Bunlardan  sonra  bazarda  öz  məhsulunu  satmaq  istəyən 
istehsalçı,  təkcə  öz  şəxsi  mənafelərindən  çıxış  etməklə 
kifayətlənməyib, həm də istehlakçının mövqeyini nəzərə al 
147 


malıdır.  Yəni  təkcə  qiymət  qoymaqla  deyil,  həm  əmtəənin 
satışında  alıcıların  iştirakı  nəzərdə  tutulmalıdır.  Belə  mövqe, 
konkret  əmtəəyə  olan  qiymət  həddini  və  onun  dəyişilməsi 
mümkünlüyünü  əks  etdirir.  Satış  qiymətinin  aşağı  həddi  kimi 
istehsal qiyməti,  yüksək  həddi  kimi  isə istehlak sferasından  əldə 
olunacaq səmərə olur. 
Qiymətin əmələ gəlməsi mqxanizminin bir xüsusiyyəti də 
onun  qaldırılmasına  nisbətən  aşağı  salınması  meylinin  üstünlük 
təşkil etməsidir. Bu da rəqabət mühiti şəraitində baş verir. Çünki 
qiymətləri yüksəltməklə deyil, əksinə onları aşağı salmaq yolu ilə 
bazara rahat daxil olmaq olar. Lakin bu mövqe ilə yalnız o firmalar 
çıxış  edə  bilərlər  ki,  onlar  öz  əmtəələrinə  qoyduqları  qiymətə, 
maliyyə imkanlarına və bazarda onların əmtəələrinin böyük paya 
malik olacaqlarına inanırlar. Aşağı qiymətlə müvəffəqiyyətə nail 
olunması,  istər-  istəməz  rəqabətçiləri  də  qiymətlərin  aşağı 
salınmasına təhrik edəcək. Lakin bununla yanaşı qiymətin əmələ 
gəlməsində yeni bir aspektin də əmələ gəlməsi baş verəcək. Bu da 
rəqa-  bətçilərin 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə